66
olmaq və var qalmaq yolunda əzm və iradəsinə bütün mənliyi ilə bağlanaraq xidmət
etmək, şəxsi həyatını milli dəyərlərə səmimi bir bağlılıq içində təşkil etmək və milli
bir üslubla yaşamaq, varlığını millət varlığından ayırmayan, millət üçün fədakarlığı
əsas qəbul edən idealist bir İslam əxlaqını fərdlərin və cəmiyyətin həyatına hakim
qılmağa çalışmaq, millətin bütün fərdlərini dərddə və iftixarda ortaq, bölünməz bir
bütün və bir-birlərinin qardaşları olduqları duyğu və şüurunda birləşdirməyə səy
etməkdir deyə ifadə edilə bilər
120
.
O halda milliyyətçilik kökü insan ruhunun dərinliklərinə qədər çatan bir ictimai
zərurətdir. Romantik bir hiss yumağı ilə sarılmış, qarışmış və qaynaşmış olaraq, bir
millətə mənsubiyyəti və bu mənsubiyyətin tələb etdiyi yaşayış və davranış
praktikasının şüur halıdır. Məqbul bir mənlik duyğusu və bir dərəcəyə qədər bir
eqoizm davranışıdır; bu da insanın təbiətində vardır
121
. Ancaq bunun mütləq
təcavüzkar olması lazım deyil. Çünki öz şəxsiyyətinə düşkün olan, başqalarının
şəxsiyyətinə də hörmət edər. Millətlər də milli hiss və mənfəətləri ilə və öz
milliyyətçilik səyləri ilə başqa millətlərin milli duyğu və maraqlarını və yüksək insani
idealları uzlaşdıra bilərlər. Uzlaşdırmalıdırlar. Bu ölçülər içində, yəni doğru, aydın bir
millətçilik irqçiliklə də, nasizm və faşizmlə də qarışdırılmaması lazım olan bir
fikirdir
122
.
Qısaca milliyyətçilik yox olmaq istemiyən, var olmaq və qalmaq, yüksəlmək
və ucalmaq istəyən millətlərin imtina edilməz və əsla uzaqlaşdırıla bilməyən
ideologiyasıdır
123
. Milliyyət hissi ilə milliyyətçilik şüurunun hər nə səbəb və surətlə
olursa olsun bir millətə edilən ən böyük düşmənçilik və pislikdir
124
.
Mərhum Ustad Nəcib Fazil milliyətçilik nədir sualına belə cavab verir:
120
Arendt, Hannah (October 1945). "Imperialism, Nationalism, Chauvinism". The Review of
Politics 7 (4): 457
121
Woods, Sherwyn M. (
January 1976). "Some Dynamics of Male Chauvinism"
122
Tanıl Bora, Türk Sağının Üç hali Mİlliyetçilik, Muhafazakarlık, Birikim, İstanbul, 1999
123
Tural Mehbaliyev “Millətçilik nədir? Tarixi əsasları və inkişafı” 21.10.2014
124
Masami Arai, Modernleşme ve Milliyetçilik, İletişim, İstanbul
67
"Milliyyətçilik anlayışı müsəlmanlıqla məhdud o sərhədli milliyətçilikdir ki, bu
sərhədin ən kiçik miqyasına özünü hüdudsuz və başıboş bilən heç bir milliyyətçilik
çata bilməz."
"İslam inqilabının milliyyətçiliyi bütünlüklə insanlıq heyətində ruhun
qaynağını Müsəlmanlıq olaraq qəbul etdikdən sonra, o ruhu daşımağa,
rəngləndirməyə, mizaçlandırmaya qarşı ləyaqət ifadəsi baxımından bütün qövmlər
arası yarışmada üstünlük məfkurəsindən ibarətdir."
125
"Beləcə milliyyət məfkurəsi, irq, tayfa və soy ifadəsiylə də Peyğəmbərinə
layiq olmağa cəhd etməyin əsəridir ki, hər cür irq və qövm sərhədini əhatə edən və
aşan Müsəlmanlığı incitmək yerinə şad edecək və ana ölçüyə bir dəfə bağlandıqdan
sonra ən irəli hüquqlara qədər icazəli milliyyətçiliyin də özü olacaq. "
"Şəriətlə hududlu milliyyətçilik həqiqətdə hüdudsuz milliyyətçiliyin tam
özüdür."
"Milliyyətçiliyin bu ölçü xaricində qalan bütün alovlu təzahürləri yalnız
gövdələri yandırıb kül edən dar və xəsis bir nefsanîlik, xam və doğmatik bir
bütçülükdən başqa bir şey deyil."
Ölkəci dünya görüşünə görə görə millətçilik ən başda bir dəfə, cəmiyyət
vahidləri içindən milləti seçim etmək, sonra bu milləti 1) sevmək 2) qorumaq 3)
yüksəltmək və 4) ucaltmaq idealıdır ... Yəni Ölkəci dünya görüşü milliyyətçiliyi belə
təsvir edir
126
:
“Millətçilik millətini sevmək, qorumaq, yüksəltmək və ucaltmaq idealıdır”
127
.
Tərifi bir az daha açaraq, təkrarlasanız belə deməmiz mümkündür: Millətçilik
millətini və millətini meydana gətirən milliyyət ünsürlərini sevmək, qorumaq,
yüksəltmək və ucaltmaq idealıdır. Ancaq bu sevmək, qorumaq, yüksəltmək və
125
Tanıl Bora, Türk Sağının Üç hali Mİlliyetçilik, Muhafazakarlık, Birikim, İstanbul, 1999
126
Dr. Serab Sezer, Türk Devrim Tarihi-"çöküşten dirilişe", 2006
127
Əhməd Şahidov “XXI əsrin ideal tələbəsi ifrat dini və şovinist ideyalardan uzaq olmalıdır”
12.05.2012
68
ucaltmaq ünsürlərinin istiqaməti, şəkli və sərhədləri təsadüfi çizilməmişdir,
İslamiyyət tərəfindən təyin olunmuşdur . Ona görə, bunların xaricinə çıxıla bilməz.
İrqçilik " (şovinizm) və" milliyetçilik " bu anlayışlar zaman-zaman bir-
birləriylə bərabərləşdirilməyə çalışılır.
İrq - ortaq fiziki və fizioloji xüsusiyyətlərə sahib olan insanlar birliyidir.
Adamın rəng, irq və milliyyətindən təyin etmə haqqı olmadığı kimi bunları seçim
etmə haqqı və şansı da yoxdur. İnsanın irqi, rəngi, milliyyəti, soyu doğumla
qazanılmış xüsusiyyətləridir. Yəni yaradılışının fitrətindən qaynaqlanır.
İrqçilik: İnsanların ictimai xüsusiyyətlərini bioloji, irqi xüsusiyyətlərinə
əsaslanaraq bir irqin başqa irqlərə üstün olduğunu irəli sürən təlimdir.
Yer üzündə heç bir İrqin, millətin, qövmün birinin digərindən üstünlüyü
yoxdur. Yaşadıqları coğrafiya baxımından fiziki olaraq, həyat tərzləri olaraq, Dil,
inanc və Mədəniyyət baxımından yalnız fərqliliklər sərgiləyə bilərlər. Bu fərqliliklər
üstünlük və ya alçaqlıq mənası daşımaz.
Fiziki, dil, inanc və mədəniyyət birlikdəliyi olan bir cəmiyyətin digər bir
cəmiyyət üzərində üstünlük iddia etməsi və ya bu düşüncəsini təzyiq və şiddət yolu
ilə qəbul etdirməyə çalışması əvvəlcə insanlığın yaradılış qayəsinə zidd, əxlaq və
insanlıq xarici bir düşüncədir.
Millət - Əksəriyyətlə eyni torpaqlar üzərində yaşayan, aralarında dil, tarix,
duyğu, ülkü, ənənə və adət birliyi olan insan birliyi, xalqdır.
Milliyyətçilik - Maddi və mənəvi bucaqlardanibarət millət və ölkəsinin
maraqlarını hər şeyin üstündə tutma anlayışı, xalqçılıqdır
128
.
İqtisadi və siyasi faktları güdmədən xalqın maraqların, müstəqilliyini və vətən
sevgisini ön plana çıxarmaq. Milliyyətçilik anlayışı ayrıca dil, tarix və mədəniyyət
birliyinə söykənən ulusun və dövlətin mütləq və təməl bir dəyər olduğunu qəbul edən
anlayış olaraq. Fərdlərin dövlətin varlığını böyüklüyünü təmin edəcək və qoruyacaq
şəkildə, dövlətin ehtiyaclarına uyğun olaraq davranmaları lazım olduğunu,
davranışlarını bu məqsədə görə nizamlaması lazım olduğunu önə sürən axın olaraq
128
Utku Kızılok “Özerklik Tartışmaları ve Şovenizm” May 2014
Dostları ilə paylaş: |