ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   45   46   47   48   49   50   51   52   ...   58

154 
 
Bu, mütləq bir zərurət idi. Belə bir şəraitdə Azərbaycan xalqı-
nın  Ümummilli  lideri  Heydər  Əliyevin  1993-cü  ildə  ikinci 
dəfə  hakimiyyətə  gəlməsi  ilə  bu  problemlərə  və  məsələlərə 
yeni  yanaşma  meydana  çıxdı.  Əlbəttə  ki,  Azərbaycan  xalqı-
nın milli xarakterinə, milli mənəviyyatına və milli keyfiyyət-
lərinə  dərindən  bələd  olan  Heydər  Əliyev  o  dövrdə  hələ 
intellektual milliyyətçiliyin vətənpərvərlər tərəfindən mənim-
sənilmədiyini görərək, ilkin mərhələdə ümumi patriotizmə is-
tinad  etdi  və  əhəmiyyətli  nailiyyətlər  əldə  etməyi  bacardı. 
Məlum  olduğu  kimi,  1993-cü  ildə  baş  verən  “Qış  hücumu” 
dediyimiz  əməliyyat  zamanı  tankların  üzərinə  “Vətən  üçün”, 
“Heydər  Əliyev  üçün”  yazılmışdı  ki,  bu  da  həmin  ərəfədə 
Sovet  vətənpərvərliyinin  xüsusiyyətlərindən  hələ  də  istifadə 
olunmasının  nümunəsi  idi.  Bu  isə  təsadüfi  deyildi.  Çünki 
Ümummilli  lider  Heydər  Əliyev  yaxşı  bilirdi  ki,  həmin 
ərəfədə  patriotizm  nöqteyi-nəzərindən  istinad  edilməli  olan 
ən uyğun və məqbul model ümumi, Sovet vətənpərvərliyi idi. 
Ona  görə  ki,  belə  bir  şəraitdə  ictimaiyyət  intellektual  vətən-
pərvərliyə  transformasiyaya  hazır  deyildi.  Məhz  bu  nöqteyi-
nəzərdən tətbiq edilən  metodlar, istinad edilən  yanaşma  özü-
nü  doğrultdu,  27  kənd  və  qəsəbəmiz  erməni  işğalçılarından 
azad edildi. 
Sonrakı  mərhələlərdə  isə  patriotizmin  gücləndirilməsi, 
ümumi vətənpərvərlikdən intellektual patriotizmə transforma-
siyanın baş tutması istiqamətində strateji səciyyəli fundamen-
tal  işlər  görüldü.  Bu  istiqamətdə,  ilk  növbədə,  yeni  ideyalar 
ortaya  qoyuldu,  maarifləndirici  işlər  həyata  keçirildi,  vətən-
pərvərliyin  təcəssüm  etdiyi  başlıca,  xüsusi  sosial  stratanın-
gənclərin təşkilatlanması yönündə mühüm addımlar atıldı. Bu 
istiqamətdə  cəmiyyətin  dinamik  təbəqəsi  olan  gənclərin 


155 
 
ümummilli  həmrəyliyi  və  bütövlüyü  təmin  edən  milli  ideya 
ətrafında  birləşməsi  yönündə  atılan  addımlar  xüsusi  önəm 
kəsb  etdi.  Bu  baxımdan,  dövlət  tərəfindən  institusional 
səciyyə  daşıyan  strateji  addımlar  atıldı.  İlk  növbədə, 
Ümummilli  lider  Heydər  Əliyevin  fərmanı  ilə  1994-cü  il 
iyulun  26-da  Gənclər,  İdman  və  Turizm  Nazirliyi  yaradıldı. 
Bunun  ardınca  1995-ci  ildə  isə  Ulu  öndər  Heydər  Əliyev 
Azərbaycan  gənclərinin  forumunun  keçirilməsi  təşəbbüsünü 
irəli sürdü. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan 
gənclərinin  ilk  forumu  keçirildi.  Forumda  Heydər  Əliyev 
şəxsən iştirak etdi. Bu istiqamətdə sistemli, nizamlı tədbirlər 
davam  etdirildi.  1  fevral  1997-ci  il  tarixində  forumun 
ildönümü  münasibəti  ilə  gənclərin  bir  qrupunu  qəbul  edən 
Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan 
edilməsi  haqqında"  Sərəncam  imzaladı.  Həmin  vaxtdan 
etibarən  ənənəvi  olaraq,  hər  il  2  fevral  günü  Azərbaycan 
gənclərinin  bayramı  kimi  təntənəli  şəkildə  qeyd  olunur.  Bu 
isə  dinamik  strata  qismində  çıxış  edən  gənclərin  təşkilatlan-
ması, onların işinin  səmərəliliyinin təmin olunması istiqamə-
tində  əhəmiyyətli  töhfə  kimi  çıxış  etdi.  Həmçinin,  bütün 
bunlar  yeni  intellektual  vətənpərvərlərin  yetişdirilməsi  işinə 
fundamental töhfələr bəxş etmiş oldu. 
Bütün  bunların  fonunda  Azərbaycan  gəncliyi  dərk  etdi 
ki,  populist  şüarlar  və  radikal  çağırışlar  üzərində  qurulmuş 
vətənpərvərliklə  milli  maraqların  təmin  olunmasına  nail  ol-
maq  mümkün  deyil.  Beləliklə,  radikal  vətənpərvərlikdən  in-
tellektual  patriotizmə  transformasiya  istiqamətində  əhəmiy-
yətli nailiyyətlər əldə edilmiş oldu. Eyni zamanda, intellektu-
al vətənpərvərlərin kəmiyyət və keyfiyyət artımına nail olun-
du.  


156 
 
Beləliklə, milli maraqların etibarlı ifadəçisi və müdafiə-
çisi  qismində  çıxış  edən  intellektual  vətənpərvərlər  stratası 
formalaşdı. Məhz bunun fonunda modern cəmiyyət və qeyri-
formal  milli  dövlət  quruculuğu  uğurla  davam  etdirildi.  Bu 
prosesdə  intellektual  vətənpərvərlərin,  gənclərin  iştirakı, 
təmsilçiliyi xüsusi rol oynadı. Qısa müddət ərzində gənclərin 
aktiv  surətdə  təmsil  olunduqları  müxtəlif  sahələrdə  parlaq 
nailiyyətlər  əldə  edilmiş  oldu.  Daha  da  dəqiqləşdirsək,  de-
mokratikləşmə  prosesi  çərçivəsində,  hüquqi  dövlət  və  vətən-
daş  cəmiyyəti  quruculuğunda,  insan  və  vətəndaş  hüquq  və 
azadlıqlarının  təmin  və  müdafiə  olunması  sahəsində,  Azər-
baycanın müasir beynəlxalq münasibətlər sisteminin müstəqil 
milli  aktoru  kimi  dünya  siyasətində  suveren  şəkildə  təmsil 
olunmasında çox mühüm, fundamental nailiyyətlər əldə edil-
di. Bütün bunlar  həm  gənclərin fəaliyyət  mexanizminə  əlve-
rişli şərait və zəmin yaratdı, həm də onların müxtəlif sahələr-
də rasional və uğurlu şəkildə təmsil oluna bilmək potensialla-
rının  mövcud  olduğunu  sübuta  yetirdi.    Bununla  yanaşı,  Er-
mənistan-Azərbaycan,  Dağlıq Qarabağ  münaqişəsinin fonun-
da  davam  edən  informasiya  müharibəsi  çərçivəsində  Azər-
baycan həqiqətlərinin dünyaya çatdırılmasında, diaspor təşki-
latlanmasında, lobbi təsisatının formalaşdırılmasında intellek-
tual  vətənpərvərlərin  potensialından  səmərəli  surətdə  istifadə 
olundu. Bu isə milli maraqlarımızın etibarlı müdafiəsi mexa-
nizminin formalaşdırılması demək idi.  
Dolayısıyla,  qeyd  etdiyimiz  kimi,  Azərbaycanda  yeni 
intellektual  vətənpərvərlər  stratası  formalaşdı  və  bu,  milli 
maraqlarımızın  müdafiə  olunmasında  xüsusi  əhəmiyyət  kəsb 
edən mexanizmin yaranması kimi səciyyələndirilə bilər.  
Məhz belə bir mərhələdə, yəni intellektual vətənpərvər-
lər təbəqəsinin formalaşması ilə müəyyən baza yaradıldıqdan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə