Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə181/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   177   178   179   180   181   182   183   184   185

581

ürəyinin ağrısı elə dözülməz olurdu ki, ölümün nəfəsini lap 

yaxından hiss eləyirdi. 

 O qış günlərinin birində kəskin ürəktutmadan sonra özünə 

gələndə Lyubov İlyuşinanı yanında gördü:

 “Vəzirov, indi necəsiniz? – Qadın şəfqətlə soruşdu. – Mən 

rəhbərliyə xəbər vermişəm, müalicənizlə maraqlanacaqlar”.

  Gözlərinin  qabağını  örtən  duman  yavaş-yavaş  seyrəldi, 

dərindən köksünü ötürüb, az qala, pıçıltıyla dilləndi:

  “Deyəsən,  bu  dəfə  də  ötüşdü.  –  Sonra  yalvarış  dolu 

nəzərlərini onun gözlərinin içinə zillədi. – Olar, sizdən bir xa-

hiş eləyəm?”

 “Olar, – Lyuba xahişin qeyri-adi olacağını duyub ona tərəf 

əyildi. – Nə xahişin var?”

 “Döşəyimin altında kağızlar var, – Yusif Vəzir səsini daha 

da qısdı, – siyasi bir şey yoxdu, hekayələr, bir də başqa yazı-

lardı. O kağızları götürüb etibarlı yerdə gizlədin, başıma bir iş 

gəlsə, itib-batmasın”.

 “Vəzirov, siz ki, bunun məsuliyyətini bilirsiniz”, – İlyişina 

tərəddüdlə dillənib ətrafa boylandı.

 “Bilirəm, ancaq başqa əlacım yoxdu”, – Yusif Vəzir yalva-

rıcı nəzərlərini onun üzünə dikdi.

  “Yaxşı  ki,  bir  şey  fikirləşərəm,  –  Qadın  ehtiyatla  əlini 

döşəyin  altına  salıb  kağız  dəstəsini  çıxardı,  cəld  sırıqlısının 

altında gizlətdi, sonra səsini qaldırdı. – Vəzirov, özünüzə fikir 

verin, rəhbərlik sizin səhhətinizlə maraqlanacaq”.

 Lyuba barakın qapısından çıxandan sonra rahat nəfəs aldı, 

heç olmasa, yazı-pozusu sarıdan bir qədər arxayınlaşmışdı.

  ...Onda  ailəsinin  Qubadan  Dərbəndə  köçdüyünü,  qaynı 

Fərhadın  qayınanasıgilə  sığındıqlarını  bilmirdi;  Mina  xanı-

mın əri Musa Hüseynov da üç il əvvəl təxminən eyni cür itti-

hamlara gedər-gəlməz göndərilmişdi; üstəlik, Bilqeyis xanı-

mın  qohumu  Yusif  Qaraxanov  Dərbənd  dəmir  yolunda 

işləyirdi,  şəhər  sovetinin  sədrilə  yaxşı  münasibəti  vardı,  az 

sonra onlara ayrıca otaq verilməsinə, adlarının ev dəftərinə 

yazılmasına, ərzaq payı almalarına nail olmuşdu.




582

 Əgər bunları bilsəydi, şübhəsiz, daha da rahat olardı...

 Artıq “cəzası”nın iki ilini çəkmişdi, ömür möhlət versə, altı 

ilini də yola verərdi. Amma elə vaxt idi ki, kimsə sabah nə baş 

verəcəyini  bilmirdi:  cəbhədə  ölüm-dirim  döyüşləri  gedirdi, 

böyük  bir  ölkənin,  az  qala,  bütün  Avropa  hissəsi  almanlar 

tərəfindən işğal olunmuşdu...

 O qışı, demək olar, xəstə keçirdi. Hava bir qədər mülayim 

olduğu günlərdə barakın ətrafında gəzinir, İlyuşinaya eşidib-

bildiyi əhvalatları danışırdı. Bir dəfə nəzarətçi özünü saxlaya 

bilməyib doluxsunmuşdu:

 “Sizin kimi adamı necə həbsdə saxlamaq olar, Vəzirov?”

 Belə məqamlarda kimsəni qınamırdı:

 “Həyat amansız sınaqlarla doludu, Lyuba, o sınaqlardan 

heç də hamı şərəflə çıxa bilmir”.

 Çətin vaxtda kimsənin adına ləkə vurmadığından qürur 

duyurdu, buna da haqqı vardı...

 

***



  Düşərgənin  “sançast”ında  müalicə  bir  fayda  vermədi.  İş 

qabiliyyətini  itirdiyindən  onu  qəsəbənin  kənarındakı  əlillər 

evinə köçürdülər. 

  Daha  ömür  möhlətinin  tükəndiyini  duyur,  amma  yaşa-

maq, balalarını, ondan ötrü ağlagəlməz əzablara dözən Bilqe-

yisi  görmək  istəyirdi.  Lyubov  İlyuşina  vaxt  tapan  kimi  baş 

çəkir,  bir  tikə  çörək,  ya  dərman  gətirir,  ürək-dirək  verir, 

cəbhədəki vəziyyətdən, ərinin məktublarından danışırdı... 

 İlin son günlərində ürəyinin ağrısı daha da artdı...

 Dekabrın otuzunda Bilqeyis xanıma məktub yazdı, amma 

o məktubda ağrılarını büruzə vermədi:

 “Əziz Bilqeyis.

  Mən  sağ  və  salamatam.  Yeganə  xiffətim  sənin  və  uşaqların 

xiffətidir. Səbrim tükənib, tale bizi nə vaxt qovuşduracaq. Əgər im-

kan varsa, yazın, çalışın ki, bağlama göndərməyə icazə versinlər. 



583

Əgər  icazə  versələr,  bu  mənə  çox  kömək  olar,  ələxüsus  papiros 

barədə... Sizin hələ yayda yazdığınız məktubu indi almışam. Çox 

şad  oldum  ki,  uşaqlar  sağ-salamatdırlar,  yaxşı  oxuyurlar.  Səhhə-

tinizi  qoruyun.  Qohumlara  və  tanışlara  salam  deyin.  Bərk-bərk 

öpürəm sizi.

 

 

 

 Bütünlükdə sənin Yusufin”.

 

Məktubu  yaza-yaza  düşünürdü ki,  ailəsi bu  il  qışı  onsuz 



qarşılayacaq, bəlkə, altı qış da beləcə ötüb-keçəcək...

 Altı qış! 

 Son günlərin ağrılarından sonra buna heç ümidi yox idi...

  Yanvarın  dördünə  keçən  gecə  də  ağrı  qəfil  gəldi, 

qəddarcasına sinəsini kəsib-doğradı, heç səsini çıxarmağa da 

imkan vermədi...

  Son  eşitdiyi  bayırda  çovğunun  vıyıltısı,  yan  çarpayıda 

kiminsə sayıqlaması, hardan gəldiyini ayırd eləməyə macal 

tapmadığı “Getmə!” fəryadı oldu; son gördüyüsə, iç dünya-

sından  ağlagəlməz  sürətlə  keçən  ömür  məqamları,  bir  də 

Bilqeyis xanımın və uşaqlarının sifətləriydi.

  Səhər  yanaşı  çarpayıda  yatan,  bu  yaxınlarda  gətirilmiş 

dustaq  onun  hərəkətsiz  üzünü  görüb  hər  şeyi  başa  düşdü, 

dərhal nəzarətçini çağırmaq üçün qaçdı.

 Lyubov İlyuşina işə yenicə gəlmişdi, ovqatı təlx idi, dusta-

ğın xəbərindən sonrasa, az qala, yıxılacaqdı. Divara söykənib 

papiros yandırdı, astadan pıçıldadı:

 “Heyif səndən, Vəzirov! Çox heyif!”

 ...Cənazəni günortadan sonra götürdülər, maşının kuzo-

vuna qoyub bir neçə dustaq, dörd əsgərlə Betlyuqanın qolu 

Unca çayı qırağındakı qəbiristanlığa apardılar. Lyubov İlyu-

şina kabinədə oturmuşdu, qarlı yola baxa-baxa susurdu.

 Dustaqlardan biri – tatar İlyas Muhəmmədşin dua oxudu, 

tabutu qəbrə endirib üstünü torpaqladılar. Lyubov İlyuşina 

üstünə  5332  yazılmış  taxta  lövhəciyi  qəbrin  baş  tərəfinə 

sancdı...




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə