101
Cədvəl 2
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 415
Bakı şəhəri 19 oktyabr 2016-cı il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edil-
miş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə,
məişət və digər növ xidmət Qaydaları"nda
dəyişikliklər
edilməsi barədə
"Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəa-
liyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haq-
qında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il
16 yanvar tarixli 221 nömrəli Sərəncamına əsasən Azər-
baycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, mad-
də 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016,
№ 2, maddə 615, №5, maddə 955; Azərbaycan Respub-
likası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 335
nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərbaycan
Respubli-
kasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət
Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissəyə aşağıdakı məzmunda 2.1.4-1 - 2.1.4-
8-ci və 2.1.26-1-ci yarımbəndlər əlavə edilsin:
102
"2.1.4-1. bazar - müəyyən
ərazidə daimi fəaliyyət
göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün
ayrılmış ticarət yerlərinə malik əmlak kompleksi;
2.1.4-2. topdansatış bazarı - ticarət yerlərinin 80
faizdən çoxunu topdansatış yerləri təşkil
edən bazar;
2.1.4-3. pərakəndə satış bazarı - ticarət yerlərinin
80 faizdən çoxunu pərakəndə satış yerləri təşkil edən
bazar;
2.1.4-4. kənd təsərrüfatı məhsulları bazarı -
ticarət
yerlərinin 80 faizdən çoxu kənd təsərrüfatı məhsullarının
satışına ayrılmış ixtisaslaşdırılmış bazar;
Dostları ilə paylaş: