Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   21   22   23   24   25   26   27   28   ...   41
N zak t s L mova

birdəfəlik sərəncam və 
ümumi sərəncam,
yəni uzun müddət qüvvədə olan sə-
rəncam fərqləndirilir. Lakin hər iki halda sərəncam qanuni 
qüvvəli aktdır. Qərardan fərqli olaraq, sərəncam bir qayda 


76 
olaraq normativ xarakter daşımır. Məsələn, Prezident Milli 
Məclisin qərarı və ya öz fərmanı ilə bağlı sərəncam verir.
Sərəncamlar məzmunca 2 yerə bölünür: 
1) Dövlət və hüquq aktı olan sərəncamlar
2) Mülki hüquqa aid olan sərəncamlar. 
Dövlət və inzibati hüquq xarakterli sərəncamlarda 
müəyyən adamlar vəzifəyə təyin edilir və ya vəzifədən 
azad edilir, ölkənin və dövlətin həyatı və fəaliyyətinin bu 
və ya digər sahəsi tənzimlənir. Məsələn,
H. Ə.Məmmədovun Azərbaycan Texniki 
Unversitetinin 
rektoru vəzifəsindən azad edimməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 
Havar Əmir oğlu Məmmədov Azərbaycan Texniki 
Universitetinin rektoru vəzifəsindən azad edilsin. 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri 14 sentyabr 2016-cı il. 
Nisbətən aşağı təşkilat rəhbəri yuxarı orqanın qərar-
larını sərəncamlaşdırır. Mülki hüquqda isə sərəncam əm-
lakın sahibinin, habelə qəyyumun əmlak üzərində təsərrü-
fatçılıq hüququnu həyata keçirən dövlət təşkilatının səla-
hiyyətlərindən biridir. Əmlak sahibi və ya uşaqların hamı-
sının sərəncamla əmlakı idarə etmək, onu başqasına ver-
mək hüququnu həyata keçirir.
Sərəncamın xüsusi forması yoxdur. Onu formaca fər-
mandan və qərardan fərqləndirmək çətindir. Dil xüsusiy-


77 
yətləri – Fərman, qərar, əmr kimi sərəncamda da rəsmi 
ədəbi dil üslublarından istifadə edilir. Burada dolaşıq ifa-
dələrə, ibarəbazlığa yol vermək olmaz. Heç bir bədii söz 
və ifadə sərəncamda işlənməz.
10
Göstərilənlər aşağıdakı 
sərəncamda öz əksini tapmışdır. Məsələn, “Mühasibat 
uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda 
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 
2016-cı il 30 sentyabr tarixli 315-VQD nömrəli Qanunu-
nun tətbiqi haqqında 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə