Nəzakət səLİmova


Protokolların rekvizitləri aşağıdakılardır



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
N zak t s L mova

Protokolların rekvizitləri aşağıdakılardır : 
-idarənin və ya təşkilatın adı, sənədin adı, tarixi, 
nömrəsi, iclasın keçirildiyi yer, gündəlik məsələlər, qərar 
hissə, imza. 
AKT 
Akt-latınca”aqtos”
sözündən olub, hərəkət, hadisə, 
cinayət işi deməkdir. Aktlar müəyyənləşdirilmiş hadi-
sələri, faktları təsdiq edən, bir neçə şəxs tərəfindən tərtib 
edilən sənəd növüdür. Onun vasitəsi ilə müxtəlif hadisələri 


86 
sənədləşdirilərək, ona rəsmi xarakter verilir. Aktlar 
məzmunca müxtəlif məzmunlu olur.
Aktların əsas qrupları aşağıdakılardır: 
- yoxlama aktları; 
- silinmə aktları; 
- tutuşdurma aktları; 
- kənarlaşma aktları və s. 
Aktlar aşağıdakı ardıcıllıqla tərtib olunur: 
- akt sözü vərəqin yuxarı hissəsində böyük hərflə 
yazılır; 
- akt sözünün altında il, ay, gün, və aktın tərtib 
edildiyi yer göstərilir; 
- aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının 
adı yazılır; 
- yoxlanılan hadisə haqqında dəqiq məlumat verylir. 
Tərtib olunmuş blankda hadisənin gedişi, materialın qiy-
məti, kəmiyyəti öz əksini tapır; 
- yoxlamanın müddəti həm rəqəm, həm də hərflə qeyd 
olunur; 
- aktın sonunda nəticə verılir. Burada məsuliyyət daşı-
yan şəxslər göstərilir və aktı tərtib edən şəxslər tərəfindən
imzalanır. Akt imzalandıqdan sonra hüquqi qüvvəyə 
minir. 
Aktın tarixi onun tərtib olunma tarixidir. 
Nümunə: Cədvəl 3. 
 
Bildiriş
Bildiriş
- hər hansı bir tədbir (hadisə) haqqında əv-
vəlcədən verilən məlumatdır. Bildiriş elmi, bədii tədbir 
haqqında kollektiv və ya ictimaiyyətə məlumat vermək 
məqsədilə yazılır.


87 
Bildirişin məzmunu
– Bildirişin məzmununda təd-
birin xarakteri, keçiriləcəyi yer və vaxt, iştirak edənlər, 
məlumat verilir. Tədbirin gündəliyi də bildirişdə öz əksini 
tapmalıdır. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə