63
Putin söhbət zamanı diqqəti ona yönəldib ki, Krım əhalisinin iradəsi BMT
nizamnaməsinə əsasən, beynəlxalq hüquq normalarına tam uyğun olaraq keçirilir.
Rusiya prezidenti həmçinin vurğulayıb ki, Rusiya Krım sakinlərinin seçiminə
hörmətlə yanaşacaq. “Rusiya prezidenti Kiyev hökumətinin səhlənkarlığı üzündən
Ukraynanın şərq və cənub-şərq bölgələrində radikal qruplaşmalar tərəfindən
gərginliyin yaranması ilə əlaqədar yenidən narahatlığını bildirib”, – Kremlin mətbuat
xidməti xəbər verir.
Bundan başqa, Putin Merkel ilə vəziyyətin monitorinqi üçün Ukraynaya
ATƏT-in miqyaslı missiyasının göndərilməsinin mümkünlüyünü müzakirə edib.
Almaniya kansleri həmçinin, Soçidə Paralimpiya Oyunlarının uğurlu keçirilməsi ilə
əlaqədar Putini təbrik edib.
Qeyd edək ki, Krımda referendumun nəticəsi bir gün sonra elan edilsə də, bir
sıra mütəxəssislər onun nəticələrinin artıq müəyyən olduğunu düşünürdülər.
“Euronews” kanalının məlumatına görə, yarımadada aparılan son sorğulara əsasən,
yerli əhalinin 80 faizi Krımın Rusiyaya birləşməsinin tərəfdarı idi. Telekanalın
məlumatında bu nəticənin xüsusən də son həftələrdə yüksəldiyi qeyd olundu.
Xatırladaq ki, referendumda seçicilərə verilən bülletenlərdə sual iki bənddən
ibarət olub. Birinci bənddə sual “Krımın Rusiyanın ərazisi olmasını istəyirsinizmi”,
ikinci bənddə isə “1992-ci il Konstitusiyasına əsasən Krımın Ukrayna torpağı
olmasını istəyirsinizmi” şəklində idi
116
.
Ancaq müşahidəçilər artıq nəticələrin bəlli olduğunu, böyük çoxluğun Rusiya
ilə birləşməyə dəstək verdiyi qənaətində idilər. Yarımadadakı siyasi proseslər həm də
rus ordusunun yüksək hərbi hazırlığı ilə müşayiət olunurdu. Ukrayna hökuməti iddia
edir ki, Ukrayna ordusu Xerson vilayəti ərazisinə Rusiya silahlı qüvvələrinin desant
çıxarmasının qarşısını alıb. Bununla belə, Rusiyanın Krıma 4 batareya “S 300″ zenit
116
Конституція України | від 28.06.1996 № 254к/96-ВР (Сторінка 2 з 4)
64
raket kompleksi gətirdiyi xəbər verilirdi. Məlumata görə, seçki məntəqəsindən bir
neçə metr aralıda yerləşən Ukraynanın ən böyük hərbi hissələrindən birini Rusiya
qoşunları mühasirəyə alıblar. Yol kənarlarında hər 30 metrdən bir silahlı əsgərlər
keşik çəkirmiş.
Bu arada isə Rusiya ilə ABŞ-ın Ukrayna məsələsində ilkin razılığa gəlməsi
haqda da xəbər yayılmışdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın
dövlət katibi Con Kerri konstitusiya islahatının köməyi ilə və ölkənin bütün
regionlarının maraqlarına hörmət etməklə Ukraynada böhrandan çıxış yolu axtarmağa
razılaşıblar
117
. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki,
Lavrov və Kerri arasında telefon danışığı zamanı Ukraynadakı vəziyyət və Krımda
keçirilən referendum müzakirə olunub. Lakin anlaşmanın reallığa çevrilib-
çevrilməyəcəyi bilinmir. Lakin bu problem dünyada yaşanan sonuncu separatizm
prosesi deyil. Hələ İkinci Dünya müharibəsindən sonra dövlətlərin sərhədlərinin
dəyişdirilməsini yasaqlayan beynəlxalq təşkilatlar, böyük dövlətlər çalışırlar ki,
üçüncü böyük müharibəyə səbəb ola biləcək silsilə hərəkətlərə rəvac verməsinlər.
Avropanın özündə bir-birinin tarixi əyalətlərinə sahib olan dövlətlər var. Əgər hər
dövlət “öz əzəli torpağını özünə qaytararaq tarixi ədaləti bərpa etmək” təşəbbüsü
göstərsə, Avropa böyük separatizm dalğası və yeni müharibələrlə üzləşər
118
.
Gündən-günə qloballaşan, vahid valyuta tətbiq edən, sərhədləri götürən
Avropa
dövlətləri
artıq
böyük
Avropa
dövlətində
birləşmək
istiqaməti
götürdüklərindən qoca qitədə separatçılıq ocaqları öz-özünə sönmüş olub. Bununla
belə, problem tam həll olunmayıb. Bir neçə il öncə az qala Belçika əvvəlcə iki, sonra
üç hissəyə bölünəcəkdi. Bu ölkədəki separatçılar Belçikanı Flandriya, Valloniya və
Brüsselə bölmək istəyirdilər. Ancaq bu ittifaq könüllülük əsasında baş tutduğu, heç
kim bir-birini zorla bir arada tutmadığı üçün sağlam düşüncə qalib gəldi. Tərəflər
117
Dr. Zbigniew Brzezinski - “RUSSIA AND UKRAINE” July 9, 2014
118
Michael Korda, Male Chauvinism! How It Works. New York: Random House, 1973
65
başa düşdülər ki, bu sayaq separatçılıq hər tərəfin zəifləməsinə gətirib çıxaracaq,
arada cırtdan dövlətlərin sayını artıracaq.
3.2. Şovinist millətçilik nədir, müasir dünyada şovinist millətçiliyin özünü
göstərməsi
Şovinist millətçilik deyə bir ifadənin olması ağla batan deyil, çünki
şovinizm; yəhudi milliyyətçiliyinin digər adıdır. Bu məzmunda milliyyətçilik fikri bir
az araşdırılsa, bu anlayış 6 fərqli alt başlıqda şərh ediləcək. Bunlar sırasıyla;
119
- Ictimai millətçilik
- Sosial mədəni millətçilik
- Mədəni millətçilik
- Etnik millətçilik
- Siyasi millətçilik
-antropolojik irqçilik.
Eyni zamanda millətçilik cəmiyyətdə milli mədəniyyəti gücləndirmək və
hakim qılmaq, mənsub olunan millətə aid, xüsusilə mənəvi dəyərlərin ucaldılmasını
məqsəd bilmək, milli ideal və əməllərlə ənənələrə sahib çıxan və bənzərləri arasında
onlara prioritet vermək, milli dəyərləri, idealları, ənənələri tamamilə milli
mədəniyyəti xarici təsir və təxribatın, elə və ya belə, o və ya bu səbəblə meydana
gələn pozulmalara qarşı qorumaq və müdafiə etmək,mənsub olunan millətin
dövlətinə səmimi bir sədaqət hissi içində bağlı olmaq, millət və dövləti üçün hər cür
fədakarlığı edə biləcək bir ruhiyyənin və əxlaqi yaşayış içində olmaq, millətinin
tarixinə şüurla bağlanmaq, milli zəfərlərlə fəxr etmək və qürurlanmaq, milli fəlakət
və iztirablara yanmaq və kədərlənmək, millətinin gələcəyi haqqında ümidli və
optimist olmaq, dinamik bir inkişaf içində çətinlikləri məğlub edərək millətini
millətlər cəmiyyətinin azad, bərabər, şərəfli və qüdrətli bir üzvü etmək, millətinin var
119
Newman, Gerald G. (1987). The Rise of English Nationalism: A Cultural History, 1740–1830.
New York: St. Martin's
Dostları ilə paylaş: |