NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   23   24   25   26   27   28   29   30   ...   100

olundu... İngiltərənin Almaniya ətrafında mühasirə yaratması getdikcə genişlənirdi. 
Fransa  isə  İngiltərənin  mövqeyində  dayandı.  Hər  iki  dövlətin  Almaniyaya  qarşı 
koalisiya  yaratmasına  aprelin  ortalarında  Britaniya  və  Fransanın  Ruminiya  ilə 
Yunanıstana  təminat  verilməsi  haqqındakı  planı  əlavə  olundu.  1939-cu  ilin 
mayında  isə  ingilis-fransız-türk  müqaviləsi  bağlandı.  Moskva  ilə  danışıqlar 
başlandı  ki,  Sovet  İttifaqını  Almaniyaya  qarşı  hərbi  ittifaqa  daxil  etsinlər.  İngilis 
siyasəti  məni  daima  artan  həyəcanla  bürüdü.  Bismarkın  “koalisiya  dəhşəti” 
adlandırdığı bu həyəcan mənə yuxusuz gecələr hesabına başa gəldi. Hadisənin belə 
inkişafını  gördükdə,  biz  1939-cu  ilin  mayın  22-də  dostluq  və  inkişaf  haqqında 
alman-italyan  müqaviləsi  bağladıq.  Bundan  başqa,  Varşavaya  uğursuz  səfərdən 
sonra  fürerə  məsləhət  gördüm  ki,  Almaniya  ətrafında  mühasirənin  başa 
çatdırılmasına imkan verməmək üçün Rusiya ilə danışıqlara cəhd etmək lazımdır”. 
(330, s.177) 
1939-cu ilin iyulun 4-də Berlindəki sovet səfirliyinə SSRİ ilə Almaniyanın 
ümumi  sərhədlər  haqqında  müqavilə  bağlaması  ilə  bağlı  gizli  məktub  daxil  oldu. 
Məktubda  göstərilirdi  ki,  Almaniya  tərəfi  hər  iki  dövlətin  1914-cü  ildəki 
sərhədlərini  bərpa  etmək  arzusunda  olduğunu  bildirmişdir.  1939-cu  ilin  avqustun 
2-də  Berlində  Ribbentrop  sovet  səfiri  Q.  A.  Astaxovla  söhbətində  rəsmi  şəkildə 
bildirdi  ki,  Almaniya  Qara  dənizdən  başlamış  Baltikə  qədərki  bütün  ərazi 
problemləri üzrə çətinlik olmadan razılaşa bilər. 
Həmin  ilin  avqustun  15-də  Moskvadakı  alman  səfiri  Şulenberq  SSRİ-nin 
Xalq  Xarici  İşlər  Komissarı  Molotovdan  onu  təcili  qəbul  etməyi  xahiş  etdi. 
Qəbulda  Şulenberq  Ribbentropun  bütün  mübahisəli  problemləri  həll  etmək  üçün 
Moskvaya gəlməyə hazır olduğunu bildirdi. 
Belə  şəraitdə  Sovet  İttifaqının  vəziyyəti  çox  mürəkkəb  idi.  Sovet  dövləti 
çox riskli siyasi oyuna başlamışdı. İngiltərə və Fransa ilə aparılan danışıqlar davam 
etsə  də,  onların  SSRİ-ni  bərabərhüquqlu  dövlət  kimi  görmək  istəməməsi 
səbəbindən bir nəticə alınmırdı. Almaniya isə, əksinə, Sovet dövlətinin maraqlarını 
nəzərə  almaqla,  güzəştə  gedirdi.  Bundan  əlavə,  o,  sovet-yapon  əlaqələrinin 
yaxşılaşması  üçün  Yaponiyaya  təsir  göstərməyi  də  vəd  edirdi.  Belə  vəziyyət 
Xalxin-Qol çayında yaponlarla qanlı döyüş aparan SSRİ dövlətini təmin edirdi. 
Avqustun 23-dən 24-nə keçən gecə Stalin, Molotov və Ribbentropun iştirakı 
ilə  tələsik  razılaşdırılmış  sovet-alman  sənədləri  imzalandı:  birincisi  –  hücum 
etməmək  haqqında  müqavilə;  ikincisi  –  Almaniyanın  birtərəfli  qaydada  üzərinə 
öhdəliklər  götürdüyü  gizli  protokol.  Müqavilə  avqustun  24-də  imzalansa  da, 
protokol  uzun  illər  ictimaiyyətdən  gizli  saxlanıldı.  Sənədlərdə  göstərilirdi  ki, 
alman-polyak  silahlı  toqquşması  başlanarsa,  alman  qoşunları  Narva,  Visla,  Sana 
çayı sərhədlərindən kənara hərəkət etməyəcək, Finlandiya, Estoniya və  Latviyaya 
daxil olmayacaq. Eyni zamanda, Almaniya SSRİ-nin Bessarabiyadakı maraqlarını 
da ifadə edirdi. 


Gizli  protokolların  SSRİ  və  Almaniya  dövləti  tərəfindən  imzalanması 
suveren  bir  dövlətin  –  xüsusən,  Polşanın  hüquqlarının  kobud  şəkildə  pozulması 
demək  idi.  Bu  protokolu  imzalamaqla  SSRİ  dövləti  də  işğalçı  planlarını 
gerçəkləşdirmək niyyətində olduğunu göstərirdi. 
Uzun illərin qadağanından sonra 1989-cu ildə “Arqumenti i faktı” qəzetində 
çap  olunmuş  “gizli  əlavə  protokol”da  yazılmışdı:  “Almaniya  ilə  SSRİ  arasında 
hücum etməmək haqqında müqavilənin imzalanması zamanı hər iki tərəfin aşağıda 
imza  edən  səlahiyyətləri  ciddi  məxfi  qaydada  Şərqi  Avropada  qarşılıqlı  maraq 
dairələrini müzakirə etdik. Bu müzakirə aşağıdakı nəticəyə gətirdi: 
1.Pribaltika  dövlətlərinə  daxil  olan  (Finlandiya,  Estoniya,  Latviya,  Litva) 
vilayətlərin  ərzi-siyasi  yenidənqurması  baş  verərsə,  Litvanın  şimal  sərhədi 
Almaniya  və  SSRİ-nin  maraq  dairəsi  sayılır.  Bununla  bağlı,  Litvanın  Vilensk 
vilayətinə olan maraqlarını hər iki tərəf etiraf edir. 
2.Polşa  dövlətinin  tərkibinə  daxil  olan  vilayətlərin  ərazi-siyasi 
yenidənqurulması halında Almaniya və SSRİ-nin maraq dairəsi sərhədləri təqribən 
Narva, Visla və Sena çayları xəttindən keçəcək. 
Müstəqil Polşa  dövlətinin qarşılıqlı  maraq dairısində  saxlanılmaq istəyi  və 
onun sərhədlərinin necə olması yalnız qarşıdakı siyasi hadisələrin inkişafından asılı 
olacaq.  Hər  ehtimala  qarşı,  hər  iki  hökümət  bu  sualı  qarşılıqlı  dostluq  şəraitində 
həll edəcəklər. Gizli əlavə - protokol. 
Aşağıda  imza  edən  səlahiyyətlilər  Almaniya  höküməti  və  SSRİ 
hökümətlərinin razılığını növbəti qaydada açıqlayır: 
1939-cu  ilin  avqustun  23-də  imzalanmış  gizli  protokolun  1-ci  bəndi  belə 
dəyişilir  ki,  Litva  dövlətinin  ərazisi  SSRİ-nin  maraqları  dairəsinə  aid  edilir,  eyni 
zamanda Lyublin voevodluğu və Varşava voevodluğunun bir hissəsi Almaniyanın 
maraq dairəsinə aid edilir. SSRİ höküməti Litva ərazisində öz maraqlarını qorumaq 
üçün  xüsusi  tədbirlərə  başlayan  kimi,  təbii  olaraq  hazırkı  alman-litva  sərhədi  ilə 
müəyyənləşdirilir  ki,  Litva  ərazisinin  xəritədə  göstərilən  cənubi-qərb  xətti 
Almaniyaya  keçir. Sonra  açıqlanır ki,  Almaniya  ilə  Litva  arasında  olan təsərrüfat 
əlaqələri  Sovet  İttifaqının  yuxarıdakı  tədbirləri  keçirərkən  pozulmamalıdır. 
28.IX.1939”. (275) 
Bu  müqavilənin  imzalanması  həm  Sovet,  həm  də  dünya  ictimaiyyəti  üçün 
gözlənilməz oldu. Əgər birinci müqavilənin (23 avqust) hücum etməmək məqsədi 
daşıdığını  qəbul  etmək  mümkün  idisə,  28  sentyabr  gizli  protokolunun 
imzalanmasının sülhün qorunmasına aidiyyatı yox idi. 
Şübhəsiz  ki,  1939-cu  ilin  28  sentyabrında  imzalanmış  müqavilə  SSRİ 
rəhbərliyinin ciddi səhvi idi. Məhz bu müqavilədən sonra SSRİ ərazisində yaşayan 
antifaşist  mövqeli  almanlara  da  münasibət  dəyişdi.  Məsələın,  1939-cu  ilin 
avqustunda Moskvada alman siyasi mühacirləri üçün açılmış 6 saylı uşaq bağçası 
bağlandı.  1940-cı  ilin  əvvəllərində  isə  hələ  30-cu  illərdə  Sovet  İttifaqına  sürgün 
edilmiş alman və Avstriya antifaşistləri almanlara təhvil verildi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə