ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   46   47   48   49   50   51   52   53   ...   58

157 
 
sonra  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
tərəfindən  belə  bir  tezis  səsləndirildi:  “Qara  qızıl”ın  insan 
kapitalına  çevrilməsi  bizim  təcrübəmizdə,  sadəcə,  Ģüar 
deyil,  real  vəziyyətdir”.  Məhz  bu  istiqamətdə  müxtəlif 
dövlət proqramları qəbul və icra edildi.  
Bütün  bunlar  isə  milli  elitanın  keyfiyyət  tərkibində 
əhəmiyyətli dəyişikliklərin edilməsini və milli elitanın trans-
formasiyasını  şərtləndirdi.  Bu  isə  strateji  nöqteyi-nəzərdən 
olduqca  yüksək  səviyyədə  dəyərləndirilməlidir.  Çünki  milli 
elitanın təşəkkülü və inkişafı hər bir milli dövlətin inkişafının 
əsasında duran strateji substratdır. Bu məsələnin Azərbaycan 
təcrübəsinə  gəldikdə  qeyd  edə  bilərik  ki,    müstəqillik  əldə 
etdikdən  sonra  Azərbaycanın  qarşısında  duran  başlıca  vəzifə 
və  problemlərdən  biri  də  yeni  münasibətlər  sisteminə  müva-
fiq surətdə  milli elitanın formalaşdırılması  və bu istiqamətdə 
milli münasibətlər zəminində təkamül xarakterli yeni keyfiy-
yət  dəyişikliklərinə  nail  olmaq  idi.  Milli  elitanın  formalaşdı-
rılması  üçünsə  bir  sıra  strateji  səciyyəli  zəruri  tədbirlər  gör-
mək  lazım  idi  ki,  bütün  bunların  fonunda  gərəkli  şərait  və 
resurslar təmin edilsin: 
– İlk növbədə, müstəqillik əldə etmiş dövlətə milli mü-
nasibətlər  sistemini  rasional  surətdə  tənzimləyəcək,  ictimai-
siyasi  ahəngdarlıq  və  tərəqqini  təmin  edəcək  və  ümummilli 
inkişaf strategiyasını müəyyənləşdirəcək və tətbiq edə biləcək 
güclü  siyasi  hakimiyyət  lazım  idi.  Hakimiyyətin  effektivliyi 
milli tərəqqiyə mane olan mövcud problemlərin həll edilməsi 
və milli inkişaf strategiyasının müəyyənləşdirilməsini və icra 
olunmasını  mümkün  edəcəkdi.  Amma  müstəqilliyin  ilk  iki 
ilində  ölkəyə  səriştəsiz  və  irrasional  şəxslərin  rəhbərlik 
etməsi  nəinki  milli  inkişaf  strategiyasının  müəyyən  və  icra 
edilməsini  mümkün  etmədi,  eləcə  də  həmin  subyektlərin 


158 
 
disfunksionallığı  yeni  müstəqillik  əldə  etmiş  ölkə  üçün  çox 
ciddi  təhdid  və  risklər  yaratmış  oldu.    Məhz  bu  cür  kəskin 
situasiyanın fonunda milli elitanın formalaşdırılması mümkün 
olmadı  və  institusional  aktorların  bərqərar  oluna  bilməməsi 
ölkə  miqyasında  kataklizmlərin  dərinləşməsini  şərtləndirdi. 
Yalnız 1993-cü ildən-Azərbaycan xalqının  Ümummilli lideri 
Heydər  Əliyevin  ikinci  dəfə  hakimiyyətə  gəlməsindən  sonra 
bəhs edilən vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait 
yaradıldı və bu istiqamətdə milli resurslardan səmərəli surət-
də istifadə edildi. Nəticə etibarilə, bütün bunlar milli elitanın 
da formalaşmasını təmin etdi və elita transformasiyasının əsa-
sı mövcud dəyərlərə, qanunauyğunluqlara və tələblərə müva-
fiq surətdə qoyuldu. Qısacası, milli elitanın formalaşdırılması 
və  mütəmadi  yenilənməsi  üçün  zəruri  şərtlərdən  biri  olan 
hakimiyyətin  effektivliyi  prinsipi  məhz  1993-cü  ildən  sonra-
Ulu  öndər  Heydər  Əliyevin  əsasını  qoyduğu  milli  inkişaf 
strategiyası sayəsində mümkün oldu; 
– İkincisi, milli elitanın formalaşdırılması, transformasi-
yası və yenilənməsi üçün xüsusi əhəmiyyət kəsb edən faktor-
lardan biri də  milli dəyərlərin və maraqların nəzərə alınması 
ilə  həyata  keçiriləcək  hüquqi  və  ictimai-siyasi  təsisatlanma-
dır. Hüquqi təsisatlanma dedikdə, subyektlərin fəaliyyət me-
xanizmini  tənzimləyəcək  qanunlar  və  qaydaları  sisteminin 
məcmusundan ibarət bazanın formalaşdırılması (buraya kons-
titusiyanın  və  ona  müvafiq  surətdə  sahəvi  və  funksional  sə-
ciyyəli  normativ  hüquqi  aktların  qəbul  olunması  və  onlara 
nəzarət  edilməsi  aiddir)  və  onun  işləkliyinin  təmin  edilməsi 
nəzərdə tutulur. Hüquqi təsisatlanmanın təmin edilməsi nəticə 
etibarilə ictimai-siyasi institutlaşmanı mümkün edir ki, bu da 
institusional aktorların bərqərar olunmasını və funksionallığı-
nı şərtləndirən strateji səciyyəli fundamental faktorlardan bi-


159 
 
ridir. Bu məsələnin Azərbaycan təcrübəsinə gəldikdə isə qeyd 
edə bilərik  ki, hüquqi  və ictimai-siyasi təsisatlanma vəzifəsi-
nə  sistematik  surətdə  Konstitusiyanın  qəbul  olunmasından 
sonra  (12  noyabr  1995)  nail  olundu.  Ana  Qanunun  qəbul 
olunması  və  ona  müvafiq  surətdə  bütün  sahələri  əhatə  edən 
qanunvericilik  bazasının  zənginləşdirilməsi  institusional 
aktorların  funksionallığı  və  fəaliyyət  mexanizminə  əlverişli 
zəmin  yaratdı.  Bu  isə  siyasi  sistemin  struktur  elementlərini 
təkmilləşdirməklə  yanaşı, milli elitanın transformasiyasını da 
mümkün etdi; 
–  Milli  elitanın  formalaşdırılması  üçün  sosiomədəni 
transformasiyaya  start  verilməsi,  buna  müvafiq  və  paralel 
surətdə struktur islahatlarının həyata keçirilməsi və institusio-
nal  bazisin  formalaşdırılması  vəzifələrinin  də  həyata  keçiril-
məsi  strateji  səciyyəli  fundamental  vəzifələr  sırasında  idi. 
Sosiomədəni  transformasiyaya  nail  olmaq  cəmiyyətdə  yetkin 
stratifikasiyalaşma  vəzifəsinin  təmin  olunmasını  mümkün 
edəcəkdi  ki,  bu  da  nəticə  etibarilə  təkmil  sosial-siyasi  siste-
min  bərqərar  olunmasını  şərtləndirirdi.  1993-cü  ildən  başla-
maq etibarilə Ulu öndər Heydər Əliyevin rasional və praqma-
tik  strateji  tədbirləri  sayəsində  ictimai-siyasi  sabitlik  təmin 
edildikdən,  bölücü  meyillər  və  mərkəzdənqaçma  tendensi-
yaları neytrallaşdırıldıqdan sonra sosiomədəni transformasiya 
prosesinin  əsası  qoyuldu  və  bütün  sahələri  əhatə  edən 
partikulyar və universal struktur islahatları həyata keçirildi. 
Beləliklə,  ölkəmizdə  milli  elitanın  formalaşması,  trans-
formasiyası  və  yenilənməsi  Ümummilli  lider  Heydər  Əliye-
vin  milli  inkişaf  strategiyasının  fonunda  həyata  keçirdiyi 
kompleks  strateji  tədbirlərin  fonunda  mümkün  oldu.  Ulu  ön-
dər Heydər Əliyevin sabitləşdirici mexanizmlərdən məharətlə 
istifadə  edərək  “mərkəzdənqaçma”  meyillərini  neytrallaşdır-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə