ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

145 
 
hökuməti  və  xalqı  arasında  nifaq  yarada,  hökuməti  xalqın 
dəstəyindən  məhrum  edə  bilər.  Beləliklə,  həmin  ölkəni 
zəiflədərək yaranmış durumdan öz məqsədləri üçün faydalana 
bilər. Dolayısı ilə, xalqın hökuməti qəbul etməsi və dövlətçi-
liyi mənimsəməsi, özünü dövlətin bir hissəsi kimi hiss etməsi
öz  siyasi  iradəsini  sərbəst  ifadə  edə  bilməsi  həmin  ölkənin 
gücü  baxımından  üstünlük  hesab  edilir.  Xalqın  dövlətdən 
uzaqlaşdırılması,  dövlətin  legitimlik  mübahisəsinə  cəlb  edil-
məsi,  ölkə  daxilində  dərin  sinfi  və  sosial  fərqlərin  olması 
həmin ölkənin müstəqil xarici siyasət yeritməsinə mənfi təsir 
göstərir. Daxildə böyük bir ictimai müxalifətlə üz-üzə qalan, 
eyni  zamanda,  etnik,  dini  və  digər  sosial-iqtisadi  səbəblərə 
görə bölünmüş müxtəlif sinif və qrupların təzyiqi altında olan 
siyasi iqtidar, həmişə bir xarici dəstəyə ehtiyac duyduğu üçün 
həmin  dövlət  və  ya  dövlətlərin  təsiri  altında  qaldığından 
müstəqil siyasət yeridə bilməz.  
Milli güc, yaxud potensialın elementlərindən milli xüsu-
siyyət  və  milli  mənəviyyat  qiymətləndirmə  baxımından  başa 
düşülməsi  ən  çətin  olanlardır.  Milli  xüsusiyyət  dedikdə,  bir 
millətin  xarakterində  tez-tez  özünü  göstərən  intellektual  və 
özünəməxsus keyfiyyətlər sahəsi nəzərdə tutulur. Bu keyfiy-
yətlər bir millətin başqalarından fərqinin göstəricisidir və on-
lar ən mürəkkəb kataklizmlərdən sonra belə öz mövcudluğu-
nu qorumaq gücünə malikdir. Hər hansı millətin birinin digə-
rindən nə qədər güclü olduğunu müəyyənləşdirmək istəyənlər 
mütləq  milli  xarakter  fərqini  də  nəzərə  almalıdırlar.  Bu,  ilk 
baxışda,  bir  qədər  aldadıcı  görünsə  də,  mütləq  lazımdır. 
Çünki  bunu  hesaba  almadan  verilən  proqnozlar  və  həyata 
keçirilən siyasət nəticə etibarilə səhvlərə gətirib çıxara bilər. 
Başqa  sözlə,  istər  müharibə,  istərsə  də  sülh  şəraitində 
millət  adından  iş  görənlər,  yəni  milli  siyasəti  formalaşdıran-


146 
 
lar, onu həyata keçirənlər və dəstəkləyənlər, seçənlər və seçi-
lənlər, ictimai rəyi formalaşdıranlar, istehsalçılar və istehlak-
çılar və b. – bu insanların hamısı milli xarakteri meydana gə-
tirən intellektual və mənəvi keyfiyyətlərin daşıyıcıları olduq-
ları üçün milli xarakter milli gücün necəliyinə təsir edir. Mə-
sələn, rusların zor işlətməyi sevmələri və inadcıllıqları, ame-
rikalıların  fərdiyyətçilikləri  və  ünsiyyətcillikləri,  almanların 
qanunpərəstliyi və qənaətcilliyi, həmin millətlərin, yaxud on-
ları təmsil edən fərdlərin iştirak etdiyi hər hansı bir tədbirdə 
mütləq  özünü  büruzə  verən  xüsusiyyətlərdir.  Beləliklə,  təbii 
ki,  milli  xarakter  həmin  millətin  dövlət  institutlarında  da  öz 
əksini  tapır.  Məsələn,  milli  xarakterinə  uyğun  olaraq  alman, 
rus,  amerika  və  ingilis  hökumətlərinin  həyata  keçirdikləri, 
tutalım  ki,  xarici  siyasət,  əlbəttə,  keyfiyyətcə  mütləq  bir-
birindən fərqli olacaqdır. 
Həmçinin,  bəzi  araşdırmaçılar  tərəfindən  siyasi  mədə-
niyyət kimi də qiymətləndirilən və eyni şəkildə aldadıcı, işti-
rakı  olmayan  kimi  görünən,  ancaq  milli  gücə  təsir  baxımın-
dan heç də digər faktorlardan geri qalmayan başqa bir faktor 
da  milli  mənəviyyatdır.  Milli  mənəviyyat  bir  millətin  xarici 
siyasətində  təzahür  edən  müharibəpərəst,  yaxud  sülhpərvər 
siyasətin  həyata  keçirilməsinə  dəstək  olan  iradə  dərəcəsidir, 
milli mənəviyyatın varlığı və ya yoxluğu, daha doğrusu, milli 
mənəviyyatın  keyfiyyəti,  hər  şeydən  öncə,  millətin  ən  çətin 
anlarında,  yaxud  bir  millətin  öz  varlığını  sürdürməklə 
əlaqədar  olan  həlledici  qərarların  qəbul  edildiyi  məqamlarda 
fövqəladə əhəmiyyət daşıyır.  
Hər bir millətin milli mənəviyyatı, müəyyən bir nöqtəyə 
qədərdir və o nöqtədən sonra düşkünlüyə məruz qalır. Ancaq 
düşkünlük  nöqtəsi  ayrı-ayrı  millətlər  üçün  ayrı-ayrı  şərtlər 
altında  olur.  Məsələn,  bəzi  millətlər  müharibədə  geniş 


147 
 
miqyasda və əhəmiyyətsiz itkilər verdikdə mənəvi düşkünlü-
yə məruz qalır, bəzi millətlər əhəmiyyətli, lakin müharibənin 
sadəcə bir mərhələsi olan məqamda milli-mənəvi düşkünlüyə 
qapılır  və  s.  Bəzi  millətlərin  mənəviyyatı  isə  hökumətin  pis 
idarəçiliyi,  yoxsulluq,  sıxıntı,  müharibədə  ümidsizlik  kimi 
hallarda düşkünlüyə məruz qalır və ya ancaq müəyyən qədər 
aşınır. 
Ümumilikdə, bir millətin mənəviyyatı daha çox mühari-
bə olduğu zaman özünü qabarıq büruzə versə də, hər hansı bir 
beynəlxalq  problemlə  üzləşdikdə  də  milli  mənəviyyat  böyük 
əhəmiyyət  qazanır.  Tutaq  ki,  bir  millətin  müəyyən  bir 
təbəqəsi  özünü  əhalinin  digər  təbəqələrindən  siyasi,  iqtisadi, 
sosial, hüquqi və s. baxımlardan zəif mövqeyə sıxışdırıldığını 
düşünür. Belə olan halda, həmin təbəqədə get-gedə milli-mə-
nəvi  aşınma  başlayacaq  və  vətənpərvərlik  hissi  azalacaqdır. 
Nəticə etibarilə, bu təbəqə milli hökumətin siyasətini dəstək-
ləməməklə  onu  zəiflədəcəkdir.  Bununla  da  daxili  siyasətdə 
müəyyən  anlaşılmazlıqlara  yol  açmaqla  xarici  siyasəti  də 
tələb olunan ümumxalq dəstəyindən məhrum edəcək. Bu isə, 
əlbəttə, arzuolunmazdır. 
Beləliklə,  milli  mənəviyyatın  ilk  baxışda  fərq  edilməsə 
də,  milli  gücün  formalaşmasında  hansı  əhəmiyyətə  malik 
olması göz önündədir.  
Bütün bunların fonunda milli gücün mənəvi ünsürlərinin 
qiymətləndirilməsi  zamanı  patriotizm  də  xüsusi  araşdırma 
obyektinə  çevrilməlidir.  Əlbəttə  ki,  vətənpərvərlik  kateqori-
yası  ümumi  anlayışdır.  Vətənpərvərliyin  mahiyyətini  və  sər-
hədlərini  müəyyənləşdirmək  üçün  daha  dəqiq  anlayış  və  ifa-
dələrdən istifadə etmək lazımdır. Bu kontekstdə vətənpərvər-
lik bir xalqın uzun müddət ərzində mənəvi keyfiyyətlərindən 
doğan,  onun  davranışlarında  müşahidə  olunan,  normal  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə