ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   48   49   50   51   52   53   54   55   ...   58

163 
 
onların reallaşdırılması və  müdafiəsi  mexanizmləri  müəyyən 
edilir.  
Bundan başqa, ictimai təfəkkürdə milli maraqlar dedik-
də,  həm  də  insanın,  cəmiyyətin  və  dövlətin  mənafelərinin 
rasional  surətdə  cəmiyyət  üzvləri  və  cəmiyyəti  idarə  edən 
subyektlər tərəfindən dərk olunması nəzərdə tutulur. Məhz bu 
baxımdan,  milli  maraqların  dərk  olunması  onların  müdafiəsi 
mexanizminin formalaşdırılmasını şərtləndirən mühüm faktor 
qismində çıxış edir.  
Bir çox sosioloji və politoloji mənbələrdə milli maraqlar 
dövlət maraqları anlayışı ilə eyniləşdirilir. Belə bir arqumen-
tal tezisdən istifadə edilir ki, dövlət millətin təsisatlanmış for-
masıdır,  başqa  sözlə,  milli  dövlət  öz  stukturu,  funksionallığı 
və  mahiyyəti  etibarilə  başlıca  sosial-siyasi  təsisatdır,  məhz 
buna görə də, milli maraqların müdafiəsi dövlətin funksional-
lığı çərçivəsindədir. Yəni dövlətin fəaliyyətində rəhbər tutdu-
ğu mənafelər sistemi elə milli maraqlar kimi səciyyələndiril-
məlidir.  Amma  bunun  əksini  iddia  edən  araşdırmaçılar  isə 
qeyd edirlər ki, milli maraqlar anlayışı dövlət maraqları anla-
yışından daha genişdir və özündə dövlət maraqlarını da ehtiva 
edir. 
Bir  sözlə,  ictimai  təfəkkürdə  milli  maraqlar  dedikdə, 
sosiumda,  cəmiyyətdə  dərk  edilmiş  kompleks  mənafelər  sis-
temi  nəzərdə  tutulur.  Qeyd  etdiyimiz  kimi,  milli  maraqların 
dərk  edilməsi  isə  onların  reallaşdırılması  və  mühafizəsini 
şərtləndirən mühüm mexanizm qismində çıxış edir. 
Milli  maraq  kateqoriyasına  toxunarkən,  şübhəsiz,  milli 
maraqların  müdafiəsi  və  vətəndaşlıq  təşəbbüsü  məsələlərinə 
diqqət  yetirmək  zərurəti  ortaya  çıxır.  Qeyd  etdiyimiz  kimi, 
ictimai  təfəkkürdə  milli  maraq  dedikdə,  cəmiyyətin  ayrı-ayrı 
yarımsistemlərində  mövcud  olan  dərk  edilmiş  kompleks 


164 
 
mənafelər sistemi nəzərdə tutulur. Başqa sözlə, siyasi, iqtisa-
di,  mədəni,  ekoloji,  iqtisadi,  elm,  mədəniyyət  və  mənəviyyat 
sahələrində təşəkkül tapmış kompleks mənafelər sistemi milli 
maraqları  təşkil  edir.  Milli  maraqların  dövlət  tərəfindən 
müdafiəsi vasitələri, mexanizmləri və yollarını anlamaq üçün 
ayrı-ayrı sahələrdə mövcud olan milli maraqların özünə, eləcə 
də bu istiqamətdə Azərbaycan Respublikasının təcrübəsinə də 
toxunmaq məqsədə müvafiqdir. 
Bunlarla  yanaşı, milli maraqların dövlət tərəfindən mü-
hafizəsi məsələsi də strateji problem qismində çıxış edir. Mil-
li maraqların dövlət tərəfindən mühafizəsi dedikdə,  yuxarıda 
sadalanan  əsas  milli  maraqlara  qarşı  meydana  çıxa  biləcək 
real və potensial təhdid ünsürlərinin qarşısının alınması və ya 
neytrallaşdırılması nəzərdə tutulur. 
Digər tərəfdən, milli maraqların təmin və müdafiə olun-
ması  məsələsində  vətəndaşlıq  təşəbbüsü  məsələsi  də  xüsusi 
önəm  kəsb  edir.  Bu  sahədə  vətəndaşlıq  təşəbbüsü  dedikdə, 
vətəndaşların  seçki,  referendum  və  qanunla  müəyyən  olun-
muş  digər  demokratik  vasitələrlə  ölkənin  milli  maraqları  və 
onların müdafiəsinin  yolları haqda öz fikir və təkliflərini ifa-
də  və  icra  edə  bilmələri  və  ya  etmələri  nəzərdə  tutulur.  Eyni 
zamanda,  buraya  vətəndaşların  qanunvericiliklə  nəzərdə  tu-
tulmuş  qaydada  ölkənin  milli  təhlükəsizliyinin  təmin  olun-
ması məqsədi ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə 
orqanları  tərəfindən  hazırlanmış  tədbirləri  könüllü  və  ya 
konstitusiya vəzifələrinin yerinə yetirməsi də aid edilir. 
Azərbaycan  Respublikasının  milli  maraqlarının  etibarlı 
müdafiəsi  milli  inkişafın  təmin  olunması  ilə  paralel  səciyyə 
daşıyan  missiyadır.  Daha  da  dəqiqləşdirsək,  milli  inkişafın 
təmin  edilməsi  üçün  həyata  keçirilən  kurs,  eyni  zamanda, 
milli maraqların təmin olunmasına mühüm töhfələr verir. 


165 
 
Milli  inkişafın  təməl  təminatçı  komponentlərindən  biri 
intellektual  resurslardan  səmərəli  istifadə  olunmasıdır.  Bura-
da daha çox diqqət yetirilən məqam intellektual əsaslara söy-
kənərək,  müvafiq  resurslardan  istifadə  edərək,  inkişafın  kon-
septual  əsaslarının  və  icra  mexanizmlərinin  yaradılmasıdır. 
Başqa  sözlə,  müasir  dövlətlərin  milli  inkişaf  strategiyasının 
mühüm istiqamətlərindən biri də  ümummilli  tərəqqinin kon-
septual  əsaslarının  hazırlanıb,  həyata  keçirilməsi  təşkil  edir. 
Bu  istiqamətdə  isə  milli  dəyərlərə  və  maraqlara  müvafiq  su-
rətdə təsbit edilmiş konsepsiyanın müəyyən və icra olunması 
strateji zərurət qismində çıxış edir. 
Əlbəttə  ki,  hər  bir  dövlətin  milli  inkişaf  konsepsiyası 
özündə ümumi və xüsusi məqsədləri ehtiva edir. Daha da də-
qiqləşdirsək,  milli  inkişaf  konsepsiyasında  milli  maraqlardan 
irəli gələn təməl strateji vəzifələr və məsələlər öz əksini tapır. 
Təbii  ki,  başlıca  strateji  məsələlər  qismində  siyasi,  iqtisadi, 
sosial,  mədəni,  hüquqi  sahələrdə  müəyyənləşdirilmiş  priori-
tetlərə müvafiq surətdə təsbit edilən missiya və vəzifələr çıxış 
edir.  Başqa  sözlə,  milli  inkişaf  konsepsiyası  konkret  zaman 
müddəti  üçün  nəzərdə  tutulmuş  milli  məqsəd  və  vəzifələri 
özündə ehtiva edən əsas rolunu oynayır. Məhz buna görə də, 
cəmiyyətin müxtəlif  yarımsistemlərində (sosial, siyasi, hüqu-
qi,  iqtisadi,  mədəni  və  s.)  ayrı-ayrı  vəzifələr  təsbit  edilir  və 
onların  yerinə  yetirilməsi  istiqamətində  institusional  resurs-
lardan istifadə olunur. 
Dünya praktikasında milli inkişafın müxtəlif konseptual 
modelləri  mövcuddur.  Milli  inkişaf  strategiyasının  təcrübi 
nümunələri  qismində  daha  çox  ABŞ,  Yaponiya  və  Böyük 
Britaniya inkişaf modelləri xüsusilə fərqləndirilir. Bu baxım-
dan, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası 
da  milli  inkişafın  konseptual  əsası  kimi  dəyərləndirilə  bilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə