NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

müəssisələrində kommunistlərin agentlərinin fəaliyyətinin güclənməsi haqqında da 
məlumatlar  alınırdı.  Artıq  Hitler  Stalinə  və  Sovet  dövlətinə  sərt  münasibətini 
gizlətmirdi. 
Ribbentrop xatirələrində yazırdı: “Mən bütün ciddiyyəti ilə Fürerə bildirdim 
ki,  Stalindən  təcavüz  gözləmək  olmaz.  Mən  Füreri  ehtiyatlandırdım  ki,  Rusiyaya 
qarşı  hər  hansı  bir  əks  addım  atılmasın.  Mən  hətta  Bismarkın  prevetiv  müharibə 
haqqında  sözlərini  də  xatırlatdım:  “Allah  özü  də  özgə  xəritəsinə  baxmağa 
qoymur”.  Hitler  bu  dəfə  bildirdi  ki,  o,  şübhə  ilə  yanaşır,  olsun  ki,  yəhudilər 
Moskvada  Stalinə  təsir  göstəriblər.  Mənim  bütün  etirazlarıma  baxmayaraq,  o, 
bildirdi ki, hər ehtimala qarşı ehtiyat hərbi tədbirlər görülməlidir. O, çox qayğılı və 
gərgin  idi”.  (330,  s.223)  Sonradan  Ribbentropun  cəhdlərinə  baxmayaraq,  Hitlerlə 
Stalinin  görşü  baş  tutmadı.  Belə  ki,  Stalin  Rusiyadan,  Hitler  isə  Almaniyadan 
çıxmaq  istəmirdilər.  Nəticədə,  problemlərə  aydınlıq  gətirmək  məqsədi  ilə  Xarici 
İşlər naziri Molotovun Berlinə dəvət edilməsi razılaşdırıldı. 
Molotov Hitlerlə söhbətində gizli protokola əsasən Finlandiyanın Rusiyanın 
maraq  dairəsində  olduğunu  bildirdi.  Hitler  isə  fikrini  dəyişərək  Finlandiyanı 
vermək  istəmirdi.  Bu  problemlə  bağlı  çox  inadkar  diskussiya  oldu.  Hitler  xahiş 
edirdi ki, Molotov bu məsələdə ona güzəştə getsin. 
Molotov  isə  söhbətində  Almaniyanın  Rumıniyaya  təminatından  Rusiyanın 
narazı  olduğunu  bildirdi.  Hitlerin  Molotova  cavabı  belə  oldu:  nə  qədər  ki,  Sovet 
İttifaqı  Rumıniyaya  hücum  etmək  fikrində  deyil,  onda  bu  təminat  da  ona  qarşı 
yönəlməyib. Bu halda Molotov Hitlerdən soruşdu: onda siz razısınızmı ki, belə bir 
təminatı  Rusiya  Bolqarıstana  versin.  Hitler  soruşdu:  Bolqarıstan  bu  haqda  sizdən 
xahiş edibmi? Molotov bu suala yayındırıcı cavab verdi. 
Hitlerlə  Molotovun  söhbəti  kifayətləndirici  olmadı  və  heç  bir  qərara 
gəlinmədən sona çatdı. Bu söhbətdən sonra Hitlerdə qəti təəssürat yarandı ki, artıq 
ruslar ciddi şəkildə qərbə cəhd edirlər. Odur ki, Hitler 1940-cı ilin dekabrın 13-də 
20 saylı direktivi ilə “Maritsa” əməliyyatını – Yunanıstana hücumu təsdiqlədikdən 
sonra  dekabrın  18-də  “Barbarossa”  planını  əsaslandıran  21  saylı  digər  sənədi 
imzaladı. “Barbarossa” planında o, Sovet İttifaqına hücum planını belə açıqlayırdı: 
“Alman  Silahlı  Qüvvələri  Sovet  İttifaqını  hətta  ingilislərə  qarşı  müharibəni 
bitirmədən  sürətli  bir  əməliyyatla  əzməyə  hazır  olmalıdırlar..  Böyük  vaxt  tələb 
edən  bu  hazırlıq  tələb  edir  ki,  elə  bu  saatdan  başlamalı,  1941-ci  ilin  mayın  15-də 
yekunlaşmalıdır.  Qərbi  Rusiyadakı  kütləvi  rus  ordusu  zirehli    tankları  ilə  məhv 
edilməlidir... Son məqsəd Asiya Rusiyasına qarşı Volqadan başlamış Arxangelskə 
qədər  müdafiə  xətti  yaratmaqdır.  Sonradan  Rusiyanın  Uralda  qalan  son  sənaye 
rayonu “Luftvaffor” məhv edilə bilər”. (208, s.303) 
Sovet  İttifaqının  yürütdüyü  siyasət  Almaniyanı  narahat  edirdi.  Artıq 
Moskvada  ingilis-sovet  danışıqları  başlamışdı.  İngiltərənin  SSRİ-dəki  səfiri 
Stafford Krippe Kremldə Sovet rəhbərliyi ilə danışıqlar aparırdı. 


Eyni  zamanda,  Sovet  İttifaqının  Baltik  dənizindən  Qara  dənizə  qədərki 
ərazidə geniş hazırlığı ilə bağlı məlumatlar Almaniya rəsmi dairələrinə çatdırılırdı. 
Moskvanın serb çevrilişlərinin hökümət başçısı Simoviçlə müqavilə bağlaması da 
sovet-alman müqaviləsindən uzaqlaşıldığını göstərirdi. 
Hitler hələ 1938-ci ildə ehtiyatlanırdı ki, İngiltərə və Amerika kifayət qədər 
silahlanan  kimi  Almaniyaya  hücum  edəcəklər.  O,  çəkinirdi  ki,  İngiltərə  və 
Amerika Sovet İttifaqı ilə müqavilə bağlayarsa, onda Almaniya həm Qərbdən, həm 
də  Şərqdən  təcavüzə  məruz  qalacaq  və  1914-cü  ilin  müharibəsində  baş  verənlər 
təkrarlanacaq. Hitler başa düşürdü ki, iki cəbhədə uzunmüddətli müharibə aparmaq 
çox  çətin  olacaqdı.  Odur  ki,  o,  ingilis-amerikan  gücü  Qərbdə  hərəkətə  gəlməmiş 
Şərqdə  azad  nəfəs  almaq  istəyirdi.  Hitler  bir  neçə  ay  ərzində  Sovet  İttifaqını 
məğlub  etmək  istəyirdi.  Lakin  onun  Sovet  Ordusunun  imkanları  və  Amerikanın 
köməyi haqqındakı səhv hesablamaları fəlakətlə nəticələndi. 
SSRİ üzərinə hücum edərkən Hitlerin özü-özünə o qədər də inamlı deyildi. 
Söhbətlərinin  birində  Xarici  İşlər  naziri  Ribbentropa  demişdi:  “Biz  bilmirik  ki, 
Şərqdə açacağımız qapıların arxasında hansı güc dayanır”. (330, s.243) 
Almaniya-SSRİ  müharibəsi  getdikcə  labüd  xarakter  alırdı.  Almaniyaya 
qarşı İngiltərə, Amerika və SSRİ üçlüyü eyni mövqeyə yaxınlaşırdı. Almaniyanın 
isə  münasibətləri  zəif  sayılan  İtaliya,  az  ümid  bəslənilən  Yaponiya  dövləti  idi. 
Çünki,  Yaponiya  dövləti  Almaniya ilə  razılaşmadan 1941-ci  ilin aprelində  Xarici 
İşlər  naziri  Yesuko  Maçuokanın  iştirakı  ilə  Rusiya  dövləti  ilə  hücum  etməmək 
haqqında  müqavilə  imzalamışdı.  Vəziyyətin  belə  gərginləşməsinin  bir  səbəbi  də 
Ribbentropun fikrincə, Qərb və Şərq yəhudiçiliyinin əks-alman əlaqələri idi. 
Bundan  əlavə,  Sovet  İttifaqı  müharibəyə  ciddi  hazırlığa  başlamışdı.  Sovet 
sərhədlərinin özündə bu hazırlıq belə izah olunurdu: “Müharibədən qabaqkı illərdə 
ordu  yenidən  təşkil  olundu:  ərazi-milis  prinsipi  üzrə  qurulan  qoşun  hissələri  və 
birləşmələri  ləğv  edildi;  silahlı  qüvvələr  tamamilə  daimi  qüvvə  vəziyyətinə 
keçirildi.  Ordunun sayı xeyli  artmışdı.  Silahlı  Qüvvələrin daimi qüvvələr prinsipi 
üzrə  qurulması  “Ümumi  əsgəri  vəzifə  haqqında”  1939-cu  ilin  sentyabrında  SSRİ 
Ali  Sovetinin  qəbul  etdiyi  qanunda  təsbit  edildi.  Sovet  dövləti  çalışırdı  ki,  onun 
ordusu kapitalist dövlətlərinin ordularından güclü olsun. Sosializm nailiyyətlərinin 
müdafiəsi,  habelə  bütün  dünyada  sülh  uğrundakı  mübarizənin  müvəffəqiyyəti  bir 
çox  cəhətdən  SSRİ-nin  və  onun  Silahlı  Qüvvələrinin  gücündən  asılı  idi”.  (187, 
s.518) Daha bir səbəb də sovet-alman münaqişəsini gərginləşdirdi. 
1941-ci ilin yanvarın 17-də Berlindəki sovet səfiri Dekanozovun Almaniya 
Xarici  İşlər  Nazirliyinə  təqdim  etdiyi  sənəddə  göstərilirdi  ki,  Bolqarıstanın 
ərazisində  və  dəniz  sularında  xarici  qoşunların  görünməsi  SSRİ-nin  maraqlarının 
təhlükəsizliyi kimi qəbul ediləcək. 
Bunun  müqabilində  sovet  səfirinə  Almaniyanın  mövqeyi  açıqlandı. 
Bildirildi  ki,  Almaniya  İngiltərənin  Yunanıstana  qoşun  çıxarıb  orda 
möhkəmlənməsinə  etiraz edir və  buna  mane  olacaq. Eyni zamanda  o, Türkiyənin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə