6.
Ayrı-ayrı sivilizasiya sistemləri arasında deyil, belə sistemlərin daxilində
effektiv beynəlxalq siyasi, siyasi-hərbi və iqtisadi təşkilatların yaranması ehtimalı
daha böyükdür.
7.
müxtəlif sivilizasiyaları təmsil edən xalqlar və qruplar arasında
münaqişələr sivilizasiyadaxili münaqişələrə nisbətən daha tez-tez baş verəcək və
daha uzunsürən və dağıdıcı olacaq.
8.
Beynəlxalq münasibətlərin əsas oxu Qərb ilə qalan dünya arasındakı
suayırıcı xətt üzrə keçəcək.
9.
Sivilizasiyaya münasibətdə daxilən parçalanmış bir sıra ölkələrin (Rusiya,
Meksika, Türkiyə) elitaları onları Qərbin bir hissəsinə çevirməyə çalışacaq, lakin
əksər hallarda çətin keçilən maneələrlə üzləşəcəklər.
10.
Yaxın cələcəyin mərkəzi konflikti. Qərb ilə artıq Qərbin dəyər və
maraqlarına meydan oxuyan islam və konfuçi sivilizasiyalarına aid bir sıra ölkələr
arasındakı konflikt olacaq. (...)
FƏSİL II. RUSİYA FEDERASİYASINDA SOSİAL TƏRƏFDAŞLIQ
HAQQINDA HÜQUQİ AKTLAR VƏ MATERİALLAR
1. Sosial tərəfdaşlığın qanunverici bazası
Sosial tərəfdaşlığın qanunverici bazası dedikdə Rusiyada ölkədə sosial- əmək
əlaqələri və sosial tərəfdaşlıq subyektlərinin hərəkətlərini bütün səviyyədə
tənzimləyən Rusiya Federasiyası hökumətinin qanunverici aktları və qətnamələr
sistemi başa düşülür. Bura Rusiya dövlətinin başçısının fövqəladə səlahiyyətlər
verildiyi dövrdə qəbul olunmuş və bunun üçün qanun qüvvəsini almış Rusiya
Federasiyası Prezidentinin “Bazar iqtisadiyyatına keçid şəraitində həmkarlar
ittifaqlarını hüquqlarının təmin edilməsi haqqında” (162 saylı 15 oktyabr 1991-ci il)
və “Sosial tərəfdaşlıq və əmək mübahisələrinin (konfliktlərin) həll edilməsi
haqqında” (212 saylı 15 noyabr 1991-ci il) Fərmanları aiddir. Bu fərmanlara ilk dəfə
olaraq Rusiya
qanunvericiliyində
zəhmətkeşlərə müəyyən edilən cüzəşt və təminatlar keyfiyyətcə sahə üçün tarif
razılaşma üçün müəyyən olunmadan aşağı olmamalıdır.
2. 3 mart 1992-ci il tarixində
Rusiya Federasiyası Ali Soveti tərəfindən qəbul edilmiş
“Kollektiv müqavilələr və razılaşmalar haqqında ”
Rusiya Federasiyası Qanunu.
Bu Qanuna dəyişikliklər Rusiya Federasiyası Dövlət Duması tərəfindən 20
oktyabr 1995-ci ildə Rusiya Federasiyasının 24 noyabr 1995-ci il 176-FZ saylı
“Rusiya Federasiyası “Kollektiv müqavilələr və razılaşmalar haqqında”
Qanununa əlavə və dəyişikliklər edilməsi haqqında ” Qanununa əsasən edilib.
Fəsil 1. Ümumi müddəalar
Maddə 1. Qanunun vəzifələri və fəaliyyət sahəsi
Bu Qanun kollektiv müqavilə və razılıqların sosial-əmək əlaqələrin müqavilə
üzrə tənzimlənməsinə kömək cöstərmək və işçilərin və iş verənlərin sosial-iqtisadi
maraqlarının uyğunlaşdırılması məqsədilə onların hüquqi əsaslarının işlənib
hazırlanmasını, bağlanmasını və yerinə yetirilməsini müəyyən edir.
Qanunun təsiri bütün iş verənlərə, işçilərə, iş verənlərin və işçilərin
nümayəndələri, və həmçinin icra hakimiyyətlərinə və yerli özünü idarəetmə
orqanlarına şamil edilir.
Maddə 2. Əsas anlayışlar
Kollektiv müqavilə - təşkilat, filial, nümayəndəlik (bundan sonra - təşkilatın
işçiləri) işçilərinin iş verənlərlə bağlanan və sosial-əmək əlaqələrini tənzimləyən
hüquqi aktdır.