Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə182/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   177   178   179   180   181   182   183   184   185

584

  Beləcə,  Yusif  Vəzirin  ağrılardan,  acılı-şirinli  günlərdən, 

şöhrət və uğursuzluqldardan, haqq-nahaqdan keçmiş ömrü 

qürbətdə başa çatdı...

 

***


  ...Ailəsi,  doğmalarısa  onun  ölümündən  çox-çox  sonralar 

xəbər tutacaqdılar...

  Günlərin  birində  mərhəmətli  Lyubov  İlyuşina  dustaq 

Vəzirovun  tövlədə  gizlətdiyi  əlyazmalarını  xatırlayıb  çıxar-

maq istəyəndə kağızların çürüyüb yararsız hala düşdüyünü 

görəcək, təəssüf dolu göz yaşı axıdacaq, sonralar dustaq Yusif 

Vəzirov  barədə  xatirələrini  kövrələ-kövrələ  onun  məhbus 

həmyerlisi Kərbəlayı Əhməd Cəfərzadəyə danışacaqdı...

  Qəbiristanlığı  su  basdığından  Kərbəlayı  Əhməd 

həmtalesinin qəbrini ziyarət eləyə bilməyəcəkdi...

 Ölümündən on üç il sonra – 1956-cı il fevralın 28-də Yusif 

Vəzirin işi üzrə hökm “ittiham sübuta yetirilmədiyi üçün” ləğv 

ediləcək, ona bəraət veriləcəkdi...

 Bir il sonra Ceyhun bəy Hacıbəyli Yusif Vəzir Çəmənzəminli 

haqqında kədər dolu yazı çap etdirəcəkdi...

 O vaxtlar artıq iki yox, üç iddiaçısı olan əsl Qurban Səidin 

Yusif Vəzir olduğunu kimsə bilməyəcəkdi...

  Neçə  illər  keçəndən  sonra  Ceniya  Qraman  “Əli  və 

Nino”nun nəşrlərindən birini tapacaq, oxuyub heyran olacaq, 

çevirib nəşr etdirəcəkdi...

 Həmin vaxt Amerikada yaşayan Mustafa Türkəqul və Yu-

sif Qəhrəman romanı oxuyub vaxtilə Ceyhun bəy Hacıbəylinin 

Yusif  Vəzir  Çəmənzəminlidən  belə  bir  əsəri  olduğu  barədə 

dediklərini  xatırlayacaq,  Lüsi  Tala  məktub  yazıb  bunu 

təsdiqləyən cavab alacaqdılar: həqiqətən iyirminci illərin or-

talarında  Qafqaz  görkəmli  bir  şəxs  atasının  yanına  gəlib, 

təkbətək söhbətdən sonra ona qalın qovluq verib getmişdi...

  Sonra  həmin  Lüsi  Tal  da  dediklərini  sirli  şəkildə  inkar 

eləyəcəkdi...



585

 Yetmişinci illərin əvvəllərində “Azadlıq radiosu”nda çalı-

şan Məcid Musazadə romanı Azərbaycan türkcəsinə çevirə-

cək, nəhayət, belə bir əsərin varlığından xəbər tutacaqdıq...

  Amma  romanın  müəllifliyi  ətrafında  fikir  toqquşmaları 

bitib-tükənmək bilməyəcəkdi...

 Beləcə, yüzilin elə o roman qədər gözəl əfsanəsi yaranacaqdı...



586

XXXVII FƏSİL

MİSSİONERİN ÖLÜMÜ

 Muhamməd Əsəd

 Kəraçi, Nyu-York, Tanjer, Lissabon, Qranada

 Aprel 1933-cü-fevral 1992-ci il

 ...Qoca bu şəhəri sevirdi...

 Az qala, min üç yüz il əvvəl mavrların ələ keçirib İlbira 

adlandırdıqları, təxminən əlli il sonra bir qədər aralıda İlbira 

Mədinəti  yarandığına  görə  köhnə  məskənin  Kalat  Qranata 

adlandırıldığı şəhərin – Qranadanın vurğunuydu...

 Az qala, doqquz yüz əvvəl Kordova əmirliyinin süqutun-

dan sonra ziridlərin əlinə keçib paytaxta çevrilən, Əndəlüsün 

ən gözəl şəhərlərindən biri kimi şöhrət tapmış, yüz illərlə əl-

Moravilər və Nəsrilər sülalələrinin iqamətgahı olmuş, ispan 

torpağında İslamın son dayağı kimi xristianlara qarşı müqa-

vimət göstərmiş, ispanların əlinə keçəndən sonra yəhudilərə 

də,  müsəlmanlara  da  divan  tutulduğu,  Qurani-Kərimin 

nüsxələrinin,  ilahiyyata  dair  kitabların,  digər  əsərlərin  (on 



minə  yaxın  kitab,  nadir  manuskript,  xəttatlıq  sənətinin  inciləri), 

yandırıldığı bu şəhəri sevirdi. Əl-Hamranın möhtə şəm mən-




587

zə rəsini, xəlifələrin yay iqamətgahı olmuş Hənəralifin xara-

balıqlarını,  Nazare  sarayını,  mavrlardan  yadigar  qalmış 

Əlbaysın məhəlləsinin yastı damlı evlərini, İzabella və Ferdi-

nandın uyuduqları kral kapellasını, katolik kafedral kilsəsini, 

Müqəddəs Anna kisəsini, Müqəddəs Salvador kilsəsini, San-

Jenorime monastırını, Qarsia Lorkanın muzeyini və adını da-

şıyan parkı... yaddaşına köçürə-köçürə dəfələrlə gəzmişdi.

 Qoca Qranada yaxınlığında yaşamaqdan, ömrünü burda 

başa vurmaqdan məmnun idi. Neçə illər əvvəl gördüyü yuxu 

çin çıxmışdı, ya o yuxunu görəndən sonra bu qərara gəlmişdi, 

hər  nəydisə,  Həzrəti  Muhammədin  onu  dəvəsinin  tərkinə 

alıb məhz bu şəhərə gətirdiyinə, “Bura Günbatanın ən axırıncı 

şəhəridi” deyəndə məhz Qranadanı nəzərdə tutduğuna şübhə 

eləmirdi.

 Artıq ömrünün doxsan ikinci ilinə qədəm qoymuşdu, bu 

kifayət qədər uzun ömründə dünyanı ölkə-ölkə, bölgə-bölgə 

dolaşmış,  dörd  qitəni  gəzmiş,  həyatın  qasırğalarından  keç-

miş, ağlı, hər cür vəziyyətdən çıxış yolu tapmaq bacarığı, in-

sanların  qəlbinə  yol  tapmaq,  onları  inandırmaq  qabiliyyəti 

sayəsində təhlükələrdən salamat qurtula bilmişdi.

 Az qala, altmış il əvvəl on beş yaşlı arvadı Münirəylə körpə 

oğlu Talalı götürüb Mədinə sarayından qaçanda, əlbəttə, bö-

yük  risk  elədiyini  başa  düşürdü. Amma  getməyə  bilməzdi, 

doktor Veysman məktubunda yeni hədəflər göstərmişdi: Bri-

taniya Hindistanı parçalamaq ərəfəsindəydi, şimal əyalətləri 

ayrılıb müstəqil dövlət qurmaq yolunda hərəkətə başlamışdı-

lar, o hərəkatın içində olmaq, o dövlətin qurucularıyla yaxın-

laşmaq, nüfuz qazanmaq, mühüm vəzifələr tutmaq ümumi 

işə faydalı olardı.

 Bu da Muhəmməd Əsəddən ötrü şirnikləşdirici, maraqlı, 

həm də şərəfli işiydi: islam dininə xidmət elədiyini o dövlətin 

qurulmasında iştirakı sayəsində bir daha sübut eləyə bilərdi; 

üstəlik,  artıq  Səudiyyə  dövləti  yaranmışdı,  hədəfləri  aydın 

idi, İbn-Səudun yanındakı missiyası da başa çatmışdı.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə