7
İrqçi - faşist düşüncənin qaynağı şoven duyğularda yatar. Şovinizm çox vaxt
irqçi görüşlərlə eynilik təşkil edir. Bu istiqamətləri ilə təcavüzkar və mürtəce
xüsusiyyətlər daşıyır. Bu yolla "yurdunu, vətənini sevmə" bəhanəsiylə imperialist
döyüşlər haqlı göstərilə bilər. Necə ki Birinci və İkinci Dünya Döyüşlərində kütlələri
döyüşə sürmək üçün istifadə edilən şovinizm ən həddindən artıq formasını Hitler
Almaniyası və Mussolini İtalyasının faşizminin ideologiyasını və siyasətində
tapmışdır.
Dissertasiya işinin üçüncü fəsli “Separatizm və şovinist millətçiliyin
beynəlxalq münasibətlərə təsiri” adlanır. Dissertasiya işinin bu fəslində Müasir
dünyada separatizm və beynəlxalq münasibətlər və Şovinist millətçilik nədir, müasir
dünyada şovinist millətçiliyin özünü göstərməsi haqqında qeyd olunub.
Dünyada 180-dən çox dövlət var, onlardan yalnız 20-si etnik-monoton
ölkədir, yəni başqa millətlərin sayı bu ölkələrdə 5%-dən aşağıdır. Dövlətlərin 40
faizində isə ən azı 5 azsaylı xalq yaşayır. Nəzərə alsaq ki, planetdə 8 min xalq yaşayır
və nəzəri baxımdan onların hər biri müstəqilliyinə can ata bilər, onda dünyanın böyük
qisminin millətlərarası savaş meydanına çevrilməsini təsəvvür etmək çətin olmaz.
Hətta sakit Qərbi Avropada belə separatizmin dərin kökləri mövcuddur. Böyük
Britaniyada irlandlar və şotlandlar, İspaniyada basklar Fransada korsikalılar və
başqalarının separatçı mübarizəsi 10 illərdir davam edir.
Avropa Birliklərinin yaradılması digər məqsədlərlə yanaşı, həm də
milliyyətçiliklə mübarizə aparmaq və post-milli cəmiyyətlər qurmaq kimi hədəflərə
xidmət edirdi. Bununla belə, Avropa liderləri regional
və sub-dövlət
milliyyətçiliyinin potensialını düzgün hesablaya bilmədilər. Dövlətin zəifləməsini
şərtləndirən Avropa İttifaqı sub-dövlət elementlərinin güclənməsi ilə nəticələndi.
Artıq bəzi üzv dövlətlərdə, o cümlədən Belçika, Böyük Britaniya və İspaniyada
parçalanma ehtimalları o qədər realdır ki, müzakirələr atılacaq növbəti addımların
üzərində qurulub.
Qısaca milliyyətçilik yox olmaq istemiyən, var olmaq və qalmaq, yüksəlmək
və ucalmaq istəyən millətlərin imtina edilməz və əsla uzaqlaşdırıla bilməyən
8
ideologiyasıdır. Milliyyət hissi ilə milliyyətçilik şüurunun hər nə səbəb və surətlə
olursa olsun bir millətə edilən ən böyük düşmənçilik və pislikdir.
Dissertasiya işi nəticə ilə tamamlanır. Müasir beynəlxalq münasibətlər
sistemi və dünya siyasətində mövcud olan dağıdıcı faktorlardan biri də separatizmdir.
Separatizm formasından və səviyyəsindən asılı olmayaraq, beynəlxalq təhlükəsizlik
balansına mənfi təsir edən amillərdəndir. Tarixin müxtəlif dönəmlərində baş
qaldırmış separatist meyillər bəzən kiçikmiqyaslı - məhəlli müharibələrə, bəzənsə
millətlərarası ciddi qarşıdurmalara səbəb olmuşdur. Məsələn, tarixi təcrübədir ki, bir
sıra imperiyalar separatist tendensiyalar nəticəsində parçalanmışdır. Bundan başqa,
geniş mənada separatizm faktiki olaraq bir sıra xalqların tarixində hərəkətverici
(əslində, dağıdıcı) təsir qüvvəsi kimi çıxış etmişdir. Məsələn, bir sıra dövlətlər məhz
separatizm nəticəsində yaranıblar. Amma separatist hərəkətlənmələrin fonunda
yaranan dövlətlərin daim münaqişə və qarşıdurma içində olması da faktdır. Hər halda,
XXI əsrdə separatist meyillərə əsaslanan aktların ciddi qarşıdurma və qeyri-sabitliyə
səbəb olması amilini nəzərə alsaq, qeyd edə bilərik ki, bölücülük dövlətlərin ərazi
bütövlüyü və suverenliyinə qarşı təhdid olmaqla yanaşı, millətlərarası ziddiyyət və
qarşıdurmaların da mənbəyini təşkil edir.
.
9
I Fəsil. Separatizmin yaranması, müasir dünyada separatizmin beynəlxalq
münasibətlərə təsiri
1.1. Separatizmin yaranması və yayılması
İlk əvvəllər separasiya (lat. separatio-ayırma) kimi işlənən bu termindən bərk
maddələrin müxtəlif cinsli hissəciklərdən ibarət qarışıqlarını, emulsiyaları, habelə qaz
və ya buxarda bərk və maye asılqanları ayırma prosesi kimi istifadə
olunurdu. Separasiyadan faydalı qazıntıların zənginləşdirilməsində, qaz sənayesi,
yeyinti (məsələn, qaymaq almaq, süd təmizləmək üçün) sənayesi və s. istifadə edilir.
Separator (lat. separator-ayırıcı) separasiya aparatı mənasına gəlir. Separatorun
müxtəlif tiplərinin iş prinsipi qarışıqdakı komponentlərin fiziki xassələrinin
müxtəlifliyinə əsaslanır.
Separatizm (lat. separatisme - "ayrı" deməkdir) termini polietnik dövlətdə
milli azlıqların ayrılaraq ayrı dövlət və ya milli dövlət muxtariyyəti yaratması səyləri
mənasında işlədilir. Siyasi arenada daha çox işlədilən bu termin dövlətdaxili və
dövlətlərarası münaqişələrdə özünü aydın göstərmişdir. Beynəlxalq siyasətdə də bu,
bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal edilməsi və dövlət ərazisinin
parçalanması anlamına gəlir .
1
Separatçılıq – polietnik və ya federal dövlətdə yaşayan hər hansı bir etnik,
yaxud dini qrupun titul xalq və dini qrupla bərabər hüquqa malik dövlət qurmaq
istiqamətində apardığı siyasi fəaliyyətdir.
2
Müasir separatizm hər bir xalqın mütləq
qaydada müəyyən ərazidə öz dövlətinə malik olmasına əsaslanmış öz müqəddəratını
təyinetmə kimi yanlış prinsipə söykənir. Əslində isə belə bir prinsip nə hüquq
nəzəriyyəsində, nə beynəlxalq, nə də milli qanunvericilikdə yoxdur. Separatçılığın
ideoloqları təbliğ etdikləri hərəkata xalqların öz müqəddəratını təyin etmək hüququ
ilə haqq qazandırırlar. Demokratik fəlsəfənin bəhrəsi olan bu haqq hazırda dünyada
qəbul olunmuş azadlıq və bərabərlik idealları baxımından mənəvi cəhətdən ilk
1
İlham ismayıl “Açıq separatizmin məxfi tərəfləri” 24.12.2010
2
Hall, Raymond L. (1978). Black Separatism in the United States. Hanover, New Hampshire:
University Press of New England.
Dostları ilə paylaş: |