55
Avropa Birliklərinin yaradılması digər məqsədlərlə yanaşı, həm də
milliyyətçiliklə mübarizə aparmaq və post-milli cəmiyyətlər qurmaq kimi hədəflərə
xidmət edirdi. Bununla belə, Avropa liderləri regional
və sub-dövlət
milliyyətçiliyinin potensialını düzgün hesablaya bilmədilər. Dövlətin zəifləməsini
şərtləndirən Avropa İttifaqı sub-dövlət elementlərinin güclənməsi ilə nəticələndi.
Artıq bəzi üzv dövlətlərdə, o cümlədən Belçika, Böyük Britaniya və İspaniyada
parçalanma ehtimalları o qədər realdır ki, müzakirələr atılacaq növbəti addımların
üzərində qurulub
96
.
Ən real parçalanma ehtimalı Şotlandiyaya aiddir. Bu ilin 18 sentyabrında
şotlandiyalılar Böyük Britaniyanın tərkibində qalıb-qalmamaq istəklərini referendum
vasitəsilə ifadə edəcəklər. 26 noyabr 2013-cü il tarixində nəşr olunmuş
“Şotlandiyanın gələcəyi” adlı ağ kitabda şotland hökuməti referendumdan “hə”
çıxacağı halda, 18 aylıq keçid dövrü təklif edir
97
. Bununla da əsl müstəqillik 24 mart
2016-cı ildən başlayır. Bu müddət ərzində şotland parlamenti konstitusiyanın
hazırlanması ilə məşğul ola, gələcək dövlətin institusional strukturunu hazırlaya bilər.
Bundan əlavə, müstəqil Şotlandiya keçid dövrü ərzində Böyük Britaniya hökuməti ilə
milli borcun bölüşdürülməsi, britaniyalı dövlət qulluqçularının taleyi, Şotlandiya
ərazisində yerləşən hərbi bazaların, xüsusilə də nüvə silahlarının gələcək statusu
haqda razılığa gəlməlidir
98
. Eyni anda Avropa institutları və digər beynəlxalq
institutlarla davamlılıq prinsipinin qorunması üçün danışıqlar aparılması da zəruri
olacaqdır. Təbii ki, şotland hökuməti Aİ-yə üzvlük məsələsində Avropa İttifaqı
Müqaviləsinin 49-cu deyil, 48-ci maddəsinin tətbiq olunmasını üstün tutardı.
Xatırladaq ki, 49-cu maddə yeni üzvlərin qəbulu, 48-ci maddə isə mövcud
müqavilələrə dəyişiklik prosedurasını müəyyən edir. Şotland hökumətində ümid
edirlər ki, 28 üzv dövlət Şotlandiyanın Böyük Britaniya daxilində 40 illik Aİ
üzvlüyünü nəzərə alaraq onu hər şeyi yenidən başlamağa məcbur etməzlər.
96
Woods, Sherwyn M. (January 1976).
"Some Dynamics of Male Chauvinism".
Archives of General
Psychiatry 33 (1)
97
Dobratz, Betty A.; Shanks-Meile, Stephanie L. (Summer 2006). "Strategy of White
Separatism". Journal of Political and Military Sociology.
98
Michael Korda, Male Chauvinism! How It Works. New York: Random House, 1973
56
Edinburqun şərtlərinin bəziləri isə əvvəlcədən məlumdur: Avroya qoşulmamaq və
funt-sterlinqi saxlamaq, Şengen zonasına daxil olmamaq və Böyük Britaniyanın
istisna müddəalarını saxlamaq
99
.
İspaniyada isə regional Katalan hökuməti bu ilin noyabrında müstəqillik
referendumunun keçirilməsinə nail olmaq istəyir. Plan baş tutsa, seçicilərdən
Kataloniyanı ştat, yoxsa müstəqil dövlət kimi görmək istədikləri soruşulacaq. Ancaq
ispan hökuməti bu referendumun konstitusiyaya zidd olduğunu əsas gətirərək onun
keçirilməsinə icazə vermir. Hazırkı İspaniya konstitusiyasına görə, referendum
Kataloniya da daxil olmaqla, İspaniyanın 17 muxtar vilayəti tərəfindən deyil, yalnız
Madriddəki milli hökumət tərəfindən təşkil oluna bilər. Bundan əlavə, İspaniya
Konstitusiya Məhkəməsinin Basklar ölkəsinin referendum keçirmək hüququ ilə bağlı
11 sentyabr 2008-ci il qərarı regionların referendum keçirmək səlahiyyətinin
olmadığını təsdiq edir. İspaniyanın hər iki aparıcı partiyası - baş nazir Mariano
Raxoyun Xalq Partiyası və müxalifətdəki Sosialist Partiyası referenduma qarşı
çıxacaqlarını çoxdan açıq şəkildə bildiriblər. Belə olan halda, milli parlamentdə
referenduma qarşı olanlar mütləq səs çoxluğuna malik olurlar. Aİ və hətta NATO
rəsmiləri müstəqil olacağı təqdirdə, avtomatik olaraq Kataloniyanın üzvlükdən
çıxarılacağını bəyan ediblər
100
.
Böyük Britaniya və İspaniya ərazilərinin iqtisadi cəhətdən çox əhəmiyyətli
parçalarını itirə bilərlər. Şotlandiyanın Böyük Britaniyadan ayrılacağı təqdirdə,
Birləşmiş Krallıq ərazisinin üçdə birini, əhalisinin isə 10 faizini güzəştə getməli
olacaq
101
. Bundan əlavə, Şimal dənizinin neft-qaz ehtiyatları Şotlandiyanın ərazisində
qalacaq. İspaniyanın 4-cü ən varlı əyaləti olan Kataloniya ölkə ərazisinin 6, əhalisinin
isə 16 faizini təşkil edir. İspaniya iqtisadiyyatının 20 faizi məhz Kataloniyanın payına
99
Lloyd, Cynthia B., ed. Sex, Discrimination, and the Division of Labor. New York: Columbia
University Press, 1975
100
Mughal, Muhammad Aurang Zeb. 2012. Spain. Steven L. Denver (ed.), Native Peoples of the
World: An Encyclopedia of Groups, Cultures, and Contemporary Issues, Vol. 3. Armonk, NY: M .E.
Sharpe, pp. 674-675
101
Cabestan, Jean-Pierre; Pavković, Aleksandar, eds. (2013). Secessionism and Separatism in Europe
and Asia: To have a state of one’s own. Routledge