ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   50   51   52   53   54   55   56   57   58

175 
 
saxlanılması,  büdcə  kəsirinin  minimum  səviyyədə  saxlanıl-
ması, uçot dərəcəsinin azaldılması, əmanətlərin sığortalanma-
sı, vergi yükünün azaldılması kimi vəzifələrin də  yüksək sə-
viyyədə  yerinə  yetirilməsi ölkəmizin beynəlxalq iqtisadi mü-
nasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irə-
liləməsini təmin edib.  
Beləliklə, iqtisadi siyasətin rasionallığı və praqmatikliyi 
də milli maraqların etibarlı müdafiə vasitəsi kimi çıxış edir. 
Elm, mədəniyyət və mənəviyyat sahəsində isə milli ma-
raqlara  xalqının  mədəni-tarixi  irsinin  və  mənəvi  dəyərlərinin 
qorunması və ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dili-
nin,  özünüdərk  və  milli  iftixar  hissinin,  intellektual  poten-
sialının inkişaf etdirilməsi, elmi potensialdan səmərəli istifa-
də olunması və onun artırılması aid edilir. Faktdır ki, milli in-
kişafın  təməl  təminatçı  komponentlərindən  biri  intellektual 
resurslardan  səmərəli  istifadə  olunmasıdır.  Burada  daha  çox 
diqqət  yetirilən  məqam intellektual əsaslara söykənərək,  mü-
vafiq  resurslardan  istifadə  edərək,  inkişafın  konseptual  əsas-
larının  və  icra  mexanizmlərinin  yaradılmasıdır.  Başqa  sözlə, 
müasir dövlətlərin milli inkişaf strategiyasının mühüm istiqa-
mətlərindən biri də ümummilli tərəqqinin konseptual əsasları-
nın hazırlanıb, həyata  keçirilməsi təşkil edir. Bu istiqamətdə 
isə  milli  dəyərlərə  və  maraqlara  müvafiq  surətdə  təsbit  edil-
miş konsepsiyanın müəyyən və icra olunması strateji zərurət 
qismində çıxış edir. 
İntellektual  potensialdan  istifadə  edərək  milli  maraqla-
rın  müdafiəsi  və  ümummilli  inkişafın  təmin  olunması    da 
Azərbaycan  dövlətinin  prioritetlərindən  biri  kimi  çıxış  edir. 
Bununla  bağlı  Azərbaycan  xalqının  böyük  oğlu  Heydər 
Əliyev  demişdir:  “Azərbaycan  xalqının  milli  sərvəti  onun 
intellektual  potensialıdır,  mədəniyyətidir,  ədəbiyyatıdır.  Biz 


176 
 
müstəqil  dövlətimizi  boş  yerdə  qurmağa  başlamamışdıq.  Bi-
zim iqtisadi potensialımız kimi, başqa bir sərvətimiz-intellek-
tual  potensialımız  da  var.  Bunu  yaradanlar  var.  Bu  dahi  in-
sanlar  Azərbaycanın  böyük  intellektual  potensialını,  mülkiy-
yətini yaradıblar”. 
“Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim təcrübə-
mizdə,  sadəcə,  şüar  deyil,  real  vəziyyətdir”  tezisindən  çıxış 
edən Prezident İlham  Əliyevin rəhbərliyi  ilə  həyata keçirilən 
rasional  kurs  da  intellektual  resurslardan  səmərəli  istifadə 
olunmasını  təmin  etmişdir.  İntellektual  resurslardan  səmərəli 
istifadə  mexanizminin  formalaşdırılması  elitanın  transforma-
siyasına da mühüm töhfələr bəxş edir. 
Ölkəmizdə rasional elita siyasətinin fonunda tarixi önəm 
kəsb edən əsas amil cəmiyyətin strukturunda kardinal keyfiy-
yət  dəyişikliyi  kimi  səciyyələndirilən  “kratiya  transformasi-
yası”nın baş verməsi olmuşdur.  
Belə  ki,  1990-cı  illərin  əvvəllərində  ictimai-siyasi  mü-
nasibətlər sistemində hakim təbəqə statusunda çıxış edən oli-
qarxiya tədricən öz yerini aristokratik təbəqəyə verməyə baş-
ladı. Bu isə həm yeni cəmiyyət quruculuğu prosesində kardi-
nal keyfiyyət dəyişikliyi, həm də milli münasibətlər sistemin-
də  tarixi  dönüş  kimi  səciyyələndirilməlidir.  Çünki  nəzəri  və 
təcrübi baxımdan bəllidir ki, oliqarxiya bir qrup hakim  şəxs-
lərin  müəyyən  milli  resursları  (maddi  resurslar,  hakimiyyət 
resursları,  güc  resursları  və  s.)  öz  əllərində  cəmləşdirmələri 
fonunda  ortaya  çıxan  təbəqədir.  Sözügedən  təbəqə  “ilkin  ka-
pital  sahibi”  qismində  çıxış  etməklə  ya  istismarçı  mövqedə 
durur,  ya  da  ümummilli  inkişaf  konsepsiyası  və  məramına 
zidd olan “qrup mənafeyi” prinsipindən çıxış etməklə fəaliy-
yət göstərir. Bu isə nəticə etibarilə mütəmadi və ardıcıl səciy-
yə  daşıyan  cəmiyyət  quruculuğu  prosesinin  əsaslarını  sarsı-


177 
 
dan və ümummilli inkişafın qarşısında duran destruktiv faktor 
qismində  çıxış  edir.  Məhz  buna  görə  də,  oliqarxiya  “özündə 
nəcib keyfiyyətləri və xüsusiyyətləri ehtiva edən, cəmləşdirən 
hakim zümrə” kimi deyil, “maliyyə resurslarının sahibi olan, 
qrup  mənafeyinin  təmin  olunmasını  fəaliyyət  fəlsəfəsi  kimi 
qəbul  edən  və  assimmetrik  münasibətlərin  hakimi  qismində 
çıxış edən” təbəqə kimi səciyyələndirilir... Amma “ən yaxşı-
ların  hakimiyyəti”  kimi  səciyyələndirilən  aristokratiya  sözün 
əsl  mənasında  milli  inkişaf  və  tərəqqinin  mənbəyi,  qarantı 
qismində çıxış edir. Çünki sözügedən təbəqə yalnız “maliyyə 
hakimləri”  mövqeyində  durmurlar,  onlar  mənəvi-mədəni 
müstəvidə  ən  nəcib  keyfiyyətləri  və  xüsusiyyətləri  özlərində 
cəmləşdirirlər. Bunun da qanunauyğun nəticəsi kimi, “nəcib-
lər”  cəmiyyətin  mütəşəkkilliyi,  həmrəyliyi,  bütövlüyü  və  in-
kişafına  xüsusi  töhfələr  verən  islahatlar  və  dəyişikliklər  sim-
volu qismində çıxış edirlər... 
Beləliklə, bütün bu sadalananların fonunda qeyd edə bi-
lərik ki, Ulu öndər Heydər Əliyevin yeni cəmiyyət quruculu-
ğu prosesi çərçivəsində həyata keçirdiyi konstruktiv strategi-
yanın qanunauyğun nəticəsi kimi, oliqarxiyanın aristokratiya-
ya  transfer  olunması  missiyasının  reallaşdırılması  bir  neçə 
nöqteyi-nəzərdən xüsusi önəm kəsb edir. 
Bu,  ilk  növbədə,  imkanlar  və  qabiliyyətlərin  iyerarxik 
dəyərləndirilməsi prinsipi əsasında sosial ədalətin təmin olun-
ması  və  onun  davamlı  xarakter  alması  missiyasının  təmin 
olunmasına  xüsusi  təkan  və  töhfə  verir.  Çünki  ölkənin  və 
dövlətin  nəcib  xüsusiyyətlərə  malik  olan,  milli  mənafeyi  tə-
məl faktor kimi əsas tutan elit zümrə tərəfindən idarə edilmə-
si  təbəqələrarası  münasibətlərin  və  onun  balansının  sağlam 
inteqrativ dəyərlər və substratlar əsasında formalaşması və in-
kişafını təmin edir. Bu isə nəticə etibarilə cəmiyyətin ahəng-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə