1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
Nəsirova Aytən Vaqif qızının
“Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”
mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060213 “Beynəlxalq münasibətlər”
İxtisaslaşmanın adı: Beynəlxalq münasibətlər və diplomatiya
Elmi rəhbər: Magistr proqramının rəhbəri:
Dos. Seyodova.A. Dos. Qurbanov R.M.
Kafedra müdiri: Prof.B.M.Abdullayev
BAKI – 2015
2
MÜNDƏRİCAT
Giriş………………………………………………………………...……….……....3
I Fəsil. Separatizmin yaranması, müasir dünyada separatizmin beynəlxalq
münasibətlərə təsiri……………………………………………………………......9
1.1. Separatizmin yaranması və yayılması……………………………………..……9
1.2. Azərbaycanda separatizm hərəkatının təzahürləri və erməni separatizmi
........16
1.3. Kürd separatizmi................................................................................................26
1.4. Separatizm və Rusiya.........................................................................................34
II Fəsil. Şovinizm, şovinist millətçiliyin müasir dünyada yeri və nəticəsi….…39
2.1. Şovinizmin ilk təzahürləri və yaranması……………………..……………….39
2.2.
Erməni xalqının şovinist siyasəti
.......................................................................42
2.3. Millətçiliyin ünsürləri və bu ünsürlərin insanların həyatına təsiri…………....47
III Fəsil. Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri..54
3.1. Müasir dünyada separatizm və beynəlxalq münasibətlər...................................54
3.2. Şovinist millətçilik nədir, müasir dünyada şovinist millətçiliyin özünü
göstərməsi..................................................................................................................65
Nəticə........................................................................................................................70
İstifadə olunmuş ədəbiyyat siyahısı.......................................................................74
Резюме
Summary
Referat
3
Giriş
Mövzunun aktuallığı. Müasir dövrdə dövlətlər daxilində baş verən
separatizm və şovinizm prosesləri dövlətlərin inkişafına , ərazilərinin kiçilməsinə və
eyni zamanda ölkə iqtisadiyyatının zəifləməsinə səbəb olmuşdur. Tədqiqatçılar
müasir dünyada 50 əsas separatizm ocağı olduğunu, 220 milyon əhalini və 12,7
milyon kvadratkilometr ərazini əhatə etdiyini bildirirlər. Coğrafi tipinə görə Qərbi
Avropaya 8, Şərqi Avropaya 12, Asiyaya 14, Afrikaya 6, Amerikaya 4, islam tipinə
görə isə 6 mərkəz düşür. Bunlardan 20-si silahlı qarşıdurma xarakteri daşıyır.
Separatizm əsasən etnik mənsubiyyətdən qaynaqlanan bir hal olmaqla, həm də etnik-
dini zəmində özünü göstərir. Dünyada 180-dən çox dövlət var, onlardan yalnız 20-si
etnik-monoton ölkədir, yəni başqa millətlərin sayı bu ölkələrdə 5%-dən aşağıdır.
Dövlətlərin 40 faizində isə ən azı 5 azsaylı xalq yaşayır. Nəzərə alsaq ki, planetdə 8
min xalq yaşayır və nəzəri baxımdan onların hər biri müstəqilliyinə can ata bilər,
onda dünyanın böyük qisminin millətlərarası savaş meydanına çevrilməsini təsəvvür
etmək çətin olmaz. Dissertasiya işində separatizm və şovinist millətçiliyin yaranması,
yayılması, dövlətlər arasında yaratdığı gərginlik ,beynəlxalq münasibətlərdə
separatizmin dövlətlərin inkişafına göstərdiyi təsir, millətçiliyin bir dövlət üçün necə
nəticələr verə biləcəyi öz əksini tapmışdır.
Tədqiqatın məqsədi. Dissertasiya işində tədqiqatın əsas məqsədi separatizm
və şovinist millətçiliyin dünya siyasətinə təsiri, sözügedən proseslərin qarşısının
alınması yolları, dünya ölkələrinin bu vəziyyətdən necə çıxış yolu tapa biləcəkləri və
eyni zamanda bu proseslər ərzində dövlətlərin inkişaf perspektivlərini müəyyən
etməkdir.
XXI əsrin əvvəllərinə yaxın dünya birliyi beynəlxalq sabitlik üçün əsas
təhdidlərdən biri ilə – bu və ya digər formalarda dünyanın əksər ölkələrində özünü
büruzə verən davakar separatizmlə üzləşmişdir. Separatizmi qidalandıran
etnoslararası münaqişələr bəzi hallarda hərbi-siyasi münaqişələrə, hətta dinc əhali
üçün faciəvi nəticələrə səbəb olan dövlətlərarası müharibələrə çevrilir. Bundan başqa,