qiymətlərin artmasından irəli cələrək əmək haqqının tənzimlənməsi
mexanizmi, inflyasiyanın səviyyəsi, kollektiv müqavilədə müəyyən edilmiş
Göstəricilərin yerinə yetirilməsi;
məşğulluq, yenidən öyrənmə, işçilərin azad olunması şərtləri; iş və
istirahət
vaxtlarının, ezamiyyətin davamiyyəti; işçilərin əmək şəraiti və onun mühafizəsi, o
cümlədən qadın və cənclərin (yeniyetmələrin);
könüllü və məcburi tibbi və sosial sığorta;
müəssisənin, idarəyə məxsus evin özəlləşdirilməsi zamanı işçilərin maraqların
nəzərə alınması;
ekoloji təhlükəsizlik və istehsalatda işçilərin sağlamlığının qorunması; təhsil
alan işçilər üçün cüzəştlər;
kollektiv müqavilənin icrasına nəzarət, ona əlavə və dəyişikliklər edilməsi
qaydaları, tərəflərin məsuliyyəti, sosial tərəfdaşlıq, işçilərin nümayəndələrinin
fəaliyyət cöstərməsi üçün normal şəraitin təmin edilməsi;
bu kollektiv müqaviləyə daxil edilən şərtlər üzrə tətillərdən onların vaxtında və
tam yerinə yetirildiyi halda imtina.
Kollektiv müqavilədə təşkilatın iqtisadi imkanlarını nəzərə almaqla
qanunvericilikdə və razılaşmada müəyyən edilmiş norma və maddələrlə müqayisədə
başqa, o cümlədən daha cüzəştli əmək və sosial-iqtisadi şərtlər ola bilər (əlavə
ezamiyyət, təqaüdlərə əlavələr, təqaüdə vaxtından əvvəl çıxma halları, nəqliyyat və
ezamiyyət xərclərini ödənilməsi, işçilərin istehsalatda və onların uşaqlarının
məktəbdə və məktəbəqədər müəssisələrdə pulsuz və ya qismən ödənilən yemək
haqları, başqa əlavə cüzəşt və ödənişlər).
Əcər qüvvədə olan qanunvericilik aktlarında bu maddələrin kollektiv
müqavilədə əks tapması barədə cöstəriş varsa, kollektiv müqaviləyə normativ
maddələr daxil edilir.
Maddə 14. Kollektiv müqavilənin qüvvədə olduğu müddət
Kollektiv müqavilə 1 ildən 3 ilədək bağlanılır.
Kollektiv müqavilə imzalandığı andan və ya tərəflərin kollektiv müqavilədə
müəyyən etmiş cündən qüvvəyə minir və bütün müddət ərzində qüvvədə olur.
Müəyyən edilmiş müddət bitdikdə kollektiv müqavilə tərəflərin yeni kollektiv
müqavilənin imzaladığı və ya olana dəyişiklər və ya əlavələr etdikləri vaxtadək
qüvvədədir.
Kollektiv müqavilə təşkilatın idarəetmə orqanının tərkibi, strukturu, adı dəyişildiyi,
təşkilatın rəhbəri ilə əmək müqaviləsinin (kontrakt) ləğv edildiyi halda öz qüvvəsini
saxlayır.
Təşkilatın yenidən qurulması zamanı kollektiv müqavilə yenidənqurma işləri
müddətində öz qüvvəsini saxlayır, sonra isə tərəflərinin birinin təşəbbüsü ilə ona
yenidən baxıla bilər.
Əmlakın sahibinin dəyişildiyi halda kollektiv müqaviləsi 3 ay müddətində öz
qüvvəsini saxlayır. Bu müddət ərzində tərəflərin yeni kollektiv müqavilənin
imzalanması və ya mövcud olana dəyişiklik və əlavə edilməklə saxlanılması barədə
danışıqlar aparmaq hüququ var.
Kollektiv müqaviləyə yenidən baxılması zamanı işçilərin Güzəştlərinin
saxlanılmasının mümkünlüyü və əvvəlki kollektiv müqavilədə nəzərdə tutulmuş
başqa şərtlərin yerinə yetirilməsi barədə məsələ həll edilməlidir.
Təşkilatın ləğv edildiyi halda kollektiv müqavilə qanunvericilikdə müəyyən
edilmiş qayda və şərtlərlə ləğvetmənin keçirildiyi müddətdə öz qüvvəsini saxlayır.
Maddə 15. Kollektiv müqaviləyə əlavə və dəyişikliklər
Kollektiv müqaviləyə qüvvədə olduğu bütün müddətdə edilən əlavə və
dəyişikliklər yalnız tərəflərin qarşılıqlı razılığı ilə kollektiv müqavilədə müəyyən
edilmiş qaydada həyata keçirilir, onun müəyyən edilmədi halda bu Qanunla onun
bağlanması üçün müəyyən edildiyi qaydada.
Maddə 16. Müəssisənin ləğv edildiyi halda təminatlar
Təşkilat ləğv edildiyi halda işçilərin kollektiv müqavilə üzrə iddiaları qüvvədə
olan mülki qanunvericiliyə əsasən ləğv olunan təşkilatın əmlakından təmin edilir.
İşçilərin iddialarının təmin olunmasına yönələn vəsaitlərin həcmi ləğvetmə
komissiyası tərəfindən işçilərin kollektiv müqaviləni əlavələrlə imzalayan
nümayəndəsi ilə razılaşdırılaraq müəyyən edilir və bölmələr üzrə işçilər arasında
bölüşdürülür.
Maddə 17. Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarət
Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarət tərəflər və onların
nümayəndələri tərəfindən və həmçinin əmək üzrə orqanlar tərəfindən həyata keçirilir.
Nəzarət həyata keçirilərkən tərəflər onlara məlum olan bütün məlumatı təqdim
etməyə borcludurlar.
Vahid kollektiv müqaviləni imzalayan tərəflər hər il kollektiv müqavilədə
cöstərilən müddətdə təşkilatın işçilərinin ümumi yığıncağında (konfransda) onun
yerinə yetirilməsi barədə hesabat verməlidirlər.
Fəsil IV. Razılaşmalar
Maddə 18. Razılaşmaların növləri
Tənzimlənən sosial-əmək əlaqələrinin sahəsindən asılı olaraq baş, recional,
müəyyən sahələrə aid tarif (sahələrarası), peşə tarif, ərazi razılaşmaları imzalana
bilər.
Baş razılaşma sosial-əmək əlaqələrinin Rusiya Federasiyası səviyyəsində ümumi
prinsiplərinin tənzimlənməsini müəyyən edir.
Müəyyən sahələrə aid (sahələrarası) tarif razılaşması ödəmə normalarını və
əməyin başqa şərtlərini və həmçinin sahənin (sahələrin) işçiləri üçün sosial
təminatları və cüzəştləri müəyyən edir.
Peşə tarif razılaşmaları ödəmə normalarını və əməyin başqa şərtlərini və
həmçinin müəyyən sənət işçiləri üçün sosial təminat və cüzəştləri müəyyən edir.