13
dövlətlərin onunla mübarizə siyasətinə qısaca nəzər salaq. Nə qədər paradoksal olsa
da, sabit və iqtisadi cəhətdən inkişaf etmiş, əhalisinin sosial durumu yüksək olan
Qərbi Avropa ölkələri də separatçılıqdan əziyyət çəkirlər. Bu da öz növbəsində
separatçılığın yalnız zəif inkişaf etmiş, qeyri-sabit siyasi və sosial duruma malik
üçüncü dünya dövlətlərinə xas hal olması fikrini alt-üst edir. Qərbi Avropa
separatizmi (Böyük Britaniyada Şimali İrlandiya, İspaniyada Basklar ölkəsi və
Kataloniya, Fransada Korsika, Belçikada Flandriya ) etnokonfessional və sosial-
iqtisadi amillərin aparıcı rol oynaması ilə xarakterizə olunur
11
. Qərbi Avropada
separatçılıq ocaqları - Şimali İrlandiya, Korsika və Basklar ölkəsi istisna olmaqla -
uzun müddətdir ki, dövlətin sabitliyinə mənfi təsir etmir. Burada, məsələn,
Kataloniya və Flandriyada əhalinin yüksək ictimai fəallığı sivil siyasi mübarizə
həddini aşmır. Bask separatçılarının terrorçu təşkilatı olan ETA öz fəaliyyətini
Frankonun repressiv rejimi ilə mübarizə dövründə başlamış, lakin demokratiya
bərqərar olunduqdan sonra da terrorçuluqdan əl çəkməmişdir. Terrorçu İrlandiya
Respublika Ordusu (İRO) Britaniyaya qarşı antikolonial xalq hərəkatı zamanı
yaradılmış və keçən əsrin 60-cı illərinin ortalarınadək demək olar ki, fəaliyyət
göstərmirdi. Lakin Şimali İrlandiyada protestantlar Londonun dəstəyi ilə katolik
azlığa qarşı hücuma keçəndə İRO terrorçuluq fəaliyyətinə başladı. Sonradan rəsmi
London özünün irland siyasətinin səhv olduğunu dərk edib müəyyən pozitiv addımlar
atsa da, bu gecikmiş tədbirlər terrorun qarşısını ala bilmədi. Bir qayda olaraq, Qərbi
Avropa separatçılarının məqsədi müstəqil dövlət qurmaq deyil, mövcud sərhədlər
çərçivəsində maksimal milli-mədəni, iqtisadi və siyasi muxtariyyət qazanmaqdır. Bu
münaqişələr, İrlandiya və ABŞ-dakı irland diasporundan dəstək alan Şimali İrlandiya
separatçıları istisna olmaqla, demək olar ki, xaricdən müdaxiləyə məruz qalmırlar.
Əhalinin əsas hissəsi müstəqil ya- şamağın qeyri-müəyyən, aydın olmayan
perspektivlərinə daha çox ümidsiz baxır. Beləliklə, müstəqil dövlət yaratmaq
istiqamətində yarana biləcək çətinliklərdən çəkinməklə əhali emosional deyil, daha
praqmatik qərar qəbul edir. Separatizm problemi həddindən artıq mürəkkəb olduğu
11
Samin Həsənov “Separatizm və dini amillər”, Dirçəliş – XXI əsr – 2008, Bakı
14
üçün onun həllinə Burundi, Ruanda, Zair və ya Şri-Lankadakı kimi hərbi güc
vasitəsilə nail olmaq mümkün deyil. Məsələn, Türkiyədə keçən əsrin 30-cu illərindən
başlayaraq bir neçə dəfə kürd separatçılığı baş qaldırmış, dövlət hərbi güc tətbiq
edərək bu qiyam ocaqlarını lokallaşdırmış, lakin bir müddət keçdikdən sonra partizan
hərəkatı yenidən alovlanmışdır
12
. Yaxud bu yaxınlarda Şri-Lankada Tamil pələngləri
hərəkatının ordu tərəfindən yatırılmasına və hərəkatın nəzarəti altında olan ərazilərə
mərkəzi hakimiyyət orqanlarının qayıtmasına baxmayaraq, prezident seçkiləri
ərəfəsində tamillərin yaşadığı bölgələrdə terror aktları həyata keçirildi. Dünya
ictimaiyyəti separatçılıqla mübarizə sahəsində diplomatik səylərdən hərbi güc
tətbiqinədək, münaqişə tərəflərindən birini dəstəkləməkdən münaqişəyə beynəlxalq
müşahidəçiləri cəlb edərək onun həllini beynəlxalq təşkilatların öhdəsinə
buraxmağadək bir çox tədbirlər sistemini sınaqdan çıxarıb. Bəzi hallarda
münaqişənin aktiv fazasının söndürülməsinə nail olunsa da, separatçı hərəkatları tam
ram etmək mümkün olmamışdır. Belə ki, hazırda dünyanın beynəlxalq münasibətlər
sistemi özündə separatçılığa qarşı təsirli mübarizə metodlarını və cinayətkarların
cəzalandırılmasını ehtiva edən hüquqi normalara və onların realizə mexanizminə
malik deyil. Bu, onu göstərir ki, separatçılığın tam aradan qaldırılması mümkün deyil.
Onun yalnız ekstremist fazaya keçməsini əngəlləmək olar. Bunun üçün isə
beynəlxalq təşkilatlar ikili standartlardan çıxış etməməli, hər bir münaqişənin ədalətli
həlli üçün maksimum səylərini artırmalı, BMT-nin mövcud sənədlərini rəhbər
tutmalıdırlar. Belə ki, BMT tərəfindən etnik zəmində yaranmış münaqişələrin həllinə
dair kifayət qədər effektiv mexanizmlər işlənib hazırlanmışdır
13
. Bu mənada BMTnin
suverenləşmənin sərhədlərini məhdudlaşdıran “Sülh Proqramı” adı altında tanınan
konsepsiyası mövcuddur. Həmin sənəddə etnik zəmində münaqişələrin həllinin və
yeni dövlətlərin yaradılmasının yalnız ikitərəfli razılaşma əsasında mümkünlüyü öz
əksini tapıb.Separatizm öz aktiv fazasına, adətən, dövlətdə sosial-iqtisadi və
ictimaisiyasi qeyri-sabitlik dövründə keçir və ekstremizmlə müşayiət olunur. Bu
12
Anderson, Talmadge; Stewart, James B. (2007), Introduction to African American studies:
Transdisciplinary Approaches and Implications
13
Little, Malcolm (1964), The Ballot or the Bullet, April 4, 1964
15
fazada separatçı bölgələrdə yerli əhali arasında güclü təbliğat işi aparılır, insanlarda
çaş- qınlıq və dövlətə inamsızlıq hissləri yaradaraq onları mərkəzi hakimiyyət
orqanlarına itaətsizlik aksiyalarına cəlb edirlər. Daha sonra ekstremist əhvali-
ruhiyyəli gənclərdən ibarət yaraqlı dəstələri yaradılır və separatçılıq açıq silahlı
qarşıdurma fazasına daxil olur. Separatçılığın intişar etməsində xarici amilin rolu çox
böyükdür. Belə ki, heç bir separatçı hərəkat xaricdən dəstək almasa, böyük miqdarda
maliyyə vəsaitinin və texniki vasitələrin (o cümlədən silah) tələb olunduğu aktiv və
silahlı qarşıdurma fazalarına keçə bilməz.
Dünyanın bir çox yerində ulus-dövlətlər separatçı hərəkətlərlə baş edə
bilmənin yollarını axtarır. Hər separatçı hərəkətlə bir siyasi təşkilatlanma modeli
olaraq qanuniliyi bir az daha aşınan ulus-dövlət, bu separatçı hərəkətlərin hədəfindəki
dövlət modeli olunca yeni bir adla yenidən ortaya çıxarılmış olur. Separatçı
hərəkətlərlə demokratik yollarla mübarizə edə bilmək üçün avtoritar dövlətlərin
demokratikləşdirilməsi, təməl insan hüquqlarına hörmət göstərilməsi, federalizm,
asimmetrik səlahiyyət dövrü, ortaqlıq demokratiyası və ya çokkültürcülük və çox-
ulusluluk kimi üsullar məsləhət göstərilir
14
. Demokratiyası zəif və fərdi hüquqların
zəmanətdə olmadığı ölkələrdə separatçı hərəkətlərin varlığı adi qarşılanır, ancaq
yaxşı işləyən bir demokratiyaya sahib olan Kanada, İspaniya, İtaliya, Fransa,
İngiltərə, Belçika kimi Qərb demokratiyalarının da bənzər şəkildə separatçı tələblərlə
qarşı-qarşıya qalması başları qarışdırır. Rawlsa görə, konstitusiya demokratik dövlət
ədalətli dövlətdir, çünki əsas insan hüquqları və siyasi hüquqların bütün vətəndaşlar
üçün bərabər olaraq təmin və mühafizə edildiyi tək siyasi nizamdır. Liberal
demokratik ədalət anlayışına görə, konstitusiyasında təməl mədəni və siyasi hüquqlar
zəmanət altına alan hər dövlət ədalətli dövlətdir və Şimali Amerika və Qərbi
Avropadakı konstitusiyalı demokratiyaya sahib olan dövlətlər "Mükəmməl" ədalətli
dövlətlər olduğundan, bu ölkələrdən ayrılma tələbləri haqlı görülməz ,ancaq bu
ölkələr mükəmməl ya da məqbul səviyyədəədalətlidirlərsə, Kanada, İspaniya,İtaliya,
14
Hüseyin Kalaycı - Ayrılıkçılık Kanada
Dostları ilə paylaş: |