Nəzakət səLİmova


Məlumat – arayış sənədləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   25   26   27   28   29   30   31   32   ...   41
N zak t s L mova

4.2.Məlumat – arayış sənədləri 
 
Protokol. 
 
Protokol
– sözün hərfi mənası yunancadan götürülüb, 
protok- ilk, birinci vərəq, kolos yapışdırmaq mənası daşı-
yır. Məzmunca protokollar sadə və mürəkkəb ola bilirlər. 
Sadə məzmunlu protokollarda cıxışların sayı və çıxarılan 
qərarlar az olur. Mürəkkəb məzmunlu protokollarda isə çı-
xışlar və qərarlar bir neçə dənə olur.
İşgüzar yazışmalar zamanı protokollar müxtəlif 
sahələr üzrə tərtib olunur:
- iclas, müşavirə, yığıncaq haqqında protokollar
- ictimai qaydaların, dövlət qanunlarının pozulması 
ilə əlaqədar tərtib olunan protokollar (avtomobil, sanitari-
ya, fövqəladə hallar, vergi müfəttişliyi tərəfindən);
- beynəlxalq səviyyəli tədbirlər-müqavilərin bağ-
lanması, sazişlərin imzalanması zamanı keçirilən yığın-
caqların protokolları. 
Protokolun tərtibi forması:
- protokol və onun nömrəsi blankın ortasında qeyd 
olunur;


85 
- təşkilatın adı, iclasın keçirilmə tarixi və keçirildiyi 
yer, içlasda kimlərin iştirak etdiyi qeyd olunur; 
- konfransı, müşavirəni və yaxud da iclası idarə 
etmək üçün sədr və katib seçilir; 
- gündəlik məsələlər bəndlərlə qeyd olunur; 
- blankın ortasında “Eşidildi” sözü yazılır, muza-
kirə ediləcək məsələ qeyd olunur
- ”çıxış etdilər” sözü yazılır, edilən çıxışlarların 
qısa məzmunu qeyd olunur; 
- qərar hissə iclasın məqsədini əhatə etməli, növbəti 
hadisənin, işin yerinə yetirilməsi üçün hökm verilməlidir. 
Qərar bəndlər üzrə yığcam şəkildə öz əksini tapmalıdır. 
- protokolun sonunda sədr və katib imza edir.
Protokol aid olduğu iclas, hadisəni olduğu kimi əks 
etdirməlidir. Müzakirə olunan hər bir məsələ üzrə ayrıca 
qərar çıxarılır ki, bu da xronoloyi ardıcıllıqla prorokolda
göstərilməlidir. Qəbul edilmiş qərarlar protokol imzalan-
dıqdan sonra hüquqi qüvvəyə malik olur. Aid olduğu 
sahələrin terminlərindən istifadə olunmaqla, ədəbi dildə 
tərtib olunur.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə