Sosial-əmək razılaşmalarının tənzimlənməsinin təmin edilməsi, kollektiv
danışıqların aparılması və baş razılaşmanın layihəsinin hazırlanması üçün dövlət
hakimiyyətinin federal orqanlarının nümayəndələri, ümumrusiya həmkarlar ittifaqları
birliyi nümayəndələri, işə Götürənlərin ümumrusiya birliyi nümayəndələri daxil olan
sosial-əmək əlaqələrinin tənzimlənməsi üzrə üçtərəfli Rusiya komissiyası təşkil
edilir.
Sosial-əmək əlaqələrin tənzimlənməsi üzrə Rusiya üçtərəfli komissiya
haqqında Əsasnamə və komissiyanın koordinatoru Rusiya Federasiyası Prezidenti
tərəfindən təsdiq edilir.
Maddə 21. Razılaşmanın məzmunu.
Razılaşmaların məzmunu tərəflər tərəfindən müəyyən edilir.
Razılaşmada aşağıdakı maddələr nəzərdə tutulur: ödəniş, şərait və
əməyin
müdafiəsi, əməyin rejimi haqqında; razılaşmada müəyyən edilən qiymətlərin
artmasından, inflyasiyanın səviyyəsi. Göstəricilərin yerinə
yetirilməsi irəli cələrək
əməyin ödənişlərinin tənzimlənməsi mexanizmi haqqında;
minimal miqdarı qanunvericilikdə nəzərdə tutulmuş kompensasiya xarakterli
əlavə pullar;
məşğulluğa yardım, işçilərin yenidən təhsil almaları haqqında; ekoloji
təhlükəsizliyin təmin edilməsi və istehsalatda işçilərin sağlamlığının müdafiəsi
haqqında;
işçilərin və onların ailə üzvlərinin sosial müdafiəsi üzrə xüsusi tədbirlər
haqqında;
dövlət və bələdiyyə müəssisələrinin özəlləşdirilməsi zamam işçilərin
maraqlarının riayət edilməsi haqqında;
əlillərin, Gənclərin (o cümlədən yeniyetmələrin) əməyinin istifadə edilməsi ilə
əlavə iş yeri yaradan müəssisələrə cüzəştlər haqqında;
sosial tərəfdaşlığın və üçtərəfli əməkdaşlığın inkişafı, razılaşmalara əlavə və
dəyişiklərin edilməsi qaydaları, ona birləşmələr, kollektiv müqavilələrin