31
“Sazemane Defa əz Hüquqe Bəşər Dər Kordestan” qurumunun son bəyanatlarından
birində belə qeyd olunur:
41
“Sulduz bölgəsi ələvi qızılbaşlarının qədim torpaqlarıdır
və onlar etnik mənşə baxımından kürd olmuşlar. Sulduz şəhərinə yaxın olan Urmu,
Makı, Xoy, Səlmas, Sayınqala, Qoşaçay, Bicar, Gövrə və digər bölgələr ən qədim
kürd torpaqlarıdır”.
Tehrandan siyasi, ictimai və silah dəstəyi alaraq Urmu vilayətində
məskunlaşmış kürdlər bölgədə sərbəst şəkildə silahlı halda gəzə bildikləri üçün
Azərbaycan Türklərinə qarşı yeni üsullardan istifadə etməyə cəhd göstərirlər. Gəlmə
kürdlər işadamlarından, dükan sahiblərindən, digər iaşə obyektlərindən, istehsal
sahələrindən aylıq qeyri rəsmi “xərac” ödənilməsi siyasətinə üz tutmuşlar. Kürdlər
silahlı qruplar şəklində hətta Güney Azərbaycan Türklərinə məxsus kəndlərə belə
basqılar edərək kəndlilərin hər ay onlara bac ödəmələrini tələb edirlər. Belə bir
aksiyaların birində bölgədə hərbi xidmətdə olan Məcid Talibi və Əli Sadıqzadə
kürdlərin bu qanunsuz əməllərinin qarşısını almaq istədiklərində onlar terror olunaraq
öldürülmüşlər. Tehran rejiminin “xeyir-duası” ilə ölkə parlamentinə deputat seçilmiş
Bəhaəddin Ədəb paniranistlərin ona arxa olmasından yararlanaraq “Urmu
Azərbaycan Türklərinin deyil, kürdlərin qədim şəhəridir” açıqlamasını verdikdən
sonra, dərhal üzr istəmişdir. Ancaq, İran parlamentinin digər deputatı Xədicə Mənsuri
isə “Urmu hər zaman kürdlərin bölgəsi olmuşdur” deməklə yanaşı, ona qarşı
Azərbaycan Türklərinin deputatları öz etirazlarını bildirdiklərində, heç bir
üzrxahlıqda bulunmaq istəmədiyini bildirmişdir
42
.
Güney Azərbaycanda son illər məskunlaşan kürdlərin arasında Quzey
İraqdakı Mustafa Bərzani hökumətinin dəstəyilə dərc olunan “Türkiyə və Güney
Azərbaycan arasında bütün kürdlər məskunlaşaraq bufer rolunu oynamalıdırlar”
təbliğatlarını
aparan
kitablar,
dərgilər,
broşürlər
yayılmaqdadır.
Həmin
ədəbiyyatlarda kürdlərin səfərbər olunması, 19-cu yüzilin sonlarında və 20-ci yüzilin
ilk onilliyində silahlandırılaraq Azərbaycan Türklərinə qarşı mübarizə aparmaları
41
Hall, Raymond L. (1978), Black Separatism in the United States, University Press of New England
42
Lenin “Sosyalizm ve Savaş”
32
yönündə təşviqedici təbliğata geniş yer verilmişdir. Tehran rejimi isə dağlıq yollarla
Güney Azərbaycana gətirilən bu ədəbiyyatlara hər dəfə olduğu kimi göz yummaqla
yetinməkdədir. Urmu vilayətinin bütün şəhərlərində yerli məmurlar bu “zərərli
ədəbiyyatlarla” bağlı Tehran hökumətinə şikayətlər etsələr də, hələ ki, bunun qarşısı
alınmır. Yerli idarəetmə strukturklarının belə kürdlərin “işi”nə qarışmaq hüququ
yoxdur. Tehran rəsmilərinin fikrincə Güney Azərbaycanda daha geniş şəkildə vüsət
alan Milli Hərəkatın qarşısını almaq üçün bir sıra süni problemlərin gündəmə gəlməsi
bəlli strategiyanın inkişaf etməsi üçün daha məntiqlidir. Çünki, Güneydəki Milli
Hərəkat “mərkəzi hökumət”lə deyil, “kürd separatizmi”nə qarşı mübarizə aparcağı
təqdirdə, teokratik rejim üçün bunun daha faydalı ola biləcəyi düşünülür
43
.
Əslində kürdlərin öz milli muxtariyyətlərini qurmaq iddiası Tehran rejimi
üçün nə qədər təhlükəli sayılsa da, Güney Azərbaycan Milli Hərəkatının yüksəlişi
fars şovinizmi və paniranizm çevrələri üçün daha çox qorxulu hesab olunur. Tehran
rejiminə məxsus mərkəzlərin təhlillərində o da qeyd olunur ki, kürdlər və Azərbaycan
Türkləri bir-birilərilə savaşa, münaqişələrə cəlb olunacaqları təqdirdə, nəticə etibarı
ilə bu iki qonşu toplum tamamilə yorulacaq və sonda isə fars mərkəzli rejim qalib
olacaqdır.
2006-cı ildə İran prezidenti Mahmud Əhmədinejat Quzey İraqdakı “Bİrləşmiş
Kürdüstan Cəbhəsi” təşkilatı ilə dialoqa girmək üçün çoxlu cəhdlər etdi. Mahmud
Əhmədinejat İran Kürdüstanı ilə bağlı yaranmış bütün problemlərin həlli
istiqamətində tezliklə bunların həll olunmasına çalışacağı vədlərini də irəli sürmüşdü.
“Birləşmiş Kürdüstan Cəbhəsi”nin o dönəmdəki lideri Bəhaəddin Ədəb isə ilk addım
kimi “İran Kürdüstanı”nın hüquqlarının tanınması şərtlərinin tezliklə həll edilməsini
istəmişdi:
44
“İran Kürdüstanında yerli özünü idarəetmə hüquqlarının olması, kürd dilinin
rəsmi dövlət dili statusunda çıxış etməsi, İrandakı hakimiyyətdə strateji vəzifələrdə
kürdlərin sayının artırılması” və digər tələbləri irəli sürmüşdü. Dialoq şərtlərinə “İran
43
Hüseyin Kalaycı - Ayrılıkçılık Kanada
44
Little, Malcolm (1964), The Ballot or the Bullet, April 4, 1964
33
Kürdüstan Demokrat Partiyası”nın, “Komala – Kürdüstan Kommunist Partiyası”nın,
“Kürdüstan İşçi Partiyası”nın, “PJAK”-ın siyasi hüquqlarının Tehran rejimi
tərəfindən tanınması istənilmişdir. İran tərəfi PJAK lideri Rəhman Hacı Əhmədinin
(Almaniyada yaşayır) 2007-ci ilin iyun ayında ABŞ-a rəsmi səfərində maliyyə və
silah dəstəyinin verilməsini istəməsini gündəmə gətirərək, sol yönümlü kürd
partiyalarının tanınmasını qeyri məqbul hesab etmişdi
45
.
Türkiyə və Azərbaycanda kürd separatizmi.
Türkiyə dövləti ilə onun əhalisinin 15-20 faizini təşkil edən kürdlər arasında
dərin düşmənçilik hissi var.
Kürdlər nəsillər boyu Türkiyə hakimiyyətindən sərt rəftar görüblər. Kürdlərin
1920-30-cu illərdəki üsyanlarından sonra onların bir çoxunun məskənləri dəyişdirilib,
kürd adları və geyimləri qadağan edilib, kürd dilindən istifadə məhdudlaşdırılıb və
hətta kürd etnik kimliyinin mövcudluğu inkar edilib, onlar “dağ türkləri”
adlandırılıblar.
1978-ci ildə Abdullah Ocalan Türkiyənin daxilində müstəqil dövlət
qurulmasına çalışan PKK-nı yaradıb. O vaxtdan bəri 40 min insan öldürülüb və
minlərlə başqaları yurdlarından didərgin düşüb.
1990-cı illərdə PKK müstəqillik tələbindən geri çəkilib, əvəzində mədəni və
siyasi muxtariyyətə çağırıb, lakin eyni zamanda mübarizəni də davam etdirib. 2012-ci
ildə hökumət və PKK sülh danışıqlarına başlayıblar və növbəti ildə atəşkəs
razılaşması əldə edilib. PKK döyüşçülərindən İraqın şimalına keçmək tələb olunub,
lakin toqquşmalar yenə də kəsilməyib
46
. Ankara İD-i təhlükə hesab etsə də, Türkiyə
kürdlərinin sərhədi keçərək PKK-nın Suriyadakı qolu sayılan PYD-ə qoşulacağından
və Türkiyə ərazisinə hücumlar edəcəyindən də qorxur. .Türkiyə həmçinin bəyan edib
ki, Suriya prezidenti Bəşər əl-Əsəd hakimiyyətdən devrilməyincə ABŞ-ın rəhbərliyi
altında İD-ə qarşı koalisiyaya dəstək verməyəcək.
45
Abbott, Philip. “Utopian Problem-Solving: ‘The Great Divorce’ and the Secession Question”, The
Journal of Politics, Cilt. 62, No. 2 (Mayıs, 2000), ss. 511-533.
46
Ağaoğulları, Mehmet Ali. Ulus-Devlet ya da Halk Egemenliği (Ankara: İmge, 2006)
Dostları ilə paylaş: |