ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   50   51   52   53   54   55   56   57   58

169 
 
rəhbərliyi ilə həyata keçirilən rasional strateji kursun fonunda 
əhalinin maddi rifah halının mütəmadi olaraq yaxşılaşdırılma-
sı, sosial müdafiə və təminat sisteminin daha da gücləndiril-
məsi, müxtəlif inkişaf modellərinin tətbiq edilməsi, socialyö-
nümlü  iqtisadiyyatın  inkişaf  etdirilməsi  kimi  fundamental 
göstəricilər  ümummilli  inkişafın  strateji  vəzifələrini  təşkil 
edir. Bütün bunlar isə Azərbaycanı yüksək sürətlə ardıcıl ola-
raq  inkişaf  edən  ölkəyə  çevirməklə  yanaşı,  mövcud  ictimai-
siyasi  sabitliyin  əsaslarının  daha  da  möhkəmlənməsini  şərt-
ləndirən əhəmiyyətli faktor qismində çıxış edir. 
Bunlarla  yanaşı,  məqsədini  inkişaf  və  sabitlik,  yolunu 
isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyən-
ləşdirən  Azərbaycanda  möhkəm  təməllərə  söykənən  ictimai-
siyasi sabitliyi şərtləndirən digər bir faktor mütəmadi surətdə 
siyasi-hüquqi islahatların həyata keçirilməsidir. Belə ki, insan 
və vətəndaş hüquq və azadlıqlarının ən  yüksək səviyyədə tə-
min  edilməsi,  qanunvericilik  bazasının  zənginləşdirilməsi, 
sosial-siyasi  təsisatların  legitimləşdirilməsi,  vətəndaşların  si-
yasi  həyatda  iştirakına  maksimum  şərait  yaradılması  kimi 
göstəricilər  və  nəticələr  deyilənləri  təsdiq  edir.  Digər  tərəf-
dən,  seçki  prosesi,  reallaşdırılma  vasitələri  və  demokratiklik 
səviyyəsi  baxımından  da  Azərbaycan  olduqca  yüksək  səviy-
yədə  qiymətləndirilir.  Bunu  sübut  edən  bariz  dəlillərdən  biri 
budur ki, ölkəmizdə həyata keçirilən ümummilli və lokal sə-
ciyyəli  seçkilər  Azərbaycanın  demokratik  inkişafına  mühüm 
töhfələr bəxş edən fundamental faktor qismində çıxış edir. Bu 
da  nəticə  etibarilə,  ölkəmizdə  vətəndaş  cəmiyyətinin  mütləq 
komponentlərinin  bərqərar  olunması  və  hüquqi  dövlətin 
əsaslarının daha da  möhkəmləndirilməsinə əhəmiyyətli dərə-
cədə təsir göstərir. Bir sözlə, dövlət tərəfindən həyata keçiri-


170 
 
lən siyasi-hüquqi islahatlar birmənalı şəkildə  sabitlik mənbə-
yi qismində çıxış edir... 
Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilə-
rik ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək sə-
viyyədə  təmin  edildiyi  ölkələr  sırasında  avanqard  yerlərdən 
birini tutur. Eyni zamanda, sadalananlar belə bir proqnoz ver-
məyə  əsas  verir  ki,  ölkəmizdə  hökm  sürən  ictimai-siyasi  sa-
bitlik  uzunmüddətli  olacaq  və  perspektiv  inkişafın  qarantı 
qismində çıxış edəcək. 
Bunlarla  yanaşı, ümummilli inkişaf və milli maraqların 
təmin olunması istiqamətində siyasi iradənin nümayiş etdiril-
məsi də toxunulması zəruri olan başlıca məsələlərdəndir. Da-
xili  siyasətlə  yanaşı,  xarici  siyasət  strategiyasında  da  milli 
maraqların etibarlı müdafiəsi siyasi iradədən asılıdır. Eyni za-
manda, milli dövlətin xarici siyasət strategiyasının rasionallı-
ğı  və  praqmatikliyi  də  milli  proqresin  meyarı  kimi  səciyyə-
ləndirilir. Bu istiqamətdə milli inkişafın Azərbaycan nümunə-
sinə diqqət yetirsək, qeyd edə bilərik ki, həyata keçirilən çox-
tərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbay-
can  regionun  ən  güclü  və  suveren  aktoruna  çevrilib.  Başqa 
sözlə, həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici si-
yasət  strategiyası  Azərbaycanın  beynəlxalq  münasibətlər  sis-
teminin  nüfuz  və  güc  iyerarxiyasında  sürətli  şəkildə  irəlilə-
məsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas 
konturlarını  müəyyənləşdirən  güc  mərkəzlərinin  başlıca  isti-
nad mərkəzlərindən və strateji tərəfdaşlarından birinə çevirib. 
Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçiri-
lən  xarici  siyasət  strategiyası  bir  neçə  istiqamətdə  ölkəmizi 
nəzərə  alınan  lokomotiv  aktorlardan  birinə  çevirib.  Təsadüfi 
deyil  ki,  bu  gün  dünyanın  aparıcı  dövlətləri  və  təşkilatları 


171 
 
Azərbaycanı  Cənubi  Qafqazın  təhlükəsizlik  qarantı,  inkişaf 
mənbəyi adlandırırlar. 
Beləliklə, ilk növbədə, ölkəmiz tərəfindən reallaşdırılan 
müstəqil  və  balanslaşdırılmış  enerji  siyasəti  regionun  və  re-
gionətrafı  coğrafiyanın  enerji  təhlükəsizliyini  təmin  etməklə 
yanaşı,  Azərbaycanı  dünyanın  enerji  bazarında  aparıcı  ixra-
catçılardan  birinə  çevirib.  Bu  gün  Xəzər  hövzəsinin  bayraq-
darı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehti-
yatlarından  səmərəli  şəkildə  istifadə  etməklə,  beynəlxalq 
miqyasda  enerji  təhlükəsizliyinin  təmin  edilməsində  mühüm 
rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz 
milli  dövlətçilik  prinsiplərinə  müvafiq  olaraq,  həyata  keçiri-
lən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsin-
də miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xa-
rakterli  transmilli  layihələrin  mərkəzi  oyunçusu  qismində  çı-
xış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə  xarici  sər-
mayədarları  ilk  dəfə  dəvət  etməklə  uzunmüddətli  qarşılıqlı-
faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın işti-
rakı  olmadan  bu  gün  regionda  heç  bir  layihə  gerçəkləşdirilə 
bilməz. Bu da transmilli aktor və faktor olmaq etibarilə Azər-
baycanın  dünya  dövlətlərinin  enerji  planı  və  strateji 
əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə 
əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstün-
lüklərlə  başlıca  aktorların  –  dünyanın  aparıcı  dövlətləri  və 
transmilli şirkətlərinin uzunmüddətli perspektivdə əməkdaşlıq 
münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələr-
dəndir.  
Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici si-
yasət  strategiyası  Cənubi  Qafqazın  hərbi-siyasi  və  iqtisadi 
təhlükəsizliyinin  təmin  olunmasına  birbaşa  töhfələr  vermək-
dədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə