ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   47   48   49   50   51   52   53   54   ...   58

160 
 
ması və siyasi, hüquqi, sosial, iqtisadi, mədəni və digər sahə-
ləri  əhatə  edən  milli  inkişaf  strategiyasını  həyata  keçirməsi, 
elita transformasiyasının milli  maraqlara  və  dəyərlərə  müva-
fiq surətdə başlanmasını şərtləndirdi. Kadr siyasətində tədrici 
dəyişikliklər edildi və ümummilli inkişafa fundamental töhfə-
lər bəxş edəcək cəmiyyətdaxili dinamik subyektlərlə xüsusi iş 
həyata keçirildi. Bu istiqamətdə həyata keçirilən gənclər siya-
səti xüsusi əhəmiyyət kəsb etdi. Gənclərə dövlət səviyyəsində 
yüksək  diqqət  və  qayğının  göstərilməsi,  onların  ölkə  həyatı-
nın bütün sahələrində iştirakına əlverişli şəraitin yaradılması, 
müxtəlif sahələr üzrə xarici ölkələrdə təhsil almalarının təmin 
edilməsi kimi strateji önəm kəsb edən tədbirlər elitanın trans-
formasiyası  və  yenilənməsi  işinə  əhəmiyyətli  töhfələr  verdi. 
Bu,  sosial  stratifikasiyalaşma  prosesində  yeni-daha  dinamik 
intellektual  təbəqənin  formalaşmasını  təmin  etməklə  yanaşı, 
cəmiyyətin  inkişafının  yeni  ideya  əsaslarının  və  konseptual 
substratlarının  formalaşmasına  və  ictimai  şüurun  yenilənmə-
sinə  də  yardımçı  oldu.  Bunlarla  yanaşı,  ictimai-siyasi  və  hü-
quqi  təsisatlanma  milli  aktorların  funksionallığına  və  fəaliy-
yət  mexanizminə  əlverişli  şərait  yaratdı  və  institusional  sub-
yektlərin ictimai-siyasi palitrada normal təmsilçiliyi elita təsi-
satının transformasiyasına bilavasitə müsbət təsir etdi. Nəticə 
etibarilə, bütün bunlar milli elitanın formalaşması və transfor-
masiyasını  təmin  etməklə  yanaşı,  modern  cəmiyyət  qurucu-
luğu da sürətləndirmiş oldu. Bununla bağlı Ulu öndər Heydər 
Əliyev  demişdir:  “Azərbaycan  xalqının  milli  sərvəti  onun 
intellektual  potensialıdır,  mədəniyyətidir,  ədəbiyyatıdır. 
Biz müstəqil dövlətimizi boĢ yerdə qurmağa baĢlamamıĢ-
dıq.  Bizim  iqtisadi  potensialımız  kimi,  baĢqa  bir  sərvəti-
miz-intellektual  potensialımız  da  var.  Bunu  yaradanlar 


161 
 
var.  Bu  dahi  insanlar  Azərbaycanın  böyük  intellektual 
potensialını, mülkiyyətini yaradıblar”. 
Prezident  İlham  Əliyevin  ölkə  başçısı  kimi  fəaliyyətə 
başlaması  ilə  milli  elitanın  transformasiyasında  keyfiyyətcə 
yeni mərhələ başlandı. Prezident İlham Əliyevin bu sahədəki 
rasional  fəaliyyəti  özündə  Ulu  öndər  Heydər  Əliyevin  praq-
matik  fəaliyyətində  əsas  tutduğu  prinsip  və  meyarları  ehtiva 
etməklə  dövrün  və  şəraitin  qanunauyğunluqlarına  və  tələblə-
rinə  tam  adekvat  idi  və  bu  gün  də  həmin  kurs  uğurla  davam 
etdirilməkdədir.  Qeyd  etdiyimiz  kimi,  “Qara  qızıl”ın  insan 
kapitalına çevrilməsi bizim təcrübəmizdə, sadəcə, Ģüar de-
yil,  real  vəziyyətdir”  tezisindən  çıxış  edən  Prezident  İlham 
Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli kadr siyasəti 
sosiumda  yeni  keyfiyyət  dəyişikliklərini  şərtləndirməklə  ya-
naşı, intellektual stratifikasiyalaşma işini də sürətləndirdi. Bu-
nun ardınca bəhs edilən sahədə elitanın transformasiyası işinə 
mühüm  töhfələr  bəxş  edəcək  yeni  dövlət  proqramları  qəbul 
edildi (“Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcı-
lıq  potensialının  inkişafı”  (2006-2010),  “Gənclərin  xaricdə 
təhsil  alması,  “Avropa  təhsil  məkanına  inteqrasiya”,  “Elekt-
ron Azərbaycan” və s.) və milli intellektual inkişafın yeni ori-
yentirləri müəyyənləşdirildi. Nəticə etibarilə, rasional kadr si-
yasətinin  həyata  keçirilməsi,  milli  intellektual  təbəqənin  for-
malaşdırılması  istiqamətində  keyfiyyət  etibarilə  fundamental 
strateji tədbirlərin görülməsi milli elitanın transformasiyasına 
önəmli töhfələr verdi. 
Dolayısıyla,  milli  elitanın  transformasiyasının  təşkil  və 
təmin  olunması  intellektual  vətənpərvərlər  təbəqəsinin  işinin 
səmərəlilik  səviyyəsinin  artırılmasına  mühüm  töhfələr  bəxş 
etdi.  Bu  isə  Azərbaycanın  milli  potensialını  və  milli  gücünü 
artıran əhəmiyyətli faktor kimi dəyərləndirilməlidir.  


162 
 
7.3.  Modern  informasiya  cəmiyyətində  milli  maraq-
lar və onların müdafiəsi: Azərbaycan təcrübəsi 
 
Sosial-siyasi proseslər və bu münasibətlər sistemi çərçi-
vəsində  istifadə  edilən  mühüm  kateqoriyalardan  biri  də  milli 
maraq anlayışıdır. Milli maraq anlayışı öz strukturu etibarilə 
hər nə qədər politoloji səciyyə daşısa da, məhz bir o qədər də 
sosioloji kateqoriya  kimi çıxış edir.  Yəni fərdlərin formalaş-
dırdığı sosium-cəmiyyət bütöv bir sistem səciyyəsi daşıyır və 
burada  təşəkkül  tapmış  kompleks  mənafelər  milli  maraqlar 
kimi dəyərləndirilir.  
Modern  informasiya  cəmiyyətində  başlıca  istinad  vasi-
tələrindən  biri  olan  milli  maraqların  yeri  və  rolunu  müyyən-
ləşdirmək üçün ilk növbədə, ictimai təfəkkürdə milli maraqlar 
kateqoriyasına  toxunmaq  lazımdır.  Milli  maraqların  ictimai 
təfəkkürdə  əks  olunması  ifadəsi  sosioloji  xarakter  daşıyır, 
başqa  sözlə,  ictimai  təfəkkürdə  milli  maraq  dedikdə,  cəmiy-
yətin  ayrı-ayrı  yarımsistemlərində  (siyasi,  iqtisadi,  mədəni, 
hüquqi,  ekoloji  və  s.)  mövcud  olan  dərk  edilmiş  kompleks 
mənafelər  sistemi  nəzərdə  tutulur.  Eyni  zamanda,  milli  ma-
raqlar dedikdə, xalqın, sosiumun fundamental dəyər və  məq-
sədlərinin,  habelə  insanın,  cəmiyyətin  və  dövlətin  inkişaf  və 
tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbat-
ların məcmusu nəzərdə tutulur. 
Ümumiyyətlə,  ictimai  təfəkkürdə  dərk  edilmiş  və  milli 
dövlətlərin  strateji  konsepsiyalarında  əks  olunmuş  milli  ma-
raqlar  bir  neçə  istiqamətdə  səciyyələndirilir.  Belə  ki,  siyasi, 
iqtisadi,  sosial,  hərbi,  informasiya,  ekoloji,  elm,  mədəniyyət 
və  mənəviyyat  sahələrində  milli  maraqlar  təşəkkül  tapır  və 
ayrı-ayrı  sahələrin  qanunauyğunluqlarına  müvafiq  surətdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə