ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   43   44   45   46   47   48   49   50   ...   58

148 
 
ekstremal vəziyyətlərdə özünü büruzə verən mənəvi xüsusiy-
yətlər və keyfiyyətlərin məcmusudur. 
Vətənpərvərliyi  özünün  struktur  komponentlərinə  və 
təzahür  xüsusiyyətlərinə  görə  iki  kateqoriyada  təsnif  etmək 
olar. Şərti olaraq patriotizmin radikal və intellektual formala-
rını müəyyən edə bilərik. Prinsip etibarilə hər iki vətənpərvər-
lik  növü  milli-mənəvi  keyfiyyət  olmaqla  strateji  baxımdan 
eyni  bir  məqsədə  xidmət  edir.  Yalnız  taktiki  baxımdan 
məqsədəçatma  vasitələri  fərqlilik  təşkil  edir.  Radikal  vətən-
pərvərlər  məqsədə  çatmaq  üçün  destruktiv  vasitə  və  metod-
lara  istinad  edirlər.  İntellektual  vətənpərvərlər  isə  strateji 
məqsədlərə  çatmaq  üçün    konstruktiv,  intellektual  vasitə  və 
metodlardan istifadə edirlər. 
Bütün  bunlarla  yanaşı,  qəbul  edilən  ümumi  qənaət  bu-
dur ki, müasir beynəlxalq münasibətlər fonunda milli strateji 
məqsədlərə  çatmaq  üçün  istinad  və  istifadə  olunması  zəruri 
olan  yol  intellektual  olandır.  Bu  mənada,  Azərbaycan  da 
istisna  təşkil  etmir.  1991-ci  ildə  öz  müstəqilliyini  əldə  etmiş 
Azərbaycanda həmin ərəfədə vətənpərvərliklə bağlı çox ciddi 
institusional və qeyri-institusional problemlər mövcud idi. Bu 
da  təsadüfi  deyildi.  Çünki  uzun  illər  müstəkləmə  şəraitində 
olmuş Azərbaycanda vətənpərvərlik anlayışı anormal şəkildə 
formalaşmışdı. Bu cür patriotizmi milli vətənpərvərlik şəklin-
də xarakterizə etmək olduqca çətin idi. Çar Rusiyası dövrün-
də,  ölkəmizdə  Ümumrusiya  vətənpərvərliyi,  SSRİ  dövründə 
Sovet  patriotizmi  mövcud  idi.  Məhz  buna  görə  də  Azərbay-
candakı  və  digər  postsovet  ölkələrindəki  vətənpərvərliyin 
milli patriotizm qəlibinə salınması mümkün deyildi. Azərbay-
can eyni vətənpərvərlik hissləri ilə I və II Dünya müharibələ-
rində iştirak etdi. Və II Dünya müharibəsi Böyük Vətən Mü-
haribəsi  adlandırıldı.  Əslində,  formalaşmış  hisslər  və  müəy-


149 
 
yən  dərəcədə  də  istiqamətlər  aydın  və  eyni  olsa  da,  bu  cür 
vətənpərvərliyin milli məqsədlərə nə dərəcədə xidmət etməsi 
məsələsi  aydın  və  müəyyən  deyildi.  Əgər  ümumbəşəri 
kontekstdən  yanaşsaq,  deyə  bilərik  ki,  II  Dünya  müharibəsi 
çərçivəsində  sərgilənən  patriotizm  nümunəsini  insani  vətən-
pərvərlik kimi səciyyələndirmək olar. Çünki real təhdid mən-
bəyi  kimi  dəyərləndirilən,  digər  xalqları  aşağılayan  və 
konkret  millətin  hegemoniyasını  əsaslandırmağa  çalışan 
faşizm ideya-siyasi istiqaməti mövcud idi, ona görə də, buna 
qarşı mübarizə çərçivəsində sərgilənən patriotizm ümumbəşə-
ri vətənpərvərlik kimi  səciyyələndirilə bilərdi. Amma burada 
da  konkret  olaraq  milli  maraqlar  nöqteyi-nəzərindən  bu  cür 
vətənpərvərliyin  nə  dərəcədə  doğru  və  məqsədyönlü  olduğu-
nu söyləmək bir qədər çətindir.  
 Bütün  bunların  fonunda  diqqət  yetirilməli  olan  xüsusi 
məsələ  müstəqilliyin  əldə  olunmasından  sonrakı  ərəfədə 
mövcud olan real sosial-siyasi vəziyyət çərçivəsindəki vətən-
pərvərliyin  təzahür  xüsusiyyətləridir.  Azərbaycanda  milli 
patriotizmin rüşeymləri 1988-ci ildən, daha da dəqiqləşdirsək
siyasi  tariximizə  “Dirçəliş”  hərəkatı  kimi  daxil  olan  17 
noyabr  1988-ci  il  hadisələri  ilə  öz  təcəssümünü  tapmış  oldu. 
Belə  bir  şəraitdə  imperiyanın  dəstəyi  ilə  Azərbaycana  qarşı 
qaldırılan  ərazi  iddialarının  daha  da  güclənməsi,  bunun 
ardınca  isə  Dağlıq  Qarabağda,  Əsgəranda  ermənilərin  törət-
dikləri  hadisələr,  200  mindən  çox  azərbaycanlının  Ermənis-
tandan  deportasiya  edilməsi,  Dağlıq  Qarabağdakı  təxribat  və 
iğtişaşların  şiddətlənməsinin  fonunda  bütün  bunlara  qarşı 
ümumi  bir  etiraz  formalaşdı.  Bu  etiraz  dalğası  isə  vətənpər-
vərlik hissi ilə müşayiət olundu. Amma maraqlısı və önəmlisi 
budur  ki,  bu  vətənpərvərlik  Sovet  patriotizmini  xatırladırdı. 
Ona görə milli mənəviyyatın struktur elementi qismində çıxış 


150 
 
edən vətənpərvərliyin tam olaraq milli səviyyə və formada tə-
zahür  etməsi  üçün  müəyyən  ideoloji-maarifçilik  bazasından, 
institusional resurslardan səmərəli istifadə edilməsi lazım idi. 
Bu isə patriotizmin milli qəlibə salınmasını təmin edəcəkdi.  
Bu  mərhələdə  təzahür  edən  vətənpərvərlik,  hətta  milli 
birliyin təmin olunmasına və milli məqsədlərə çatmağa mane 
olurdu. Çünki bu dövrdə radikal meyillər güclənmişdi. Amma 
dərk olunması vacib olan məqam budur ki, o dövrdə radikal, 
destruktiv  üsullarla  milli  məqsədlərə  çatmaq,  ümummilli 
maraqları təmin etmək nəinki çətin idi, hətta mümkün deyildi. 
Təəssüf ki, həmin dövrdə baş qaldıran vətənpərvərlik xaotik, 
nizamsız,  radikal  və  qeyri-müəyyən  olmaqla  yanaşı,  həm  də 
milli  məqsədlərə  xidmət  etməyən  patriotizm  idi.  Məsələ 
bundadır  ki,  vətənpərvərlik  ümumi  anlayış  kimi  kütləvi 
səciyyə daşıyırdı, amma eyni zamanda, hərəkatda iştirak edən 
liderlərdə kütləni yönləndirmə mexanizmində ciddi çatışmaz-
lıqlar  mövcud  idi.  Hətta  demək  olar  ki,  həmin  ərəfədə  milli 
düşüncədə və idrakda mövcud olan böhran meyilləri intellek-
tual patriotizmin dərk  olunmasına  mane olurdu. Baxmayaraq 
ki,  o  dövrdə  ölkəmizdə  Azərbaycana  qarşı  qaldırılan  ərazi 
iddialarının daha da güclənməsinə, Dağlıq Qarabağda, Əsgə-
randa  ermənilərin  törətdikləri  hadisələrə,  200  mindən  çox 
azərbaycanlının Ermənistandan deportasiya edilməsinə, Dağ-
lıq Qarabağdakı təxribat və iğtişaşların şiddətlənməsinə qarşı 
duracaq  əhəmiyyətli  potensial  mövcud  idi,  amma  milli 
məqsədlərin  təmin  olunması  naminə  milli  enerjidən,  vətən-
pərvərlik amilindən istifadə edəcək liderlər yox idi. Qısacası, 
həmin ərəfədə ortaya çıxmış milli enerjinin düzgün istiqamət-
ləndirilməməsi  vətənpərvərliyin  səmərəli  milli  həmrəylik  və 
inkişaf mənbəyinə çevrilməsinə mane oldu. Beləliklə, xalqla-
rın  milli  azadlıq  mücadilələri  fonunda  ortaya  çıxan  milli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə