34
Uzun müddət Türkiyə üçün problemlər yaradan kürd separatizmi hazırki
dönəmdə yeni bir mərhələni yaşamaqdadır. Belə ki, Türkiyədə fəaliyyət göstərən
Demokratik Toplum partiyasını tam şəkildə kürd separatizminin leqal forması hesab
etmək olar. PKK-ilə münasibətlərin gərgin dönəmində açıqdan-açığa terrorizmi
dəstəkləyən, hətta sərbəst şəkildə PKK bazalarına gedib gələn DTP liderlərinin böyük
əksəriyyəti bir zamanlar əllərinə silah götürərək terrorçu kimi fəaliyyət göstəriblər.
Düzdür DTP-nin siyasi düzəndə yer alması Ankaranın özünü Avropaya Milli
azlıqlara hörmətlə yanaşan və dinc kürd etnosuna qarşı qərəzçilik etmədiyini
göstərməsi ilə bağlıdır. Amma son reallıqlar da onu göstərdi ki, bu yanaşma nəticə
etibarı ilə kürd separatizminin leqal formada Türkiyə siyasətində söz sahibinə
çevrilməsinə gətirib çıxarır
47
.
1.4. Separatizm və Rusiya
Ukraynada baş verən olaylar, xüsusilə də Krımda Rusiyanın son aktivləşməsi
və muxtariyyətin mərkəzdənqaçma meyilləri postsovet məkanında separatizm
problemini yenidən gündəmə gətirib. Nəzər yetirsək görmüş olarıq ki, postsovet
məkanında öz inkişaf yolunu sərbəst müəyyənləşdirmək istəyən cəmiyyətlər,
müstəqil siyasət yeritməyə meyil edən dövlətlərin hər biri separatizmdən əziyyət
çəkir
48
. Separatizm meyillərinin arxasında isə birbaşa Rusiya amilinin durması heç
kəsə sirr deyil. Həm Dağlıq Qarabağ, həm Abxaziya və Osetiya, həm Dnestryanı,
həm də son vaxtlar aktuallaşan Qaqauziya və Krım problemləri açıq şəkildə
Rusiyanın SSRİ-nin şinelindən çıxmış dövlətlərə təzyiq vasitəsi olduğunu ortaya
qoyur.
Qeyd edək ki, ayrı-ayrı postsovet ölkələrində mövcud olan sözügedən
problemlərin əksəriyyətinin mövcudluq tarixi elə həmin dövlətlərin yaşı ilə eynidir.
47
Curtois, Stéphane. Démocratie délibérative et sécession”, Revue Canadienne de science politique,
Cilt. 37, No. 4, (Aralık 2004), ss. 811-838.
48
Д. В. Заяц выделял 54 очага — вместе с Сербией, Черногорией и Восточным Тимором,
которые стали независимыми государствами, признанными ООН
35
Bu problemlərin həll olunmaması Rusiyanın marağında olmaqla həmin dövlətləri bir
növ, özündən asılı vəziyyətə salmaq məqsədi daşıyır
49
.
Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ separatizminə nəzər yetirsək görərik
ki, bu problem uzun illərdir ki, ölkəmizin inkişafının qarşısında bir növ səddə
çevrilib. Problemin mövcud olduğu 26 ildir və hazırda Azərbaycan torpaqlarının
20%-i işğal altındadır. Bu torpaqlarda yaşayan 1 milyon əhali isə məcburi köçkün
vəziyyətindədir. Əlbəttə ki, onların bütün problemləri dövlətin üzərində bir yükdür.
Həmçinin problemin həllinin açarının Rusiyanın cibində olması ölkəmizin müəyyən
məqamlarda bu dövlətin maraqlarını nəzərə almasını zəruri edir. Bu isə Azərbaycanın
inkişafına müəyyən mənada da olsa. öz təsirini göstərir. (Son dövrlər Rusiyanın
Azərbaycana təsir imkanlarını minumuma endirəcək ciddi addımlar atılmışdır.
Məsələn, ölkənin iqtisadi-enerji müstəqilliyinin möhkəmləndirilməsi, Qəbələ RLS-in
bağlanması və s. Lakin digər ölkələr hələ də bunu reallaşdıra bilmirlər. Bu isə
Azərbaycan dövlətinin uğuru kimi qiymətləndirilə bilər)
50
.
Abxaziya və Osetiya problemləri isə Gürcüstanın inkişafını və Avropaya
inteqrasiyasını əngəlləməkdədir. Bu separatizm Rusiya tərəfindən xüsusilə açıq
dəstək görməkdədir. Hətta məlum olduğu kimi, Rusiya bu separatçı qurumları dövlət
kimi də tanıyıb.
Dnestryanı, Qaqauziya problemləri isə Moldovanın qarşısında səddir.
Dnestyanı problemi çoxdan mövcud olsa da, Qaqauziya Moldovanın assosiativ
üzvlüklə bağlı Avropa İttifaqı ilə bağladığı müqavilədən sonra ortaya çıxıb.
Krım bölgəsində baş verən separatçılıq hərəkətləri isə məlum olduğu kimi,
Rusiyameyilli Yanukoviçin devrilməsindən sonra aktuallaşdı. Qeyd edək ki,
49
Абдулатипов Р. Г. Этнополитология. СПб.Питер, 2004. С. 249.
50
Бодрова Е. В. К вопросу о причинах роста национального сепаратизма на Северном Кавказе в
годы Великой Отечественной войны // Знание. Понимание. Умение. — 2005. — № 2. — С. 23-
30
.
36
Ukraynada Qərbyönümlü qüvvələrin hakimiyyətə gəlişindən sonra Rusiyanın adekvat
addımlar atacağı gözlənilən idi. Lakin onun açıq şəkildə separatist və təcavüzkar
reaksiyası dünya ictimaiyyətini bir növ şok vəziyyətinə salıb
51
.
Göründüyü kimi, Rusiya regional proseslərdə öz maraqları naminə hər cür
varianta əl atmaqdadır. Xüsusilə də Ukraynanın Gömrük İttifaqı və Avrasiya Birliyi
kimi Rusiyanın rəhbərliyi ilə yaradılan birliklərdən imtinası onun üçün
bağışlanmazdı.
Müşahidələr göstərir ki, Rusiya postsovet ölkələrini öz təsir dairəsində
saxlamaq üçün 20 ildən çoxdur ki, eyni taktikadan istifadə edir. Dünyanın
dəyişməsinə, siyasi proseslərin, beynəlxalq münasibətlərin yeni çalarlar kəsb
etməsinə baxmayaraq Rusiyanın hələ də öz köhnə metodlarından əl çəkmək fikrində
olmadığı ortadadır. Məhz Rusiyanın bu mahiyyəti köhnə müttəfiqlərini ondan üz
döndərməyə meyilləndirir
52
. Rusiyanın separatizmə dəstək vasitəsilə təzyiq siyasəti
müəyyən mənada işə yarasa da, əslində həmin dövlətlər, cəmiyyətlər öz yollarına
davam etməkdədirlər. Digər tərəfdən Rusiyanın bu metodu cəmiyyətlərdə, xalqlarda
ona qarşı bir növ, aqressiya yaradır, ikrah doğurur. Demokratiyanın növbəti
dalğasının başlandığı, qloballaşmanın vüsət aldığı bir dövrdə Rusiyanın öz
maraqarını yalnız aqressiv metodlarla müdafiə etməsi yalnız müvəqqəti effekt verə
bilər. Çünki sirr deyildir ki, Rusiyanın təsir altında saxlamağa cəhd göstərdiyi bütün
bölgələr ondan uzaqlaşmağa, Qərbə, Avropaya inteqrasiyaya can atırlar. Bu dövlətləri
Qərbə meyilləndirən nədir? Əlbəttə ki, sivil demokratik cəmiyyət, hüquqi dövlət,
51
Конституція України | від 28.06.1996 № 254к/96-ВР (Сторінка 2 з 4)
52
Elxan Şahinoğlu “Ukraynanın separatizm üzərində qələbə çalmaqdan başqa alternativi yoxdur”
23.01.2015
Dostları ilə paylaş: |