57
düşür. Müstəqilliyə can atan aktiv qrupların olduğu digər region - Basklar ölkəsi isə
İspaniya ərazisinin 1,5, əhalisinin 5 faizi deməkdir. Bununla belə, bu əyalət
İspaniyanın ən varlı əyaləti olmaqla yanaşı, Aİ-nin də ən varlı regionları
arasındadır
102
. Ancaq bu itkilər İspaniya və Böyük Britaniyanın dövlət əsaslarına
zərbə vurmaq iqtidarında deyil. Bu ölkələr öz ərazilərini itirdikləri halda, əvvəlki
statuslarını qorumuş olacaqlar. Əsl problem Belçika parçalanarsa ortaya çıxa bilər.
Bu ilin may ayında keçiriləcək parlament seçkilərində Flandriya əhalisi
milliyyətçilərə mütləq çoxluqla səs versə, Belçikanın iki və daha çox hissəyə
parçalanması real ola bilər. Bu halda hansı hissənin hansı şəkildə Aİ üzvlüyünə
qatılması məsələsi daha mürəkkəb olacaqdır. Dövlətlərin varislik hüququnun
detallarına varmadan belə aydın olur ki, Belçikanın köhnə statusuna köklü
dəyişikliklər edilməsi zərurətə çevriləcəkdir. Bu ölkənin parçalanmasının necə
mürəkkəb məsələ olduğunu bilmək üçün onun federal quruluşuna nəzər salmaq
kifayət edir.
Təbii ki, Aİ-nin Qərbi Balkanlara uzandığı bir vaxtda qapılarını Şotlandiya,
Flandriya və Kataloniyaın üzünə bağlayacağı ağlabatan deyil
103
. Böyük ehtimalla
Avropa İttifaqı Şurası yaranacaq yeni dövlətlərin üzvlüyü ilə bağlı sadələşdirilmiş
prosedura təşkil edəcək. Bu həm siyasi arenadakı gərginliyi, həm də Avropa
institutlarının iş yükünü yüngülləşdirmək üçün edilə bilər. Digər obyektiv səbəb
üzvlük qaydaları ilə bağlıdır. 1993-cü ildə qəbul olunmuş və Kopenhagen meyarları
kimi tanınan 3 uyğunluq şərti - hüquqi dövlət, bazar iqtisadiyyatı və bu günədək
qəbul olunmuş Aİ qaydalarının toplusunun (acquis communautaire) tətbiqidir.
Üçüncü şərt danışıqların və namizədliyin müddəti baxımından çox əhəmiyyətlidir.
Həmin qaydalar toplusu 35 fəsildən və minlərlə maddədən ibarətdir. Hər bir
maddənin namizəd ölkə tərəfdən tətbiq olunması müəyyən vaxt və keçid müddəti
tələb edir. İspaniya və Böyük Britaniyadan ayrılan hissələrin bu qaydaların demək
102
Female Chauvinist Pigs: Women and the Rise of Raunch Culture, Ariel Levy, 2006
103
Hall, Raymond L. (1978), Black Separatism in the United States, University Press of New England
58
olar ki, hamısını öz ərazilərində tətbiq etdiyini düşünmək olar. Odur ki, yeni
dövlətlərin bu mürəkkəb proseduradan yan keçəcəyi aydındır
104
.
O ki qaldı valyuta məsələsinə, Aİ üzvlüyü avronun milli valyuta kimi
istifadəsinin sine qua non şərti deyil. Təbii ki, müstəqil olacaqları təqdirdə,
Kataloniya və ya Basklar ölkəsi Avro institutlarına üzvlük üçün müraciət etməli
olacaqlar, lakin bunun uzun bir prosedura olmadığı bəllidir. Andorra, Çernoqoriya,
Monako, San-Marino və Vatikan Aİ üzvü olmadan milli valyuta kimi avrodan
istifadə edirlər.
Dünyada getdikcə yayılan separatizm meyilləri zaman getdikcə bütün
ərazilərdə öz təsirini göstərməyə başlayırdı. Separatizm meyillərinin yayıldığı ərazilər
siyahısına Cənubi Osetiyanı da aid etmək olar.
Cənubi Osetiya Cənubi Qafqazda yerləşən BMT, Avropa İttifaqı, ABŞ
tərəfindən və eyni zamanda, beynəlxalq razılaşmalara əsasən, Gürcüstanın ərazisi
kimi tanınan mübahisəli bölgədir. 2008-ci il avqustun 26-da Rusiya Federasiyası,
sentyabrın 3-də Nikaraqua 2009-cu il sentyabrın 10-da Venesuela tərəfindən
müstəqil dövlət kimi tanınır. Cənubi Osetiya Rusiya, Nikaraqua və Venesuela istisna
olmaqla bütün başqa dünya dövlətləri tərəfindən Gürcüstanın əyaləti kimi tanınır.
Paytaxtı Sxinvali şəhəridir
105
. Cənubi Osetiya müstəqilliyini 1990-cı ildən elan edib.
Gürcüstan hökuməti isə osetinlərin müstəqillik istəyinə onların muxtariyyət
hüququnu ləğv etməklə və osetinlərin yaşadıqları əraziyə ordu yeritməklə cavab
verib. Bu, Cənubi Osetiya müharibəsinə səbəb oldu. Müharibə nəticəsində Cənubi
Osetiya de-fakto müstəqillik əldə etsə də, bu, heç bir dövlət tərəfindən tanınmırdı
106
.
2008-ci ilin avqustun 8-də gürcü qoşunları öz ərazi bütövlüyünü bərpa
etmək üçün separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvali şəhərinə hücum etdi. Qısa
müddət ərzində Sxinvali şəhərini ələ keçirən gürcü ordusu tezliklə kapitulyasiya
haqqında müqavilənin imzalanacağına ümid etdiyi vaxt Rusiya tərəfi Gürcüstanı
104
Hall, Raymond L. (1978). Black Separatism in the United States. Hanover, New Hampshire:
University Press of New England
105
Arendt, Hannah (October 1945). "Imperialism, Nationalism, Chauvinism". The Review of
Politics 7 (4): 457
106
İlham ismayıl “Açıq separatizmin məxfi tərəfləri” 24.12.2010
59
işğalçılıqda günahlandıraraq Sxinvalini tərk etməsi haqqında ultimatum göndərdi.
Bunun ardınca Rusiya öz vətəndaşlarını qorumaq adı ilə Gürcüstana hücum edəcəyini
bildirdi. Gürcüstan Rusiyanın xəbərdarlıqlarına məhəl qoymayaraq Sxinvalini tərk
etməyəcəyini bəyan etdi. Nəticədə elə həmin gün rus qoşunları Şimali və Cənubi
Osetiyanı birləşdirən Rogun keçidi vasitəsilə öz vətəndaşlarını və sərhəddə
yerləşdirilən rus sülhməramlılarını qorumaq bəhanəsi ilə Cənubi Osetiyaya daxil
oldu. Tezliklə Sxinvali şəhərini ələ keçirən rus qoşunları Gürcüstan ərazisinin
içərilərinə doğru irəlilədilər. İşğal zamanı Rusiya tərəfdən 150 tank və zirehli texnika
iştirak etmiş, Gürcüstan ərazilərini bombalamaq üçün Pskov şəhərinin diviziyası cəlb
edilmişdir. Rus -osetin qoşunları Sxinvaliyə hücumu davam etdirərək Gürcüstanın
Qori şəhərini tutdular. Gürcüstanın paytaxtı olan Tbilisi şəhərinin 40 kilometrliyində
olan Qori şəhəri çox strateji bir yerdə yerləşir. Qori şəhərinin tutulması ilə Gürcüstan
faktiki olaraq iki hissəyə bölündü. Belə olduqda işğal altında olan Gürcüstanın şimal
hissəsi dövlətin nəzarətindən çıxdı. Rusiyanın dəniz qüvvələri də işğalı davam
etdirərək Gürcüstanın Poti limanını və Kadori ərazilərini tutdu
107
.
Beynəlxalq aləm Rusiyanı işğalçılıqda ittiham edərək bu hərbi əməliyyatları
birmənalı olaraq pislədi və Qərbin səyi ilə Rusiya Prezidenti 12 avqust 2008-ci ildə
işğalı dayandıraraq danışıqlara başlamağa qərar verdi. Münaqişənin həll edilməsi
üçün Qərb dövlətlərindən Fransanın Prezidenti N. Sarkozi atəşkəs müqaviləsinin
imzalanmasını təklif etdi. Uzun diplomatik danışıqlardan sonra Gürcüstan Prezidenti
Mixeil Saakaşvili 15 avqust 2008-ci ildə atəşkəs müqaviləsini imzaladı.
ABŞ və Avropa Birliyi bu müharibədə Gürcüstanı dəstəklədiklərini bildirsələr
də, faktiki olaraq ona lazımı yardımı göstərə bilmədilər
108
.
Bundan sonra hadisələrin ağırlıq mərkəzi cənuba, Rusiya qüvvələrinin
yerləşdiyi Krım yarmadasına keçib. Moskvanın addımlarına Kiyev ölkədə ümumi
107
Little, Malcolm (1964), The Ballot or the Bullet, April 4, 1964
108
Moses, Wilson Jeremiah (1988), The Golden Age of Black Nationalism, 1850-1925, Oxford:
Oxford University Press
Dostları ilə paylaş: |