37
sərbəst bazar iqtisadiyyatı, bərabərhüquqlu münasibətlər və s. qurmaq, yaratmaq
arzusu
53
.
Lakin Rusiya öz təsir dairəsində olan regionda böyük qardaş funksiyasını
yerinə yetirmək iddiasından imina etməməkdə, təzyiq, hədə metodundan istifadə
etməkdə israrlı görünür. Bu isə əlbəttə ki, köhnə tərəfdaş dövlətlərin ondan
uzaqlaşmasına gətirib çıxarır.
ABŞ və ümumilikdə Qərb ölkələrinin də dünyanın müxtəlif bölgələrində öz
maraqlarını reallaşdırmağa cəhd göstərdiyi də sirr deyil. Lakin onlar bunu, müəyyən
istisnalarla, daha çox sivil, şirnikləndirici yolla həyata keçirməyə çalışdıqları halda,
Rusiya hələ də aqressiv metodlardan əl çəkmir. Bu isə Rusiyanın bir növ, demokratik
və sivil dünya ictimaiyyətinə əks olan dövlət imicinin formalaşmasına gətirib çıxarır.
Təhlillər göstərir ki, Rusiya postsosialist dövlətlərini təzyiq üsulları ilə deyil,
ancaq şirnikləndirici vasitələrdən istifadə etməklə öz ətrafında saxlaya bilər. Bu, həm
siyasi, həm də iqtisadi müstəvilərdə reallaşdırılmalıdır
54
. Ümumiyyətlə ətrafında
Qərblə mübarizə aparmaq gücünə sahib olan bir ittifaq yaratmaq niyyətində olan bir
dövlətin xüsusilə yaxın qonşuları və köhnə müttəfiqləri ilə münasibətlərinə
həssaslıqla yanaşması zəruridir. Lakin görünən odur ki, bunu Rusiyanın bəzi dairələri
dərk etməkdə çətinlik çəkirlər.
Həmin dairələrin atdığı addımlar imperiyaya çevrildiyi XVIII əsrdən uzun bir
dövr keçməsinə baxmayaraq Rusiyanın öz imperiya iddialarından bu gün də əl
çəkmək niyyətində olmadığını nümayiş etdirir. Rusiya ötən əsrlərdə həm xarici
siyasətdə, həm də öz təbəəsi altına keçmiş xalqlarla münasibət aspektindən daxili
53
Elxan Şahinoğlu “Ukraynanın separatizm üzərində qələbə çalmaqdan başqa alternativi yoxdur”
23.01.2015
54
Бодрова Е. В. К вопросу о причинах роста национального сепаратизма на Северном Кавказе в
годы Великой Отечественной войны // Знание. Понимание. Умение. 2005. — № 2. — С. 23-30
38
siyasətdə hansı iş üslubundan çıxış edirdisə bugünkü demokratik adlandırılan siyasi
sistemə malik olduğu bir vaxtda da eyni yanaşmalara üstünlük verir
55
.
Bu isə birbaşa Rusiyanın artıq oturuşmuş ənənəvi imperiya iddialarından irəli
gəlir. Yəni Rusiya artıq imperiya xüsusiyyətlərini, imperiya baxışlarını, imperiya
maraqlarını mənimsəmiş və onlara alışmış bir dövlətdir. Bir vaxtlar «Avropanın
jandarmı» rolunda köhnə qitədə baş verən mühüm mütərəqqi tarixi prosesləri
əngəlləməyə cəhd göstərən Rusiya Sovet İttifaqı adı altında bu fəaliyyətini davam
etdirmiş, özü ilə bərabər, bir sıra postsosialist dövlətlərinin inkişafını da 70 il
ləngitmişdi. Rusiya bu gün də müəyyən mənada ənənəvi missiyasını davam
etdirməkdədir. Bu onun son dövrlər artan aqressiv siyasi kursunda özünü açıq-aşkar
büruzə verir.
Əslində hər bir böyük dövlət istər regional, istərsə də dünya miqyasında öz
maraq və iddialarını təmin etməyə cəhd göstərir və bu, normaldır. Lakin Rusiyanın öz
iddialarını müəyyən güc və təzyiq metodlarına üstünlük verməklə reallaşdırması
qəbuledilməzdir. Öz nüfuz dairəsi hesab etdiyi regionda Rusiyanın müasir dünyanın
qəbul etdiyi metodlardan deyil, özünün ənənəvi yanaşmalarına üstünlük verməsi,
region ölkələrinə, Qərbə inteqrasiya xətti götürən cəmiyyətlərə, xalqlara təzyiqlər
göstərməsi, müxtəlif iqtisadi- tranzit və enerji layihələrinə maneçilik törətməsi, ən
əsası isə separatizmi dəstəkləməsi onun imperialist maraqlarının təzahürüdür.
55
Кримінальний кодекс України | від 05.04.2001 № 2341-III (Сторінка 4 з 13)
39
II Fəsil. Şovinizm, şovinist millətçiliyin müasir dünyada yeri və nəticəsi
2.1. Şovinizmin ilk təzahürləri və yaranması.
Şovinizm (fr. chauvinisme) — millətçiliyin ifrat, mürtəce formalarından
biridir. Başqa millət və xalqlara nifrət və ədavəti qızışdırmağa yönəlmişdir.
Milliyyətçiliyin, bir xalqın digərindən ya da digərlərindən üstün olduğu, başqa
xalqları boyunduruq altına alan və milli qarşıdurmaların həddindən artıq mürtəce
forması şovinizm olaraq adlandırılır. Şovinzm siyasəti "ikinci dərəcəli" millət və
irqlər üzərində hökmranlıq etməli bir millətin milli müstəsnalığını təbliğ edir. Ən
geniş mənasıyla şovinizm, hər hansı bir qrupa olan həddindən artıq, səbəbə
söykənmədən ibarət olan bağlılıqdır, digər tərəfə qarşı olan nifrət və pis niyyət
duyğularını da bərabərində gətirər. Eyni zamanda şovinizm hər hansı bir şeyə olan
həddindən artıq, səbəbli və ya səbəbsiz bağlılıqdır. Xüsusilə də başqa millətlərə qarşı
dözümsüzlük və təcavüzkarlıq, həddindən artıq və fanatik milliyyətçilik mənasında
istifadə edilən bir termindir. Həddindən artıq milliyyətçi və vətənpərvər bir
düşüncədir. Bu milliyyətçi və fanatik bağlılığı sərgiləyən kimsəyə də, şovinist
deyilməkdədir
56
.
Şovinizm termininin ilkin mənası, 1815-ci ildən sonra yayılan və əsgərliklə
əlaqədar hər şeyi ucaltma ehtirasına söykənirdi. Hal-hazırda "Şovenizm" bir adamın
aid olduğu yerə ya da qrupa, həddindən artıq və romantik bağlılığını ifadə etmək
üçün də istifadə edilir. Amma əsl mənasıyla milliyyətçiliyin böyük ölçüdə
abartılmasına söykənən mürtəce burjua ideologiyası və siyasətidir
57
.
Şovinizm boyun əydirilən digər xalqların talan edilməsi məqsədinə
yönəlmişdir, öz ulusunun üstün ulus olduğunu irəli sürərkən digər xalqları aşağı
səviyyəli görür və təhqir edər. Kobud bir ayrı-seçkilik təməlinə oturan bu ideologiya
56
Əhməd Şahidov “XXI əsrin ideal tələbəsi ifrat dini və şovinist ideyalardan uzaq olmalıdır”
12.05.2012
57
Michael Korda, Male Chauvinism! How It Works. New York: Random House, 1973
Dostları ilə paylaş: |