ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   36   37   38   39   40   41   42   43   ...   58

126 
 
coğrafiyanın,  yaxud  milli  siyasi-inzibati  sərhədlərin 
qorunması  olduqca  çətin  olacaq.  Buna  görə  də,  məhz  o 
dövrdə  hər  bir  xalq  öz  tarixi  dəyərlərinə  söykənməklə,  eyni 
zamanda, müasir ictimai, siyasi, əxlaqi, mənəvi gerçəklikləri 
nəzərə  almaqla  yeni  ideologiya  axtarışına  başladı.  Bu 
ideologiyanı  tez  tapanlar  mənəvi-siyasi  böhrandan  tez 
çıxdılar,  ideologiya  axtarışında  uzun  müddət  ayrı-ayrı 
istiqamətlərə  yönələn,  bəzən  tərəddüdlərlə  üzləşən  dövlətlər 
isə mənəvi-siyasi böhrandan daha gec çıxdılar. 
Hesab  edirik  ki,  digər  postsovet  respublikaları  kimi 
Azərbaycan  da  bu  mərhələni  keçdi,  öz  milli  ideologiyasını 
yaratdı. Yaranmış milli ideologiya Azərbaycanın milli dövlət 
maraqlarını  təmin  etməklə  bərabər,  həm  də  milli  həmrəyliyi 
təmin  edərək  ictimai  ahəngdarlığı  qoruyan  mexanizmə 
çevrildi. Yalnız bundan sonra Azərbaycan müxtəlif növ etnik, 
siyasi,  korporativ,  qrup  mənafelərindən  xilas  olmağı  bacardı 
və  ümummilli  ideologiyanı,  azərbaycançılıq  ideologiyasını 
mənimsəyərək inkişaf mərhələsinə qədəm qoymağı bacardı. 
Əgər  belədirsə  və  milli  ideologiya  Azərbaycanda 
azərbaycançılıq adı altında bərqərar olubsa, bu gün bizə milli 
ideologiya  lazımdırmı  sualını  vermək  nə  qədər  doğrudur? 
Hesab  edirik  ki,  bu  müstəqil  Azərbaycanın  20  illik  tarixinin 
birinci  5  illiyində  verilməsi  lazım  olan  sual  idi.  O  dövrdə 
doğrudan  da  bu  sual  bir  problem  kimi  Azərbaycan 
cəmiyyətində  dururdu,  sonrakı  mərhələdə  böyük  dövlət 
xadimi  Heydər  Əliyev  tərəfindən  qısa  müddətdə  həll  edildi. 
Bəziləri  bu  gün  “milli  ideologiya  lazımdırmı”  sualını 
verməklə,  cəmiyyətdə  yeni  diskussiya,  axtarış,  yeni 
istiqamətlənmə  meyilləri  axtarmağa  çalışırlar.  Hesab  edirik 
ki,  bu,  Azərbaycanın  içərisində  olduğu  indiki  beynəlxalq 
şərtlər və daxili münasibətlər müstəvisində həm aktual deyil, 


127 
 
həm  də  heç  lazım  da  deyil.  Çünki  milli  maraqlar  və 
dövlətçilik maraqları ilə bağlı yuxarıda sadaladığımız əsaslar 
bizim  milli  ideologiyamızı  təmin  etmişdir.  Ona  görə  də, 
yenidən ideologiya axtarışına çıxmaq bir növ geriyə qayıtmaq 
deməkdir.  Hesab  edirik  ki,  bu  gün  Azərbaycan  irəliyə  doğru 
getməlidir, onun geriyə getməyə vaxtı  yoxdur. Ancaq əlbəttə 
ki,  bəzi  hallarda  ayrı-ayrı  adamlar  tərəfindən  ideologiyalı 
cəmiyyət  tənqid  edilir,  yaxud  ideologiyanın  lazım  olub-
olmaması  sual  kimi  qoyulur.  Hesab  edirik  ki,  bu,  milli 
maraqlar  baxımından  zərərli,  dövlətçilik  mənafeyi  baxımın-
dan isə təhlükəli bir sualdır. Əgər biz ideologiyanı, dövlətçili-
yi  təmin  edən  əsas  vasitələrdən,  mənəvi  substratlardan  biri 
kimi təqdim ediriksə onda milli ideologiyadan imtina etməklə 
bağlı olan çağırışlar  məntiq etibarilə, əslində  dövlətçilik ma-
raqlarına  zidd  olan  çağırışlar  kimi  qiymətləndirilə,  səciyyə-
ləndirilə bilər.  
Bəzi  hallarda  milli  ideologiyanın  yerinə  demokratiya, 
hüquqi dövlət, azadlıq kimi anlayışları milli ideologiya kimi 
təqdim  etməyə  çalışırlar.  Əlbəttə  ki,  bu,  yeni  bir  baxış  və 
müstəqil fikir deyil.  Bu, zaman-zaman imperialist  mərkəzlə-
rin  ayrı-ayrı  cəmiyyətlərdə  anarxist  demokratiya,  yaxud  zid-
diyyətli  demokratiya  qurmaq  və  beləliklə  də,  həmin  cəmiy-
yətləri  istismar  etmək  məqsədilə  ortaya  atdıqları  imperialist 
düşüncə  ünsürüdür.  Demokratiya  heç  vaxt  milli  ideologiya 
ola  bilməz.  Demokratiya  milli  məqsəd  ola  bilər,  milli  dəyər 
ola  bilər.  Azadlıq  məqsəd  ola  bilər,  ideologiya  ola  bilməz. 
Ona  görə  də, imperialist  mərkəzlər  inkişafda  olan dövlətlərə 
məhz  bu  dəyərləri  ideologiya  kimi  təqdim  etməklə,  bir  növ 
həmin 
dövlətləri  ideologiyasızlaşdırırlar.  Məqsəd  isə 
aydındır, onlar da bilirlər ki, ideologiyasız dövlət ola bilməz. 
Müasir imperializmin əsas məqsədlərindən biri də ekspansiya 


128 
 
obyekti  kimi  gördüyü  ölkələri  lidersizləşdirmək,  ideologiya-
sızlaşdırmaq və nəhayət, dövlətsizləşdirməkdir. Ona görə də, 
məhz  bu  gün  Azərbaycan  Respublikasının  Prezidentinin  də 
qeyd etdiyi kimi, bizim üç düşmənimizdən biri olan müstəm-
ləkəçi  ölkələr  Azərbaycanda  milli  həmrəyliyi  və  ictimai 
ahəngdarlığı təmin edən milli ideologiyamıza hücumlar təşkil 
etmək  cəhdləri  göstərir.  Məqsəd  də  bəllidir.  Hesab  edirik  ki, 
bu gün Azərbaycan cəmiyyətində belə müzakirələrin açılması 
və  məhz  qeyri-peşəkarların  və  siyasi  ambisiyası  olanların  bu 
müzakirələri başlaması müstəmləkəçi dövlətlərin maraqlarına 
xidmət edir. Təəssüf ki, qeyri-professionallar nə ideologiyanı, 
nə  onun  cəmiyyətdəki  yerini,  rolunu,  nə  onun  funksional, 
eyni  zamanda,  mənəvi  tərəflərini  düzgün  izah  edə  bilmirlər. 
Beləliklə də, ziddiyyətli fikirlərlə ictimai çaşqınlıq yaradırlar. 
Əgər  bu  gün  Azərbaycanda  hüquqi  dövlət  qurulursa  və  bu 
hüquqi dövlətin əsaslarını ümummilli həmrəylik təşkil edirsə 
və  bu  bəzi  adamlar  tərəfindən  etiraf  olunursa,  onda  belə  bir 
sual  vermək  olar:  Bəs  ümummilli  həmrəyliyi  təmin  edən 
vasitə  nədir?  Heç  şübhəsiz,  bunun  bir  cavabı  var:  milli 
ideologiya.  Belə  olan  halda,  onda  niyə  milli  ideologiyaya 
hücum edirik? Ona görə də, bir məsələni müzakirəyə çıxaran 
zaman,  yaxud  hər  hansı  məsələ  barəsində  ümummilli  kon-
tekstdə  dialoqa  girmək  arzusunda  olan  zaman  ilk  növbədə, 
problemi  mənimsəmək  lazımdır  ki,  təqdim  etdiyiniz  fikirlər 
sizin özünüzü təkzib etməsin, ziddiyyətli olmasın. 
Azərbaycanın  bu  gün  ideologiyasız,  lidersiz  cəmiyyətə 
sürüklənməsi,  əslində,  Azərbaycanın  dövlətsizləşdirilməsinə 
hədəflənən  addımlardır  ki,  bu  da  əsla  milli  və  dövlətçilik 
maraqlarımızla üst-üstə düşə bilməz. 
Hesab  edirik  ki,  əgər  bu  gün  Azərbaycanda  təntənə 
etmiş  milli  ideologiyanı  xarakterizə  etməyə  çalışsaq,  bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə