25
millətçiliyinin səngiməsinə səbəb oldu. Lakin Ermənistanın xüsusi xidmət orqanları
Azərbaycanın şimal bölgələrində sabitliyi pozmaq və etnik zəmində yeni münaqişə
ocağı yaratmaq məqsədilə avar hərəkatının bəzi liderləri ilə əlaqə quraraq onları
dövlətə qarşı silahlı mübarizə aparmağa təhrik etmişlər. Zaqatala və Balakən
rayonlarından olan bir qrup şəxs yaraqlı dəstə yaradaraq meşələrə çəkilsə də, polis,
Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti və digər hüquq-mühafizə orqanlarının birgə
həyata keçirdikləri əməliyyat-axtarış və döyüş tədbirləri nəticəsində silahlı dəstə
zərərsizləşdirilmiş, onun üzvləri həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilmiş və
cinayət əməllərinin erməni kəşfiyyatının təhriki ilə törədilməsi sübuta yetirilmişdir.
Erməni separatizmi - Azərbaycan 22 ildir ki, etnik separatizmdən əziyyət
çəkir. Çoxmillətli respublikamızın içində separatizm ocağı qalayan və onu böyük
yanğına çevirən etnik qrup ermənilərdir. Bir neçə etnik qrupun eyni vaxtda başladığı
etnik separatizm konfliktləri ilə baş-başa qalan qonşu Gürcüstandan fərqli olaraq,
Azərbaycanda yalnız ermənilər Azərbaycan dövlətinə qarşı müharibəyə başlayıblar.
Bir neçə başqa milli azlıqların sırasında epizodik qımıldanmalar olsa da, bu, diletant
və məsuliyyətsiz qrupların həvəskar çıxışlarından uzağa getmədi. Məlum oldu ki,
Azərbaycanda yaşayan milli azlıqlarla milli çoxluğun arasında həll olunması
mümkün olmayan elə bir ciddi problem yoxdur
32
.
Əslində ermənilərin separatçı hərəkətlərinin səbəbləri heç də siyasi, sosial-
iqtisadi, demoqrafiq problemlərə dayanmır. Hələ sovet dövründə ermənilərin
kompakt yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi öz rifah səviyyəsinə,
məşğulluq dərəcəsinə görə ölkənin digər regionlarından üstünlüyü ilə fərqlənirdi.
Azərbaycanın dörd bir yanında qazanılan pullar məhz DQMV-yə axırdı. Bu, əsasən
dövlət dotasiyası şəklində olurdu, ancaq başqa kanallar da mövcud idi.
Ölkənin cənub, qərb, şimal və aran rayonlarında tapılmayan ərzaq məhsulları,
geyim məmulatları məhz DQMV-də tapılırdı. Bu vilayətdə ermənilər muxtariyyətin
ən ali növünə sahib idilər. Stepanakert, Martuni və Mardakertdən keçən adamlar
şahidlik edə bilərlər ki, bu şəhər və qəsəbələrin heç yerində Azərbaycan dilində
32
Utku Kızılok “Özerklik Tartışmaları ve Şovenizm” May 2014
26
yazılmış lövhələrə, elan və şüarlara rast gəlmək mümkün deyildi. Hər bir yazı erməni
dilində idi. Nabələd adam bu yerlərin Ermənistana məxsus olduğunu zənn edərdi.
Ermənilər öz dillərində təhsil alır, qəzet nəşr edir, radio yayımı həyata keçirirdilər.
DQMV-nin Azərbaycandan asılılığı yalnız kağız üzərində idi və daha çox mərkəzdən
subvensiya və dotasiya almaq üçün işə yarayırdı. Hər hansı bir basqıdan, milli
zəmində zülmdən, istismardan söhbət belə gedə bilməzdi. Buna görə də iddia etməyə
əsas var ki, erməniləri separatizmə sürükləyən başlıca səbəb milli muxtariyyatın
zəifliyi, formallığı yox, onun həddindən artıq ermənilərin həzm edə biləcəyindən çox
olması olub. Sadəcə, ermənilər DQMV-ni öz müstəqil dövlətləri hesab etdikləri üçün
əllərinə düşmüş ilk fürsətdə onu rəsmən elan etməyə qalxdılar.
Bu zaman onlar sovet-kommunist totalitarizminin, SSRİ imperiyasının bir
qədər zəifləmiş olmasından istifadə etdilər. Əgər DQMV ərazisində baş qaldıran ilk
separatizm dalğası sovet dalğaqıranlarına dəyərək amansızlıqla qırılsaydı, ermənilər
Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək niyyətini bir neçə on il
təxirə salacaqdılar. Amma SSRİ rəhbərliyi boş, yumşaq tərpəndi və nəticədə SSRİ
dağıldı.
