69
milliyyətçilik, ulus faktını, o ulusu meydana gətirən fərdlərə, hüquqi bir quruluş olan
dövlətə çevirmək imkanı təmin etmişdir.
Şovinizm, hər hansı bir şeyə olan həddindən artıq, səbəbli və ya səbəbsiz ibarət
bağlılıqdır. Xüsusilə də başqa millətlərə qarşı dözümsüzlük və təcavüzkarlıq,
həddindən artıq və fanatik milliyyətçilik mənasında istifadə edilsə də şovinizm
milliyyətçilik anlayışının özünə ziddir. Çünki şovinizm tez-tez qarşı qrupa olan nifrət
və pis niyyət duyğularını da özü ilə gətirər
129
.
Sosial Şovenizm anlayışı, İkinci enternasyonal də ortaya çıxan, İkinci
beynəlxalq döneklerinin, işçi sinifini, paylaşma döyüşündə öz ölkə burjuvalarının
yanında yer almağa çağıran ictimai yurtsevərlikdir. İctimai yurtsevərliklə ictimai
şovinizm biri-birindən ayrılmayan, bir-birini tamamlayan iki anlayışdır.
129
Абдулатипов Р. Г. Этнополитология. СПб.: Питер, 2004. С. 249.
70
Nəticə
Əslində, separatizmin əsasında neoimperializm kontekstində dünyanı idarə
etmək iddiasında olan aktorların milli və transmilli ambisiyalarının reallaşdırılması
naminə atılan addımlar dayanır. Məsələn, Britaniya Hindistanında müsəlmanlarla
hindular arasında olan çəkişmələr 2 dövlətin - Hindistan və Pakistanın yaranmasına
səbəb oldu. Bu nəticənin əsasında isə imperialist Britaniya siyasətinin dayandığı hər
kəsə məlumdur. Bununla yanaşı, Hindistan Banqladeşə dəstək verməsəydi, Banqladeş
dövləti yaranmazdı. Göründüyü kimi, separatizm “zəncirvari proses” kimi davam
edən destabillik mənbəyidir.
Etimoloji mənada separatizm suveren bir dövlətin beynəlxalq hüquq
normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlət qurmaq və ya milli,
etnik
zəmində
parçalanma
tendensiyası
yaratmaq
məqsədilə
başladılan
hərəkətlənmədir. Yəni dövlət içində “dövlət” yaratmaqla bir dövlətin suverenliyi
təhlükə altına atılır, bundan sonra isə separatizmə təkan verən güc mərkəzləri bu
amildən maksimum səviyyədə yararlanmağa çalışırlar. Bununla da regional miqyaslı,
qlobal xarakterli ziddiyyətlər və münaqişələrin “toxumu səpilir”.
Deməli, separatizm açıq müstəvidə cərəyan edən müharibədən belə daha ciddi
fəsadlara səbəb ola bilir. Ən azından separatizmin “boğulmuş” (sonrakı
qarşıdurmalara səbəb olan gizli motivlər) rüşeymlərinin daha uzunmüddətli
konfliktlərə səbəb olduğu heç kəsə sirr deyil. Ona görə də, separatizm dünyada
qarşısı alınması zəruri olan başlıca təhdidlərdəndir.
Bu baxımdan, Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi
nəticəsində yaranmış qondarma, separatist “Dağlıq Qarabağ” da faktiki destabillik
mənbəyidir. İşğal məhsulu olan bu qurumun mövcudluğu beynəlxalq hüquq
normalarının növbəti dəfə ayaqlar altına alınmasının bariz təcəssümü və təzahürüdür.
Dolayısıyla, qondarma “Dağlıq Qarabağ”ın mövcudluğu Azərbaycanın ərazi
bütövlüyünün pozulduğunu göstərən bir nömrəli dəlildir. BMT başda olmaqla qlobal
miqyasda sülh və sabitliyin təmin olunması missiyasına xidmət etdiyini iddia edən
aktorlar isə hələ də “səssizlik siyasəti” yeritməkdə davam edirlər. Beynəlxalq hüquq
normalarında birmənalı şəkildə təsdiq və müəyyən olunur ki, separatizm bir dövlətin
71
ərazi bütövlüyünün pozulmasına səbəb olan əsas amildir və bu, yolverilməzdir.
Amma buna baxmayaraq, qondarma “Dağlıq Qarabağ”ın “sərbəst” fəaliyyət
göstərməsinə nəinki mane olunmur, hətta bəzi hallarda buna şərait yaradılır. Məsələn,
vaxtaşırı qondarma qurumda seçkilərin keçirilməsi bütövlükdə beynəlxalq hüquq
normalarına ziddir. BMT-nin nizamnaməsində bu barədə qeyd edilir: “Beynəlxalq
hüququn müstəqil subyektlərinin ərazi bütövlüyünü pozan addımlar qəti şəkildə
yolverilməzdir. Dövlətlərin razılığı olmadan onun sərhədləri daxilində hər hansı bir
akt həyata keçirilə bilməz”.
Bundan başqa, ATƏT-in Helsinki Yekun Aktı və Paris Xartiyasında da milli
dövlətlərin sərhədləri daxilində dağıdıcı məqsədlərə xidmət edən aktlar qəti şəkildə
pislənilir.
XIX əsrin əvvəllərində mühafizəkarlar millətçiliyi siyasi sabitliyə təhlükə
yaradan radikal və təhlükəli bir güc olaraq qəbul edirdilər. Lakin, əsrin ortalarından
etibarən Disraeli, Bismarck və hətta çar III Aleksandr kimi bir çox mühafizəkar
dövlət xadimlərinin sosial stabilliyin və ənənəvi dövlət qurumlarının müdafiəsi
uğrunda millətçiliyi müttəfiq olaraq qəbul etdiklərini görürük. Müasir dövrdə artıq
millətçilik bir çox mühafizəkar üçün siyasi inanc halına gəlmişdir. İngiltərədə daha
aydın müşahidə olunan bu vəziyyət Margaret Thatcherin 1982-ciil Falklands
müharibəsinə göstərdiyi müsbət münasibət ilə təsdiq olunur.
Biz bu hala həmçinin Mühafızəkarlar Partiyasının Avropaya inteqrasiya
məsələsinə göstərdikləri antipatiyada açıq şəkildə rast gəlirik. Xarici siyasəti
Grenadanın işğalından Liviyanın bombalanmasına kimi irəliləyən Ronald Reagan
Amerikada millətçiliyi yenidən alovlandırmağa çalışırdı. Ata George Bush isə
Panamanı işğal edir və 1991-ci ildə Amerika qüvvələrini Körfəz müharibəsinə
göndərərək bu siyasi xətti davam etdirdiyini nümayiş etdirir. George W. Bush
“terrorla mübarizə”nin, oxşar formada hərbi cəhətdən özünə inamın milli dəyərlərin
müdafiəsinə və milli xarakterin təsdiqinə xidmət etdiyini iddia edirdi.
Mühafizəkar millətçilik “millətin inşası” dövründə olan ölkələrdən çox artıq
formalaşmış milli dövlətlərdə rast gəlinir. Mühafizəkarlar ümumbəşəri millətçilikdən
daha çox sosial bütövlük və ictimai sabitlik ideyasına üstünlük verirlər.
72
Mühafizəkarlara görə cəmiyyət fərdlərin istəklərinə cavab verməlidir və hər bir fərdin
özünə bənzəyən, özü ilə eyni düşüncəyə və vərdişlərə sahib olan şəxslərlə birlikdə
yaşamaq istəyi təbiidir. Beləliklə onlar mühafizəkar insanın yalnız milli cəmiyyət
içində məna və təhlükəsizlik axtaran məhdud və qüsurlu varlıq olduğunu iddia edir.
Bu səbəbdən mühafizəkar millətçiliyin əsas hədəfi xüsusi ilə sosialistlərin “siniflərin
mübarizəsi” ideyasına qarşı çıxaraq vətənpərvər sədaqət və “ölkə ilə fəxr etmə”
düşüncəsini canlandırmaq və milli birliyi müdafiə etməkdir.
Həqiqətən də işçi sinifini millətin tərkibində görən mühafizəkarlar millətçiliyi
sosial inqilaba qarşı əsas silah olaraq görürlər. Fransanın dövlət başçısı Charles De
Gaulle xüsusi bacarıq və qıvraqlıqla millətçiliyi Fransada mühafizəkar mübarizə üçün
istifadə etməyi bacardı. Milli qürur ideyasına müraciət edən De Gaulle xarici
siyasətdə anti Amerika xəttini izləyərək fransız qoşunlarını NATO-dan çıxartdı. O,
həmçinin, sosial həyatda stabilliyi, siyasi nüfuzu və güclü dövləti yenidən bərpa
etmək üçün rəhbərliyin gücünü artırdı. Bu tərz siyasət beşinci cümhuriyyətin
qurulduğu 1958-ci ildən Mitterandın prezident seçildiyi 1981-ci ilədək Fransada
dövlətə mühafizəkarların nəzarətini təmin etmiş oldu. Bir yöndən baxarsaq,
İngiltərədə Thatcherizm güclü dövlət və təsirli liderlik vədi və Avropada müstəqillik
ideyası ilə Gaullizmin ingilis versiyası idi.
Millətçiliyin mühafizəkar xarakterinə tarix və adət-ənənələr bələdçilik edir.
Bununla da millətçilik ənənəvi qurumların və həyat tərzinin müdafiəçisi halına gəlir.
Mühafizəkar millətçilikəsas etibarı ilə keçmişdəki parlaq və müzəffər günlərə istinad
edən geriyə yönəlmiş düşüncə tərzidir. Millətin tarixi günlərinin və hərbi zəfərlərinin
göstərişli şəkildə rituallarla xatırlanmasının əsas səbəbi budur. Buna paralel olaraq
ənənəvi qurumların milli kimliyin simvolu kimi istifadə olunması bunun açıq
göstəricisidir. Məsələn, ingilis millətçiliyi bir başa krallıqla bağlıdır. Britaniya ilə
Şimali İrlandiya birlikdə Birləşmiş Krallığı formalaşdırırlar və bu krallığın milli
marşı “Tanrı kraliçanı qorusun”dur (God Save the Queen). Həmçinin kral ailəsi
Atəşkəs günü (Armistice Day) və Parlamentin açılışı kimi mühüm bayramlarda
önəmli rol oynayır.
73
Mühafizəkar millətçilik kimliyinin təhlükə altında olduğu və ya yox olma
riskinin artdığı dövrlərdə millətə daha çox əhəmiyyət qazandırır. Bu səbəbdəndir ki,
xaricilərin köçü vəsupranationalism modern ölkələrdə mühafizəkar millətçiliyin canlı
qalmasında mühüm rol oynayır. Xaricilərin ölkəyə köçü ilə meydana çıxan bir sıra
narahatlıqlar cəmiyyətdəki mədəniyyət fərqinin çaxnaşmalara və qeyri stabilliyə
səbəb olacağı qorxusundan irəli gəlir. Yəni bu tərz millətçiliyə görə stabil və uğurlu
cəmiyyətdə
fərdlər
ortaq
dəyərlərə
və
mədəniyyətə
söykənmək
məcburiyyətindədirlər. Həll yolu kimi isə fərqli dinə və adətlərə sahib olan şəxslərin
ölkəyə köçünün məhdudlaşdırılması və ya azlıq təşkil edən etnik qrupların ölkənin
“ana” mədəniyyətində assimilyasiyaya məruz qoyulması göstərilir.
Məsələn, Fransada Milli Cəbhə (Front National) və İngiltərədə BNP azlıqların
könüllü və ya zorla öz ölkələrinə göndərislməsini vacib sayan mühafizəkar millətçi
ideyanı mənimsəmişdir. Mühafizəkar millətçilik oxşar formada Avropa İttifaqı kimi
beynəlxalq qurumları milli kimliyə və xüsusi ilə toplumun mədəni bağlarına ciddi
təhlükə olaraq görür. Bu ideya öz ifadəsini İngiltərə Mühafizəkar Partiyasının
“Avropa şübhəçiliyi (Euroceptisim)” anlayışında tapır. Avropa şübhəçiləri ancaq
müstəqil milli qurumları və üzərində milli simvollarəks olunan milli pulu müdafiə
etməklə kifayətlənmir, eyni zamanda siyasi quruluşyn milli və mədəni fərqlilik
əsasında qurulmasını absurd sayaraq Avropa düşüncəsinin ölümcül səhv olduğu
qənaətindədirlər. Mühafizəkar siyasətçi və partiyalar millətçiliyin bu sərt
mövqesindən böyük siyasi qazanclar əldə etsələr də müxaliflər onların fikirlərinin
bəzən yalnış yönləndirildiyi qənaətindədirlər. İlk etapda mühafizəkar millətçilik elit
təbəqənin bir manipulyasiyası kimi görünə bilər. Belə ki, “Millət” anlayışı onu öz
məqsədləri üçün istifadə etmək istəyən siyasi liderlər tərəfindən icad və tərif
edilmişdir. Bu həqiqət özünü “millət”-in “vətən”-ini vətənpərvər duyğularla
müdafiəsinə ehtiyac duyulduqda açıq şəkildə biruzə verir. Bundan əlavə mühafizəkar
millətçilik qeyri tolerantlıq, dar düşüncəlik, fanatizmin yayılmasında böyük rol
oynaya bilər. Ümumi mənada mühafizəkar millətçilərin xaricdən gələn hər şeyə belə
aqresiya göstərmələri gələcəkdə irqçiliyi və yadlara qarşı düşmənçiliyi təbliğ edən
siyasəti qanuniləşdirməyi məqsəd seçdiklərini göstərməkdədir.
74
Ədəbiyyat
Azərbaycan – dilində
1. Samin Həsənov “Separatizm və dini amillər”, Dirçəliş – XXI əsr – 2008, Bakı
2. L.N.Tolstoy – Patriotizm və hakimiyyət
3. Aqşin Yenisey. Şovinizm azadlığı
Məqalələr
1.
İlham ismayıl “Açıq separatizmin məxfi tərəfləri” 24.12. 2010
2.
Qarabağ xəbərləri “Harınlıqdan doğan separatizm” 28.09. 2010
3.
Könül Cəfərli “Millət və millətçilik özətləməsi”
4.
Elxan Şahinoğlu “Ukraynanın separatizm üzərində qələbə çalmaqdan başqa
alternativi yoxdur” 23.01. 2015
5.
Nurlan Qələndərov “Separatizm neqativ geopolitik faktor kimi”
6.
Əbülfəz Elçibəy “Fars şovinizmi”
7.
Tural Mehbaliyev “Millətçilik nədir? Tarixi əsasları və inkişafı” 21.10.2014
8.
Əhməd Şahidov “XXI əsrin ideal tələbəsi ifrat dini və şovinist ideyalardan uzaq
olmalıdır” 12.05. 2012
Türk - dilində
1. Utku Kızılok “Özerklik Tartışmaları ve Şovenizm” May 2014
2. Lenin “Sosyalizm ve Savaş”
3. Tanıl Bora, Türk Sağının Üç hali Mİlliyetçilik, Muhafazakarlık, Birikim,
İstanbul, 1999
4. Tanıl Bora, Kemal Can, Devlet ve Kuzgun 1990'lardan 2000'lere MHP, İletişim
5. Suavi Aydın, Modernleşme ve Milliyetçilik, Gündoğan Yayınları
6. Masami Arai, Modernleşme ve Milliyetçilik, İletişim, İstanbul
7. Günay Göksu Özdoğan, "Turan"dan "Bozkurt"a Tek Parti Döneminde Türkçülük
(1931-1946), İletişim, İstanbul
75
8. G. Gürkan Öztan,“Milliyetçilik”, Resmi İdeoloji Sözlüğü, Özgür Üniversite
Kitaplığı, 2007
9. G. Gürkan Öztan, “Türk Milliyetçiliğinde Taşra Fetişizmi ve Toplumsal
Cinsiyet”, Doğu-Batı, no: 38, 2006
10. G. Gürkan Öztan, “Türk Milliyetçiliğinde Vazgeçilmez Bir Atıf Noktası: Japon
Öykünmesi” Türkiye’de Neoliberalizm, Demokrasi ve Ulus Devlet, Yordam
Kitap, İstanbul, 2009
11. Mustafa Keskin, Atatürk'ün Millet ve Milliyetçilik Anlayışı, Atatürk Araştırma
Merkezi Ankara
12. Jean Leca, Uluslar ve Milliyetçilikleri, Metis, İstanbul
13. Umut Özkırımlı, Milliyetçilik Kuramları, Doğu-Batı, Ankara
14. Hugh Poulton, Silindir Şapka, Bozkurt ve Hilal, Sarmal Yayınları
15. Ahmet Yıldız, Ne Mutlu Türküm Diyebilenene, İletişim, İstanbul
16. Hikmet Tanyu, Atatürk ve Türk Milliyetçiliği, Elips İstanbul
17. Hüseyin Kalaycı - Ayrılıkçılık, Kanada
İngilis- dilində
1. Hall, Raymond L. (1978). Black Separatism in the United States. Hanover, New
Hampshire: University Press of New England.
2. Moses, Wilson Jeremiah (1988), The Golden Age of Black Nationalism, 1850-
1925, Oxford: Oxford University Press,
3. Anderson, Talmadge; Stewart, James B. (2007), Introduction to African
American studies: Transdisciplinary Approaches and Implications,
4. Little, Malcolm (1964), The Ballot or the Bullet, April 4, 1964.
5. Hall, Raymond L. (1978), Black Separatism in the United States, University Press
of New England
6. Jenkins, B. L., & Phillis, S. (1976). Black separatism: a bibliography. Westport,
Conn: Greenwood Press.
76
7. Hall, R. L. (1977). Black separatism and social reality: rhetoric and reason. New
York: Pergamon Press.
8. Hall, R. L. (1978). Black separatism in the United States. Hanover, N.H.:
Published for Dartmouth College by the University Press of New England.
9. Bell, H. H., Holly, J. T., & Harris, J. D. (1970). Black separatism and the
Caribbean, 1860. Ann Arbor: University of Michigan Press.
10. Browne, R. S., & Vernon, R. (1968). On black separatism. New York: Pathfinder
Press.
11. X, Malcolm (1964). By Any Means Necessary. New York City, New York.
12. Dobratz, Betty A.; Shanks-Meile, Stephanie L. (Summer 2006). "Strategy of
White Separatism". Journal of Political and Military Sociology.
13. Cordesman, Anthony (October 9, 2007). "Pandora's Box: Iraqi Federalism,
Separatism, "Hard" Partitioning, and US Policy" (PDF). Working Draft. Center
for Strategic and International Studies.
14. Millard, James (2004). "Violent Separatism in Xinjiang: A Critical
Assessment" (PDF). East-West Center.
15. Miller, Michelle Ann (2004). The Nanggroe Aceh Darussalam law: a serious
response to Acehnese separatism?. Asian Ethnicity. pp. 333–351. 5(3)
16. Miller, Michelle Ann (2012). Autonomy and Armed Separatism in South and
Southeast Asia. Singapore: ISEAS.
17. Dobratz, Betty A.; Shanks-Meile, Stephanie L. (Summer 2006). "Strategy of
White Separatism". Journal of Political and Military Sociology.
18. Michael Korda, Male Chauvinism! How It Works. New York: Random House,
1973.
19. Woods,
Sherwyn
M.
(January
1976). "Some
Dynamics
of
Male
Chauvinism". Archives of General Psychiatry 33 (1): 63
20.
Arendt, Hannah (October 1945). "Imperialism, Nationalism, Chauvinism". The
Review of Politics
7 (4): 457
77
21. Mansbridge, Jane; Katherine Flaster (2005). "Male Chauvinist, Feminist, Sexist,
and Sexual Harassment: Different Trajectories in Feminist Linguistic
Innovation". American Speech (Harvard University) 80 (3): 261
22. Dobratz, Betty A.; Shanks-Meile, Stephanie L. (Summer 2006). "Strategy of
White Separatism". Journal of Political and Military Sociology.
23. Howell, Nancy B. "Radical Relatedness and Feminist Separatism"
Rus – dilində
1. Д. В. Заяц выделял 54 очага — вместе с Сербией, Черногорией и Восточным
Тимором, которые стали независимыми государствами, признанными ООН
2. Абдулатипов Р. Г. Этнополитология. СПб.: Питер, 2004. С. 249.
3. Бодрова Е. В. К вопросу о причинах роста национального сепаратизма на
Северном Кавказе в годы Великой Отечественной войны // Знание.
Понимание. Умение. — 2005. — № 2. — С. 23-30.
4. Dr. Zbigniew Brzezinski - “RUSSIA AND UKRAINE” July 9, 2014
Internet saytları
1. http://azerdict.com/english/separatizm
2. http://www.tdk.gov.tr
3. http://azertag.az/xeber/etnik_separatizm_tahlukasi_dagliq_qarabag_problemi_va
_onun_halli_yollari_movzusunda_beynalxalq_konfrans_kechirilmisdir-415787
4. http://www.kaspi.az/news.php?id=19420
5. http://tbayram.com/2009/05/26/turksam-turkiye-rusya-iliskileri-ve-separatizm-
faktoru/
6. http://nedir.az/separatizm-nedir-separatizm-haqqinda
7. http://separatist.nedir.com/
8. http://tr.wikipedia.org/wiki/%C5%9Eovenizm
9. http://www.izinsizgosteri.net/new/?issue=45&page=1&content=357
78
10. http://www.turkcebilgi.com/%C5%9Fovenizm
11. http://sovenizm.nedir.com/
12. http://blog.milliyet.com.tr/irkcilik---sovenizm--ve
milliyetcilik/Blog/?BlogNo=483923
13. http://www.moderator.az/?xeber=45701
14. http://www.msxlabs.org/forum/felsefe/199298-sovenizm.html
Dostları ilə paylaş: |