ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   50   51   52   53   54   55   56   57   58

166 
 
Bəhs  olunan  konsepsiyasının  əhəmiyyəti  və  fərqi  ondan  iba-
rətdir ki, modernləşmə kursuna paralel surətdə müəyyənləşdi-
rilmiş  konsepsiyada  neokonservativ  dəyərlər  öz  əksini  tap-
mışdır ki, burada da liberalizmin və konservatizmin çulğalaş-
ması müşahidə edilir. 
Əlbəttə  ki,  milli  inkişafın  təmin  olunmasının  əsasların-
dan  birini  də  ayrı-ayrı  yarımsistemlərdə  milli  maraqlara  mü-
vafiq surətdə institusional tədbirlərin həyata keçirilməsi təşkil 
edir. 
Siyasi  sahədə  əsas  milli  maraqlara  dövlət  müstəqilliyi, 
suverenliyi  və  ərazi  bütövlüyünün,  konstitusiya  quruluşunun 
qorunması, demokratik, hüquqi, dünyəvi dövlətin mövcudlu-
ğunun  təmin  olunması,  vətəndaş  cəmiyyətinin  formalaşdırıl-
ması, insan və vətəndaş hüquq və azadlıqlarının, eləcə də icti-
mai-siyasi sabitliyin təmin edilməsi, kəşfiyyat, terror-təxribat 
və  digər  pozuculuq  fəaliyyətinin  qarşısının  alınması,  dünya 
xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşama-
sı, bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inki-
şafı və s. aid edilir. 
Siyasi  sahədə  milli  maraqların  etibarlı  müdafiəsinin 
Azərbaycan  təcrübəsinə  gəldikdə  qeyd  edə  bilərik  ki,  dövlət 
müstəqilliyi,  suverenliyi  və  ərazi  bütövlüyünün,  konstitusiya 
quruluşunun  qorunması,  demokratik,  hüquqi,  dünyəvi  dövlə-
tin  mövcudluğunun  təmin  olunması,  vətəndaş  cəmiyyətinin 
formalaşdırılması,  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının 
təmin  və  müdafiə  olunması,  hüquqi  dövlətin  mütləq  kompo-
nentlərinin  bərqərar  olunması  kimi  təməl  strateji  vəzifələr 
konstitusion əsasda təsbit edilmişdır. 
Eyni zamanda, ölkəmizdə siyasi sahədə milli maraqların 
təmin  olunması  üçün  institusional  islahatların  həyata  keçiril-
məsi  də  vacib  şərt  qismində  çıxış  edir.  Bu  barədə  təcrübi 


167 
 
məsələlərə  gəldikdə  qeyd  edə  bilərik  ki,  mütəmadi  surətdə 
həyata keçirilən siyasi-hüquqi  islahatlar  milli  inkişafın təmin 
edilməsi  və  ümummilli  maraqların  qorunmasına  əhəmiyyətli 
töhfələr verir. Yerli və xarici analitiklərin yekdilliklə üzərində 
durduqları başlıca məsələlərdən biri də budur ki, Azərbaycan-
da  hökm  sürən  ictimai-siyasi  sabitliyin  əsaslarını  dövlət 
tərəfindən  həyata  keçirilən  uğurlu  islahatlar  və  tətbiq  edilən 
yeniliklər,  inkişaf  modelləri  təşkil  edir.  İnsan  və  vətəndaş 
hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, 
qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsi-
satların  legitimləşdirilməsi,  vətəndaşların  siyasi  həyatda  işti-
rakına  maksimum  şərait  yaradılması  kimi  göstəricilər  və 
nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, 
reallaşdırılma vasitələri və  demokratiklik  səviyyəsi baxımın-
dan da Azərbaycan olduqca  yüksək səviyyədə qiymətləndiri-
lir. 
Əlbəttə, bütün bunlar vətəndaşların siyasi həyatda daha 
azad  və  layiqli  şəkildə  iştirakına  spesifik  töhfələr  verməkdə-
dir. Nəticə etibarilə, vətəndaş-dövlət münasibətləri bütün sahə 
və sektorlarda ən yüksək səviyyədə təmin edilməkdə və arzu-
lanan nəticələri verməkdədir. Siyasi-hüquqi islahatların mütə-
madi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlü-
kəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, 
demokratik inkişafı da sürətləndirməkdədir... 
Dinamik inkişaf tempi ilə müşahidə olunan ictimai-siya-
si  sabitlik  isə  milli  inkişafın  digər  göstəricisi  və  meyarı  qis-
mində çıxış edir. Bəzi araşdırmaçılar tərəfindən buraya rasio-
nal  idarəetmə  strategiyası  da  aid  edilir.  Məlum  olduğu  kimi, 
siyasi  sabitlik  və  ümummilli  inkişaf  milli  dövlətlərin  həyata 
keçirdiyi rasional, praqmatik daxili və xarici siyasət kursunun 
qanunauyğun nəticələrindəndir. Təcrübi gerçəklikdir ki, milli 


168 
 
dövlətlərin gücünü müəyyənləşdirən başlıca keyfiyyət ünsür-
lərindən biri həyata keçirilən idarəetmə strategiyasının, başqa 
sözlə, daxili və xarici siyasət kursunun səmərəlilik səviyyəsi-
dir  (bir  çox  araşdırmaçılar  bunu  milli  hökumətin  keyfiyyəti 
kimi  səciyyələndirir).  Bu  baxımdan,  idarəetmə  strategiyasını 
rasional  və  praqmatik  prinsiplər,  meyarlar  və  substratlar 
əsasında  reallaşdıran  milli  dövlətlər  ictimai-siyasi  sabitliyin 
yüksək  səviyyədə  təşkil  edildiyi  və  ardıcıl  səciyyə  daşıdığı 
subyektlər  qismində  çıxış  edirlər.  İdarəetmə  strategiyasının 
səmərəliliyi  dedikdə  isə,  təbii  ki,  iqtisadi,  siyasi,  mədəni, 
sosial,  humanitar  və  digər  sahələrdə  ümummilli  mənafeyin 
təmin  olunmasına  istiqamətlənmiş  siyasi  kursun  həyata 
keçirilməsi sayəsində əldə edilmiş tərəqqi meyilləri və bunun 
əsasında duran effektiv nəticələr nəzərdə tutulur. Daha da də-
qiqləşdirsək,  vətəndaşların  maddi  rifah  halının,  həyat  şəraiti-
nin daim yaxşılaşdırılması istiqamətində görülən fundamental 
tədbirlər-sosial  müdafiə  sisteminin  gücləndirilməsi  və  məş-
ğulluq səviyyəsinin artırılması, eləcə də, sosial-siyasi həyatın 
və  təsisatların  legitimləşdirilməsi,  təsisatlanma  prosesinin 
konstitusion əsasda reallaşdırılması, siyasi-hüquqi islahatların 
mütəmadi surətdə həyata keçirilməsi kimi təməl faktorlar icti-
mai-siyasi sabitliyin və ümummilli inkişafın qarantı qismində 
çıxış edir... 
Yuxarıda  sadalanan  faktorları  və  meyarları  nəzərə  ala-
raq qeyd edə bilərik ki, bu gün Azərbaycan, sözün əsl məna-
sında, “sabitlik adası” kimi səciyyələndirilə bilər. Bu məsələ-
də  yerli  və  xarici  ekspertlərin  ümumi,  yekun  rəyi  odur  ki, 
Azərbaycanda hökm  sürən və ardıcıl səciyyə daşıyan sabitli-
yin  əsasında  duran  başlıca  faktor  hakimiyyətin  həyata  keçir-
diyi siyasi  kursun  milli maraqlara, ümummilli mənafeyə tam 
cavab  verməsidir.  Başqa  sözlə,  Prezident  İlham  Əliyevin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə