553
yollasa əlaqə saxlaya bilərmi? Mənə mümkün qədər tez məktub
yaz, Qurban Səidin nəşriyyatla əlaqə saxlayıb-saxlamadığını
xəbər ver...”
“Əziz baronessa, – çarpayıda yarıuzanmış vəziyyətdə Elfri-
daya yazırdı, – artıq ikinci ildi ki, burda tamamilə tənha vəziyyətdə,
ümidsizlik və qorxu içindəyəm. Mənim heç nəyim qalmayıb, hətta,
ad-sanımı da itirmişəm, arvadım məni tərk elədi – onu darıxdırdım.
Almaniyada və Avstriyada olmağım məndən ötrü təhlükəlidi. Daha
kitablarımı çap eləmirlər. Qıçım elə ağrıyır, elə bil, məşəllə yandırır-
lar, tamamilə qaralıb. Yerli camaat belə hesab eləyir ki, intihara cəhd
göstərib xəncəri qıçıma sancmışam. Lap səfehlikdi! Mənim varım-
yoxum sizsiniz, Elfrida. Siz mənə son fürsəti verdiniz, amma qorxu-
ram ki, bu fürsətdən istifadə eləyə bilməyəm ...”
Son fürsətsə “Sevgidən bixəbər kişi”ydi. Ağrılar aman
verəndə yazır, kağızı tükənəndə beynindəkiləri əlinə keçən
kitabların boş səhifələrinə, səhfələrin kənarlarına, papiros ka-
ğızlarına köçürür, yazdıqları da çox vaxt rabitəsiz, dumanlı
düşüncələrdən ibarət olurdu. Bunu yazmaq xətrinə yazırdı,
artıq yazmamaq ondan ötrü ölümə oxşar bir şey idi...
“Qaçılmaz ölümü gözləyə-gözləyə, – ilk dəftərində yazmışdı,
– bircə arzum var – keçmiş həyatım barədə yazmaq. Taleyimin bəxş
elədiyi qəribə həyatımı mümkün qədər həqiqətəuyğun təsvir eləmək
istəyirəm. Mümkün qədər həqiqətəuyğun! Ona görə ki, mütləq
həqiqət dərkedilməz, mənim xüsusi vəziyyətimdə arzuolunmazdı”.
Bu üstüörtülü etirafda nələr gizləndiyini özündən başqa
bir kəs bilmirdi...
Fikirləşirdi ki, insanın yıxıldığı uçurum nə qədər dərindisə, uç-
maq imkanı o qədər çoxdu. Onu atıb gedən, başqasına dəyişən
Erikadan təxəyyül gücüylə intiqam almaq ona zövq verirdi:
qayınanasını, boşanmaq fikrinə düşməzdən əvvəl səkkiz ay
ərzində dostuyla gizlicə eşqbazlıq eləyən keçmiş arvadını
fahişə adlandırır, diplomat-konsul olan qayınatasına bege-
mot dərisindən düzəldilmiş qırmancla əzab verirdi; guya,
xəbər tuturdu ki, hamısı avtomobil qəzasına düşüblər, Rene
554
həlak olub, Erika sağ qalıb, qayınatasıyla qayınanasısa xəstə-
xanaya düşüblər, sabiq diplomatın hər iki qıçı sınıb; sonra da
nə vaxtsa sevdiyi xəyanətkar qadın Nyu-York küçələrində
fahişəlik eləyir; xatırlayırdı ki, onun xəstəliyinə tutulmuş
adamların yüzdə onu salamat qalır; “Neyləmək olar, – yazırdı,
– mən on birinci adam olacağam... Ağlagəlməz, fövqəlinsani səylərlə
ölümün pəncəsindən xilas ola bildim...”
Erikanın simasında bütün qadınlardan qisasını almaq eh-
tirası onu tərk eləmirdi.
“Qadın insanın həyatında hansı rolu oynayır, Cəmil?” –
Duyduğu ləzzətdən kefi kökəlib soruşurdu.
“Qadın insanın həyatında heç bir rol oynamır, – Cəmil də
ona umduğu cavabı verirdi, – uşaq doğur və qolbağı kimi qı-
zıl əşyalar alır, vəssalam!”
Əlbəttə, xəyanətkar qadınları cəzalandırmaqda müasir Av-
ropaya istinad eləmək olmaz; belə qadın kisəyə salınmalı, oy-
naşı kisəni çiyninə götürməli, qaça-qaça dövrə vurmalı,
ətraflarındakı əsgərlərsə dəyənəklə onu kisədə döyməlidirlər;
əvvəllər ər-arvad sədaqətsizliyi törədən qadını vəhşi pişiklə
birgə kisəyə salıb Bosfora atır, ya da yalnız başı çöldə qalmaq-
la səhrada basdırırdılar ki, gecə vaxtı vəhşi itlər yesinlər.
Təxəyyülü bəzən xəstəliyinin üstünə qayıdır, yaxın ölü-
mün nəfəsini duyurdu; guya Liviyadan yenicə qayıdıb, meh-
manxana otağındadı, elə bu vaxt da sol ayağının baş barmağı
altında, demək olar, güclə gözə dəyən qara ləkə görür, o
ləkənin on milyon adam arasında yayılmış xəstəlik – taleyin
ölüm hökmü olduğunu başa düşür, bilir ki, ona heç kim bir
həkim kömək eləmək iqtidarında deyil; sonrakı gün tabut
tapmaq üçün səyahətlər bürosuna gedir, orda dəniz
sahilindəki sakit guşəylə, yəni Pozitanoyla rastlaşır.
“Mən indi Məkkədəki yeni milli muzeydə işləyirəm, – bəzən
təxəyyülü onu lap uzaqlara aparır, ömür hekayəti uzandıqca
uzanan ağlagəlməz nağıla oxşayırdı, – bu məktubun üstündə də
Səudiyyə krallığının gerbi var... Mən yeni nəsli əcdadlarımın
həyatıyla tanış eləmək istəyirəm... Öz həyatımı yeni xalqın həyatına
555
uyğunlaşdırıram, o xalq Vətəninə, mənsub olduğu millətə qayıdır.
Mən öz xalqımın arasına qayıdıram...”
Düzdü, onun İslamı qəbul eləməkdə başqa məqsədləri ol-
duğunu deyib, hətta yazıblar, Hilal Münşi də, “Əfqanıstan
uğrunda alman cəmiyyəti” də vaxtilə bu barədə haray-həşir
salıblar; düzdü, dua eləməyib, namaz qılmayıb, oruc tutma-
yıb, qurban kəsməyib, müqəddəs yerlərə ziyarətə getməyib;
düzdü, yazılarında Allahı xatırlamayıb, Ona şükürlər oxuma-
yıb, amma özünü taleyin seçdiyi fövqəlinsan sayır, “böyük və
əbədi cəmiyyətə qayıdır”.
...Onda baronessanın tədbirli davrandığını, Lüsi Taldan
miras qalan nəşriyyatın yeni sahibi Tereza Myöqleylə dil ta-
pıb “Əli və Nino”, “Qızılbuynuzlu qız” romanlarını öz adına
reyestrə saldırdığını, artıq onun fəryadını eşitmək istəmədiyini
hələ bilmirdi...
Onda ingilislərin Muhamməd Əsədi də, Ömər-Rolf fon
Ehrenfelsi də həbs eləyib sürgünə göndərdiklərindən də
xəbəri yox idi...
***
1941-ci ilin fevralında başının üstünü daha bir təhlükə
kəsdirdi: sinyor Əsəd bəy İbrahim əcnəbi, həm də mənşəyi
naməlum olduğuna görə, Salerno polisi onu Romadakı Viter-
bo düşərgəsinə, ya da Perucaya göndərməlidi. Yenə polis
idarəsi Romaya xəstənin vəziyyətilə bağlı məktublar ünvan-
ladı, məsələ may ayında onun yanına kimsənin buraxılma-
ması barədə qərarla yekunlaşdı.
Amma elə həmin vaxt Vyanadan gələn frau Tereza Kirş-
ner-Myöqle hansı yollasa Əsəd bəylə görüşməyə icazə almış-
dı. Onun gətirdiyi xəbər kədərliydi: martın beşində Abram
Nussimbaumu artıq aparmışdılar, bəlkə də indi gettoların
birində həyatla vidalaşmışdı – qoca və xəstə adam əzablara
çox tab gətirməzdi.
“Qoca aparılacağını hiss eləmişdi, – frau Myölqe xəstə
eşitməsin deyə, səsini qısıb dayəyə danışırdı, – hətta, məni də
Dostları ilə paylaş: |