Erməni separatizmi dünya ölkələrində mövcud olan bölücülük hərəkatlarının
heç birinə bənzəmir. Bəzən erməni alimləri müxtəlif ölkələrdəki separatçılıq və ya
milli-azadlıq hərəkatları özləri arasında ümimi cəhətlər, bənzərliklər tapmağa çalışır,
böyük-böyük məqalələr yazırlar. Məsələn, Vahan Sərkisyan adlı erməni linqvisti az
qala sübut etməyə çalışır ki, İspaniyadakı basklar ermənilərlə eyni kökdəndir və ona
görə bu qədər azadlıq sevəndirlər. Sərkisyan erməni və bask dillərində bir-birinə
identik olan sözləri toplayaraq balaca bir sözlük də tərtib edib. Ancaq basklarla
ermənilər arasında böyük fərqlər olduğu kimi, onların bölücülük ideyaları, eləcə də
məqsədəçatma taktikaları arasında da böyük fərqlər var.
1.3. Kürd separatizmi
Kürd separatizmi son zamanlar Yaxın Şərq və Cənubi Qafqaz regionları üçün
təhlükə mənbəyinə çevrilmiş fəaliyyətlər həyata keçirir. Kürd separatizmi yeni deyil
27
və on illərdir ki, Türkiyə, Suriya, İraq siyasətinin mərkəzindədir. PKK-KADEK
lideri Öcalan 5 ölkənin ərazilərini özündə birləşdirən "konfederasiya" qurmaq
istədiyini bildirib. "Konfederasiya"nın tərkibinə Azərbaycanın 4 rayonu da daxildir
33
.
Yaxın Şərq regionunda, xüsusilə, Türkiyə, İraq, İran və Azərbaycanda kürd
faktorunun xeyli aktivləşdiyi və terrorist separatizmlə müşahidə olunan bu aktivliyin
bölgə üçün ciddi təhlükəyə çevrildiyi müşahidə edilir
.
ABŞ-ın işğalından sonra kürdlər İraqın yeni dövlət quruluşunun təşkilində
əsas xalq kimi iştirak edir (ölkə əhalisi kürd, şiə və sünni kimi üç qrupa bölünüb), icra
strukturu və parlamentdə təmsil olunurlar. Paralel olaraq Türkiyədə PKK terror
təşkilatının qanlı əməliyyatlarının sayı artıb və bu addımlar Türkiyədə 2009-cu ilin 11
dekabrına qədər leqal şəkildə fəaliyyət göstərmiş və həmin tarixdə Türkiyə
Konstitusiya Məhkəməsinin qərarı ilə qapadılmış Demokratik Toplum Partiyası,
eləcə
də
qeyri-hökumət
təşkilatları,
eyni
zamanda
media
yolu
ilə
tamamlanır
34
. Suriya ilə bağlı ABŞ administrasiyasının mövqeyinin kəskinləşməsi
fonunda Suriyaya qarşı kürd faktorundan istifadə ediləcəyinə dair planlar hazırlandığı
bildirilir və 1,5 milyon kürdün yaşadığı həmin ərəb ölkəsində fəaliyyət göstərən
"Yekiti" təşkilatının imkanlarından istifadə edilməsini nəzərdə tutan layihələrin
mövcudluğu istisna edilmir. İranla bağlı Ağ Evin gələcək planlarında da bu ölkədə
yaşayan kürd etnosunun adı gündəmə gətirilir
35
.
Nəhayət, Azərbaycanda kürd probleminin, özü də PKK-ya bağlı separatçı
qüvvə şəklində dövlət idarəçiliyində belə özünə yer tapması sirr deyil. Kremlin
himayəsindən yəhudi marağına bəllidir ki, regionda kürd kartıdan ilk əvvəl keçmiş
SSRİ-nin xüsusi xidmət orqanları fəal şəkildə istifadə edib, kürd qruplaşmalarının
ideoloji baxımdan sol plaftorma əsasında təşkilatlanması istiqamətində məqsədyönlü
33
Samin Həsənov “Separatizm və dini amillər”, Dirçəliş – XXI əsr – 2008, Bakı
34
Hall, Raymond L. (1978). Black Separatism in the United States. Hanover, New Hampshire:
University Press of New England
35
Arenson, Karen W. (April 19, 2006). "CUNY Program to Help Black Men Is Called
Discriminatory". New York Times
.
Dostları ilə paylaş: |