ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   44   45   46   47   48   49   50   51   ...   58

151 
 
enerji  xalqımızın  milli  azadlıq,  müstəqillik  mübarizəsini 
başladan  və  sürətləndirən  potensial  keyfiyyət  ünsürü  kimi 
səciyyələndirmək  olardı.  Belə  bir  şəraitdə  vahid  və  ümumi 
amal uğrunda  birgə  hərəkət edən  Azərbaycan xalqı  müstəqil 
dövlətçilik  ənənələrini  bərpa  etmək,  eləcə  də  milli  azadlıq, 
bütövlük  və  həmrəylik  əldə  etmək  üçün  milli  mübarizəyə 
başlamışdı.  Ancaq  başlıca  məsələ  rasional  təfəkkürə  və 
praqmatik  fəaliyyət  mexanizminə  malik  olan  liderlərin 
mövcud  olması  xalqın  təşkilatlanmasını,  konkret  məqsəd 
üçün səfərlər edilməsini təmin etmək idi. Müstəqilliyə doğru 
gedən  yolda  və  müstəqilliyin  ilk  illərində  isə  belə  bir  liderin 
olmaması,  milli  məqsədlərdən  irəli  gələn  vəzifələrin  həyata 
keçirilməsini mümkün etməməklə yanaşı, milli vətənpərvərli-
yin formalaşması və inikasına da mane olan faktor qismində 
çıxış edirdi. Beləliklə, milli gücün kəmiyyət ünsürü qismində 
səciyyələndirilən  və  milli  mənəviyyatın  struktur  elementi 
kimi  çıxış  edən  milli  enerjidən  düzgün  istiqamətdə  istifadə 
olunmasına nail olmaq mümkün olmadı. 
Ümumiyyətlə,  milli  enerji  bir  çox  nəzəriyyələrdə  milli 
gücün  keyfiyyət  ünsürü  kimi  səciyyələndirilməkdədir.  Bu, 
güc  məfhumunun  keyfiyyət  ünsürü  kimi  xarakterizə  edilən 
milli xarakter və milli mənəviyyatın struktur elementi qismin-
də dəyərləndirilir. Bir çox araşdırmaçılar qeyd edirlər ki, milli 
enerji millətin, xalqın taleyüklü məsələlərinin meydana çıxdı-
ğı  və  dərin  kataklizmlərin  müşahidə  edildiyi  tarixi  situasiya 
və  zaman  kəsiyində  aktiv  forma  alır.  Məhz  bundan  sonra 
ideoloji-psixoloji  bütövlük  və  həmrəyliyin  təmin  olunmasın-
da  milli  enerji  faktoru  təməl  mexanizm  qismində  çıxış  edir. 
Milli  enerjini  ortaya  çıxaran  və  onu  aktiv  fazaya  keçirən  tə-
məl mexanizm milli xarakter və milli mənəviyyatdır.  


152 
 
Beləliklə,  yuxarıda  sadaladıqlarımız  bunu  deməyə  əsas 
verir  ki,  milli gücün keyfiyyət  ünsürü olan  milli xarakter  və 
milli  mənəviyyat  milli  enerjini  formalaşdıran  və  onu  aktiv 
fazaya  keçirən potensial faktorlardır.  Başqa  sözlə, mürəkkəb 
tarixi  situasiyaların  fonunda  təzahür  və  təcəssüm  edən  milli 
enerji  milli  hərəkat,  inkişaf  və  bütövlüyün  qeyri-maddi 
əsaslarını təşkil edən amillərdən biri  qismində çıxış edir.  
Milli  enerjinin  Azərbaycan  təcrübəsinə  gəldikdə  isə 
qeyd  etməliyik  ki,  “Dirçəliş”  hərəkatının  fonunda  ortaya 
çıxan və xalqı bir mərkəzdə birləşdirən bu potensial ünsürdən 
zamanında  və  məkanında  düzgün  istifadə  edilməməsi  əldə 
edilmiş  formal  müstəqilliyin  ilk  illərində  yeni  cəmiyyət  və 
milli dövlət quruculuğu prosesinin müəyyən qədər gecikməsi-
nə  və  həmin  ərəfədə  cəmiyyətdə  ciddi  kataklizmlər  və  prob-
lemlərin  meydana  çıxmasına  səbəb  oldu.  Azadlıq  və  müs-
təqillik uğrunda gərgin mübarizə aparan Azərbaycan xalqının 
milli  enerjisindən  düzgün  istifadə  edilməməsi  bəhs  edilən 
hərəkatın pərakəndə xarakter almasına səbəb olmaqla yanaşı, 
sonradan  ictimai-siyasi  mühitdə  müəyyən  deviasiyaların 
meydana çıxmasını şərtləndirdi. 
Milli  enerjidən  düzgün  istifadə  edilməməsinin  sə-
bəblərindən biri də həmin ərəfədə milli azadlıq mübarizəsinə 
təcrübəli, praqmatik, harizmatik və rasional lider siyasətçinin 
rəhbərlik etməməsi idi. Hərəkatın başlanmasından müstəqilli-
yin  ilk  illərinədək  ölkəyə  rəhbərlik  edən  şəxslərin  irrasional, 
antimilli  mövqe  sərgiləmələri  və  Moskvanın  strateji  tap-
şırıqları əsasında hərəkət etmələri milli enerjidən milli birliyi 
və həmrəyliyi təmin edən resurs qismində istifadə edilməsini 
mümkün etmədi. Bununla, milli azadlıq mübarizəsində iştirak 
edən  qüvvələrin  birliyi  və  müntəzəm,  sistematik  fəaliyyət 
mexanizmi  təmin  edilmədiyindən  proseslər  pərakəndə,  işti-


153 
 
rakçıların təmsilçiliyi isə spontan xarakter aldı. Bunun ən ağır 
nəticəsi  müstəqilliyin  ilk  illərində  ölkədə  xaotik  proseslər, 
ziddiyyətlər,  dissonanslar  və  antaqonizmlə  müşayiət  edilən 
destruktiv  durumun  və  disbalanslı  əlaqələr  sisteminin  hökm 
sürməsi nəticəsində yeni cəmiyyət və milli dövlət quruculuğu 
vəzifəsinin  həyata  keçirilə  bilməməsi  oldu.  Bir  sözlə,  ölkə 
tam  mənada  antaqonist  qrupların  mübarizə  meydanına  və 
ideoloji qarşıdurma poliqonuna çevrildi. Nəticə etibarilə, həm 
milli enerjidən səmərəli istifadə etmək mümkün olmadı, həm 
də milli patriotizm formalaşdırıla bilmədi. 
Digər tərəfdən, həmin dövrdə cəmiyyətdə mövcud prob-
lemləri,  eləcə  də  vətənpərvərlik  və  milli  enerji  məsələlərini 
aktuallaşdıraraq,  cəmiyyətin  müzakirəsinə  təqdim  etməyi 
bacaran,  həmçinin,  problemlərin  həlli  istiqamətində  elmi-nə-
zəri, analitik-empirik fəaliyyətə malik olan ictimai-siyasi ins-
titutların olmaması da sadalanan mürəkkəb durumu şərtləndi-
rən mühüm neqativ faktor qismində çıxış etdi. Əlbəttə ki, hə-
min dövrdə cəmiyyətimizdə sadalanan problemlərin mövcud-
luğunun diaqnozu sosioloqlar, ixtisasyönümlü ictimai institut-
lar tərəfindən qoyulmalı, daha sonra isə mövcud problemlərin 
həlli istiqamətində dövlət və qeyri-dövlət strukturları tərəfin-
dən məxsusi tədbirlər görülməli idi. Amma təəssüf ki, həmin 
ərəfədə  Azərbaycan  siyasi  sistemində,  dövlətçilik  institutla-
rında və elmi təsisatlarında həmin problemlərin həllinin nəzə-
ri-empirik  əsaslarını  müəyyənləşdirəcək  və  özündə  problem-
lərin  həlli  yollarını  ehtiva  edəcək  konsepsiya  hazırlanmadı. 
Həmin  ərəfədə  mövcud  olan  radikal  patriotizm  öz  milli 
maraqlarımıza qarşı olan dağıdıcı ünsürə çevrildi. 
Bütün bunların fonunda milli enerjidən səmərəli surətdə 
istifadə  edə  biləcək,  milli  maraqların  etibarlı  müdafiəsi 
mexanizmini  formalaşdıracaq  siyasi  liderə  ehtiyac  var  idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə