ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   50   51   52   53   54   55   56   57   58

178 
 
darlığını  təmin  edən  ümumi  mexanizm  rolunu  oynamaqla, 
eyni  zamanda,  milli  dövlətimizin  milli  maraqlar  və  dəyərlər 
əsasında inkişafını təmin etdi. Məlum olduğu kimi, oliqarxi-
yanın hakim zümrə olduğu milli dövlətlərin sahələrarası hor-
moniyaya əsaslanan inkişafından bəhs etmək olmaz. Görüntü 
səciyyəsi daşıyan “inkişaf” isə qrup  mənafeyinin və “hakim-
lərin transmilli maraqlarının təmin olunması” fonunda ortaya 
çıxan  təzahürdür.  Daha  da  dəqiqləşdirsək,  deyə  bilərik  ki, 
“kapital  maşını”  qismində  çıxış  edən  oliqarxlar  (təsadüfi 
deyil ki, bu zümrə bəzən “maliyyə oliqarxiyası” adlandırılır) 
milli  zəmində  ümummilli  sərvətlərin  inhisarçısı  qismində 
çıxış  edir  və  assimmetrik  əlaqələrin  daha  da  dərinləşməsinə 
şərait  yaradan  fəaliyyət  mexanizminə  malik  olurlar.  Amma 
aristokratiyanın “nəcib siyasət”i sayəsində əldə edilən inkişaf 
ümummilli  səciyyə  daşıyır  və  xalqın,  millətin  milli  sərvəti 
kimi  dəyərləndirilir.  Bütün  bunların  fonunda  qeyd  etmək 
mümkündür  ki,  Azərbaycanda  aristokratik  təbəqənin  mütləq 
mənada təşəkkül tapmasının ideoloji, mədəni, sosial, hüquqi, 
siyasi  sahələrdə  hormoniyaya  əsaslanan  əlaqələr  balansının 
formalaşmasına və tərəqqinin qeydə alınmasına gətirib çıxar-
ması  nəticə  etibarilə  milli  zəmində  yüksəlişin  daha  operativ 
və effektiv xarakter almasını şərtləndirmişdir. Belə ki, həyata 
keçirilən iqtisadi, siyasi, hüquqi islahatların cəmiyyət qurucu-
luğu prosesində effektiv nəticələr verməsi və ictimai münasi-
bətlər  sisteminin  əsasını  daha  da  gücləndirməsi  yuxarıda  əks 
olunan tezisin əsaslılığını növbəti dəfə sübut edir. 
Nəticə etibarilə sadalanan faktlarda təsbit edildiyi kimi, 
Azərbaycanda oliqarxiyadan milli sərvət kimi dəyərləndirilən 
aristokratiyaya,  yaxud  milli  elitaya  transformasiya  olunması 
missiyasının  operativ  və  effektiv  surətdə  reallaşdırılması 
ümummilli  inkişafa  xidmət  edən  tarixi  hadisədir.  Bu,  eyni 


179 
 
zamanda,  yeni  cəmiyyət  quruculuğu  prosesinin  fundamental 
vəzifəsinin  yerinə  yetirilməsinə  və  milli  maraqların  etibarlı 
müdafiəsinə dəlalət edən göstəricidir... 
Bunlarla  yanaşı, XXI yüzillik informasiya əsri kimi sə-
ciyyələndirildiyindən  informasiya  sahəsində  milli  maraqların 
rasional  müdafiə  olunması,  informasiya  təhlükəsizliyinin  tə-
min edilməsi hər bir milli dövlətin siyasi strategiyasında mü-
hüm vəzifələrdən biri kimi müəyyənləşdirilir. Bunun üçün ilk 
növbədə, konseptual əsaslar formalaşdırılır, müəyyənləşdiril-
miş məqsəd və hədəflərə çatmaq üçün resurslar səfərbər edi-
lir. Formalaşdırılmış konseptual mənbələrdə, ilk növbədə, in-
formasiya sahəsindəki maraqlar müəyyən edilir, eyni zaman-
da,  informasiya  təhlükəsizliyinin  təmin  olunması  yolları  əks 
olunur.  İnformasiya  təhlükəsizliyi  sahəsində  əsas  milli  ma-
raqlara  əsasən  məlumatların  qanuni  yolla  əldə  edilməsi,  ötü-
rülməsi, hazırlanması və yayılması kimi vətəndaşların konsti-
tusiya hüquqlarının təmin edilməsi, informasiya ehtiyatlarının 
qorunması və inkişaf etdirilməsi, informasiya məkanının for-
malaşdırılması və onun qorunmasının təmin edilməsi və dün-
ya rabitə və informasiya sisteminə daxil olması aid edilir. 
İnformasiya  təhlükəsizliyinin  təmin  olunmasının  və  bu 
sahədə  maraqların  müdafiə  edilməsinin  Azərbaycan  təcrübə-
sinə gəldikdə isə qeyd edə bilərik ki, qloballaşma və beynəl-
xalq  inteqrasiya  şəraitində  Azərbaycan  informasiya  təhlükə-
sizliyinin təmin olunmasına xüsusi diqqət yetirir. Dövlət siya-
sətində  prioritet  kimi  müəyyənləşdirilən  informasiya  maraq-
larının  və təhlükəsizliyinin təmin  edilməsi konseptual əsasda 
strateji  məqsəd  kimi  müəyyən  edilmişdir.  Əlbəttə,  bu,  infor-
masiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi 
sayəsində mümkün olur ki, bu istiqamətdə də sürətli tərəqqini 
şərtləndirən  əhəmiyyətli  tədbirlər  görülməkdədir.  “Azərbay-


180 
 
can  Respublikasının  inkişafı  naminə  informasiya-kommuni-
kasiya  texnologiyaları  üzrə  Milli  Strategiya  (2003-2012-ci 
illər)” qəbul edilib və burada inkişafın əsas strateji istiqamət-
ləri təsbit olunub. 
İnformasiya  təhlükəsizliyinin  əsas  istiqaməti  kimi  bey-
nəlxalq  arenada  informasiya  hücumlarının  qarşısının  alınma-
sı,  informasiya  vasitəsilə  və  xüsusilə  də  virtual  platformada 
təxribat və neqativ təbliğatların neytrallaşdırılması, bütövlük-
də,  informasiya  mübarizəsinin  rasional  və  praqmatik  surətdə 
təşkil  edilməsi  başlıca  strateji  vəzifələr  qismində  çıxış  edir. 
Bununla bağlı, Prezident İlham Əliyev qeyd etmişdir: “İnfor-
masiya  mübarizəsi  indiki  şəraitdə  hesab  edirəm  ki,  prioritet 
məsələlərdən  biridir.  Biz  internet  və  qloballaşma  dövründə 
yaşayırıq  və  bütün  müasir  imkanlardan  maksimum  dərəcədə 
istifadə  etməliyik.  Onu  da  qeyd  etməliyəm  ki,  Azərbaycanla 
bağlı olan bəzi informasiyalar, biz onu yaxşı bilirik, həqiqətə 
uyğun  deyildir.  Bəzi  hallarda  bəzi  dairələr,  -  onların  adını 
çəkmək  bəlkə  də  mənim  üçün  yaxşı  olmaz,  onsuz  da  onları 
hamımız  yaxşı  tanıyırıq,  -  Azərbaycana  qarşı  böhtan,  iftira 
kampaniyası aparırlar. Bunun da səbəbi var və burada, əlbəttə 
ki,  təkcə  erməni  lobbisindən  söhbət  getmir,  halbuki  bu  kam-
paniyanın arxasında daha çox onların qulaqları görsənir. An-
caq  bütövlükdə  biz  bilirik,  kim  nə  üçün  nəyi  yazır,  hansı 
məqsədlə  və  nə  vaxt.  Əgər  ölkəmizin  həyatında  və  ətrafda 
gedən proseslərə nəzər salsaq, görərik ki, artıq Azərbaycanla 
bağlı  olan  mənfi  məlumat  bölgədə  gedən  müəyyən  vacib 
hadisələrlə  uzlaşır.  Bunu  biz  bilirik,  görürük  və  buna  qarşı 
mübarizə aparmalıyıq”.
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə