Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə171/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   167   168   169   170   171   172   173   174   ...   185

550

 Amma gedirdi, eyni sözləri eşidib əczaçını insafa gətirməyə 

çalışır, bəzən istəyinə çatıb savaba batırdı...

 Alisa Şulte artıq sevimli Leosunu, demək olar, tanımırdı: 

qarşısında arıqlamış, sümükləri çıxmış, saçı tökülmüş, gözləri 

çuxura düşmüş, sol ayağı dizəcən qaralmış qoca kişi vardı. 

Cəmi bir il ərzində insanın bu qədər dəyişə biləcəyi dayənin 

beyninə  heç  cür  yerləşmirdi.  Leonun  qıçındakı  ağrıların  bu 

fəlakətlə nəticələnəcəyi ağlına gəlməzdi. 

  Əsəd  bəy  o  günlərdə  Vyanadan  göndərilmiş,  üzərində 

məscid silueti olan “Qızılbuynuzlu qız” romanını laqeyd hal-

da vərəqləyib bir tərəfə qoydu. Daha belə şeylərlə maraqlan-

mağa taqəti yox idi, son gücüylə xatirələrini birtəhər tamam-

lamaq istəyirdi. 

  Əzablı  günlərin  nə  qədər  davam  eləyəcəyini  hələ  kimsə 

bilmirdi. Xəstənin ağrıları başlayıb qurd kimi ulayanda dayə 

onun başını sinəsinə sıxır, əlacsızlıqdan göz yaşı axıdırdı. Leo 

yalnız mofi vurulandan sonra sakitləşir, bir qədər huşa gedir, 

bir müddət dünyanı olduğu kimi qavraya bilirdi.

 Axır ki, Əhməd Cəmil Məzhər də peyda oldu. Bu dəfə tez 

yoxa çıxmadı, hətta kömək əlini də uzatdı: dostunun verdiyi 

həşiş  Əsəd  bəyi  bir  neçə  saatlığa  da  olsa,  əzablardan  xilas 

eləyirdi.

 “Cəmil yanımda qaldı, – Əsəd bəy xırda xətlə gündəliyində 

yazırdı. – Xiyabanın kölgəsində oturmuşam. Mehi hiss eləyir, əlimi 

ona doğru uzadıb deyirəm: “Cəmil, mənə həşiş ver...” Dostu imti-

na  eləyəndə,  əlbəttə,  onu  hədələyir.  “Cəmilsə  dərhal  ciblərini 



axtarmağa başlayır, gülümsəyə-gülümsəyə deyir: “Bir özünüzdən 

soruşun, cənab! Bizi döyməyə hazır olan adam hələ də xəstə hesab 

oluna bilərmi? Buyurun, bu da həşiş. İstəyirsinizsə götürün...”O, 

köksünü ötürüb bükülünü mənə uzadır...”

  Arxası  üstə  xiyabanda  uzanmışam.  Qıçımdakı  ağrı  get-gedə 



sakitləşir. Ağrının ulduzların arasıyla necə hərəkət elədiyinə göz qo-

ya-qoya nəzərlərimi küt halda səmaya dikmişəm. O qadının əynində 

məxmər kitel, əlində düz qılınc var. Qadın boyca hündürdü, başında 

enli kənarlı, lələkli şlyapa var. Onu yalnız mən görürəm, mən hiss 


551

eləyirəm. Həşişin xırdaca dənələri güclü təsir göstərir. Onlar həmin 

qırmızı  kitelli  cırtdanı  qovurlar.  Xiyaban  boşdu.  Hardasa  arxa 

tərəfdə Cəmilin mənə nəsə pıçıldadığını eşidirəm, amma onu başa 

düşmək iqtidarında deyiləm”.

 Şübhəsiz, dumanlanmış şüurunun gözləri qarşısında can-

landırdığı  qadın  Erika  Lyövendaldı.  “Vyanalı  xeyirxah”  da 

odu,  Düçenin  adına  məktub  yazıb  onun  azərbaycanlı 

Muhəmməd Əsəd bəy yox, yəhudi Lev Nussimbaum olduğu-

nu xəbər verən, hətta, arxasınca detektiv salıb izlətdirən də 

odu. Həmin detektivin adını da bilir – Perendi. Şübhəsiz, o 

Əsəd  bəyə  xətər  toxundura  bilər,  amma  yəhudi  olduğunu 

sübut eləməsi ağlasığmazdı, Əsəd bəy əksini daha asanlıqla 

sübuta yetirər!

 Bununla belə, o vaxt Erikanın təkidilə Amerikada niyə qal-

madığını  indi  də  dərk  eləyə  bilmir.  Qalsaydı,  indi  bu  cür 

mənəvi əzablara düçar olmazdı, çox rahat yaşayıb işləyərdi, 

üstəlik, Erikanın Reneylə yaxınlaşmasına ehtiyac yaranmaz-

dı.  Onun  imtiyazlarından  Rene  ağılla  yararlandı, 

kinossenariləri  bir  yana,  bu  yaxınlarda  “Ağrı  üzərində  zəfər” 

adlı  kitab  da  nəşr  etdirib.  Qalsaydı,  bəlkə  də  indi  ABŞ 

vətəndaşıydı,  hər  cür  irqi  təqiblərdən  uzaq  ömür  sürürdü. 

Amma  bacarmadı,  özünü  zorlaya  bilmədi.  O  ölkədə  yaşa-

maqdan niyə qorxduğunu ində də bilmir.

 Artıq dünyanın qapıları da üzünə bağlanırdı: Fürer Polşa-

ya hücum eləmiş, İkinci Dünya savaşı başlamışdı. Verner Şen-

delin  başına  nə  gəldiyini  bilmirdi,  Hitlerlə,  Freydlə, 

Eynşteynlə yaxşı münasibətlər saxlayan, eyni zamanda həm 

antisemit, həm də filosemit olmağa çalışan Corc Silvestr Vire-

kin  alman  casusu  kimi  həbs  olunduğundan  xəbəri  yox  idi; 

Erikanın maliyyə problemləri üzündən Reneylə çəkişdiyini, 

ərinin  dostunu  məhkəməyə  verib  iki  yüz  min  dollar  tələb 

elədiyini eşitməmişdi...

 1940-cı ilin yanvarında vəziyyəti daha da pisləşdi, bu dəfə 

onu  Salernoya  yox,  Neapoldakı  “İnternasionale”  xəstəxa-



552

nasına apardılar. Amma yenə də həkimlərin rəyi əvvəlkilərdən 

fərqlənmədi: bu xəstəliyi müalicə eləmək üçün əllərində heç 

bir imkan yoxdu, ancaq ağrıkəsici iynələr vurmaqla kömək 

eləyə bilərlər.

 Bu tərəfdən də Romadan təlimat gəlmişdi ki, Əsəd bəy İb-

rahim  daha  Pozitanoda  qala  bilməz,  polis  onun  təxliyyə 

edilməsi üçün tədbirlər görməlidi. Amma Pozitano polisinin 

şefi Luici Erkolino ürəyiyumşaq adam idi, əlacsız və imkansız 

xəstəni  şəhərdən  çıxarmağı  özünə  rəva  görmürdü.  Romaya 

yazdı  ki,  sinyor  Əsəd  bəy  İbrahimi  polis  idarəsinə  dəvət 

elədik, amma xəstə olduğuna görə gələ bilmədi, ona görə də 

onu nəzarətdə saxlamaqdan başqa çıxış yolu yoxdu. Axır ki, 

sentyabrda ölkənin Daxili İşlər Nazirliyi vəziyyətinin ciddili-

yini nəzərə alıb şəhərdə nəzarət altında qalmasına icazə ver-

di, amma Erkolino hər gün Əsəd bəyə baş çəkib onun evdə 

olduğunu təsdiq eləməliydi, bütün məktubları və teleqramla-

rı da yoxlanacaq, kənar şəxslərlə görüşünə icazə verilmə yə-

cəkdi.

 Xarici aləmlə əlaqəsi yalnız Pima Andreaya, Ömər-Rolf fon 



Ehrenfelsə  və  baronessa  Elfrida  fon  Bodmershofa  yazdığı 

məktublar  idi.  Məktublar  ciddi  senzuradan  keçirildiyindən 

fikirlərini şifrələyirdi, çox vaxt da o şifrələr dolaşıq, anlaşıl-

maz olurdu. Pimaya dərdlərini, ağrılarını, talesizliyini yazır, 

Ömər-Rolfdan kömək diləyir, ona baş çəkməsini xahiş eləyir, 

London və Paris vasitəsilə Afinaya getmiş Elfridadansa Avro-

pa nəşriyyatlarında çıxan kitablarının qonorarını alıb göndər-

məsini istəyirdi. Amma birinci artıq qocalmışdı, öz qayğıları 

vardı,  ikinci  çox  uzaqlardaydı,  üçüncü  get-gedə  onun 

tələblərindən bezməyə başlamışdı. 

 “Mən iki il sərxoş olmuşam, – Pima Andeaya etiraf eləyirdi. 

– Həddimi çox aşdım, hətta Amerika ölçülərini də keçdim...”

 “Belqradda, Geza Kon nəşriyyatında, – Ömər-Rolfdan xahiş 

eləyirdi, – Qurban Səid üçün əlavə 150 dollar saxlanıb. Qurban 



Səid  həmin  pulu  yolüstü  götürə  bilərmi?  Onunla  kimsə,  hansı 


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə