Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   24   25   26   27   28   29   30   31   ...   41
N zak t s L mova

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


82 
IV FƏSİL. RƏSMİ SƏNƏDLƏR 
4.1.Vətəndaşların müraciətləri üzrə sənədlər
Ərizə 
- vətəndaşlara məxsus hüquqların həyata ke-
çirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət forma-
sıdır. 
Ərizənin tərtibi zamanı aşağıdakı tələblər gözlənil-
məlidir: 
- ərizənin başlığında kimə müraciət olunması və 
kim tərəfindən yazıldığı bildirilməlidir;
- ərizənin məzmunu qısa, faktlar isə konkret 
olmalıdır; 
- ərizənin sonunda il, ay, gün və ərizəçinin şəxsi 
imzası qoyulmalıdır. 
Rəhbər orqanlar ərizə, şikayət və təkliflərə baxar-
kən əvvəlcə müraciətin məqsədi, məzmununu araşdırmalı-
dır. Müraciətlərə baxılarkən düzgün qərar çıxarmaq üçün 
lazımı sənədlər tələb oluna bilər. 
İdarəetmə orqanları vətəndaşların müraciətlərinə 
baxarkən məktubun məzmununu dəqiq araşdırmalı və 
düzgün qərarlar çıxarmalıdır.
Şikayət - 
dövlət orqanlarına və vəzifəli şəxslərə 
pozulmuş hüquqların bərpası tələbi ilə verilmiş müraciət 
formasıdır. 
Təklif -
fəaliyyətin səmərəliliyini, işin keyfiyyətini, 
artırmaq məqsədi ilə fiziki və hüquqi şəxslər tərəfindən 
idarəetmə orqanlarına, tabe təşkilatlara, ictimai birliklərə, 
Qeyri Hökumət təşkilatlarına və s. edilən müraciət forma-
sıdır. Təkiliflər elm, səhiyyə, hüquq, istehsal və digər 
sahələrə tətbiq edilə bilər. 


83 
Hakimiyyət orqanlarının vəzifəli şəxsləri hüquqi və 
fiziki şəxslər tərəfindən göndərilmiş ərizə və şikayətlərə 
baxarkən, daxil olmuş müraciətin (ərizə, şikayətin, təkli-
fin)mahiyyətini araşdırmalıdır; müəyyən olunmuş müd-
dətdə verilmiş müraciətə(ərizə, şikayət, təklif) baxılması-
nın nəticələri haqqında vətəndaş yazılı şəkildə məlumat-
landırılmalı, dövlət hakimiyyət orqanları və məsul vəzifəli 
şəxslər tərəfindən qəbul edilmiş qərarlar düzgün yerinə 
yetirilməsi təmin olunmalıdır. 
Müraciətlərdə (ərizə, şikayət, təkliflər) göstərilən 
məsələlərə baxılıb, ona cavab əsaslandırılmış cavab veril-
dikdə həmin müraciət baxılmış hesab edilməlidir. Vətən-
daşa göndərilmiş cavab məktubu müraciət olunan orqanın 
məsul şəxsi tərəfindən imzalanıb, möhürlənməlidir. 
Dövlət orqanında, idarə və müəssisələrdə vətəndaş-
ların ərizə, şikayət və təkliflərin qəbulu bürosu yaradılmış-
dır. Həmin şöbədə vətəndaşların müraciətlərinin (ərizə, 
şikayət və təkliflərinin) qəbul olunması, qeydə alinması və 
icrasına nəzarət edilməsi təmin olunur.
Daxil olan müraciətlər tərtib olunmuş xüsusi jurnal-
da qeydə alinmaqla, hər bir müraciət üçün 2 nüxsədə kar-
toçka tərtib olunur, biri əlifba sırası ilə, icra uçotu üzrə 
uçot nəzarət kartoçkasında yerləşdirilir, ikincisi isə sənəd-
lərlə birlikdə müvafiq şöbələrə göndərilir. 
Qəbula gələn vətəndaşların müraciətləri üzrə qəbul 
olunmuş qərarların uçotu xüsusi aparılır. Daxil olunmuş 
müraciətə 15 gün müddətinədək baxılmalıdır. Əgər əlavə 


84 
sənədlərin öyrənilməsi lazım gələrsə lazım olan material-
ları tələb etmək və baxış keçirmək üçün baxılma müddə-
tini bir ay uzatmaq olar. 
Hərbi qulluqçuların və onların ailə üzvlərinin müra-
ciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 gün 
müddətinə baxılmalıdır. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə