ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   50   51   52   53   54   55   56   57   58

172 
 
təşkilatları  Azərbaycanı  Cənubi  Qafqazın  təhlükəsizlik 
qarantı  və  inkişaf  mənbəyi  adlandırırlar.  Təkcə  onu  demək 
kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir 
strateji  əməkdaşlıq  platforması  gerçəkləşdirilmir.  Gerçəkləş-
dirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində 
məhz Azərbaycan çıxış edir və sözügedən layihə Cənubi Qaf-
qazın  təhlükəsizlik  sisteminin  strateji  korreksiyasında  əhə-
miyyətli  faktor  kimi  dəyərləndirilir.  Eyni  zamanda,  məhz  bu 
cür  layihələr  ölkəmizin  milli  maraqlarına  adekvat  olmaqla 
bərabər,  Azərbaycanın  suverenlik  səviyyəsini,  heç  kimdən 
asılı olmadığını da təsdiq edir... 
Beləliklə,  sadalananlardan  belə  bir  qanunauyğun  və 
məntiqi  nəticəyə  gəlmək  olur  ki,  Azərbaycanın  beynəlxalq 
münasibətlər  sistemində  mövqeyi  getdikcə  güclənməkdədir. 
Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmi-
zi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstə-
qil  xarici  siyasət  yürüdən  milli  dövlətlərin  etibarlı  strateji 
tərəfdaşına çevirib. 
İqtisadi  sahədə  milli  maraqlara  isə  iqtisadi  potensialın 
artırılması, bazar iqtisadiyyatının inkişafı, onun hüquqi  əsas-
larının  təkmilləşdirilməsi,  iqtisadi  sabitliyin  təmin  olunması, 
iqtisadiyyatın  inkişafı  üçün  daxili  və  xarici investisiyalardan 
ötrü  əlverişli  şəraitin  yaradılması,  təbii  və  maddi  sərvətlərin 
qorunması  və  səmərəli  istifadə  edilməsi,  regional  və  dünya 
bazarlarının formalaşdırılmasında və fəaliyyət göstərməsində 
azad  və  bərabərhüquqlu  iştirakın  təmin  edilməsi  və  s.  daxil-
dir. 
Bununla yanaşı, iqtisadi inkişaf strategiyasının effektiv-
liyi  də  milli  tərəqqinin  növbəti  komponenti  kimi  çıxış  edir. 
Faktdır  ki,  bu  gün  Azərbaycan  dünya  miqyasında  ən  sürətlə 
inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu 


173 
 
inkişafın  əsasında  isə  uğurla,  uzaqgörənliklə  reallaşdırılan 
daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əli-
yevin  müəyyənləşdirdiyi  strateji kursun Prezident İlham  Əli-
yev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi bugün-
kü ümummilli inkişafın fundamental təminatçı faktorunu təş-
kil edir. Reallaşdırılan rasional iqtisadi strategiyanın fonunda 
müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nə-
ticələrin əldə olunması, kompleks səciyyəli iqtisadi islahatla-
rın  həyata  keçirilməsi,  iqtisadi  subyektlərin  fəaliyyət  mexa-
nizminə  əlverişli  şəraitin  yaradılması,  digər  bu  kimi  isti-
qamətlər  dövlətimizin  qarşısında  duran  prinsipial  öhdəlikləri 
təşkil edir. Eləcə də Azərbaycan dövləti bütün bu vəzifələrin 
öhdəsindən  layiqincə  gələrək,  ümummilli  inkişafı  ən  yüksək 
səviyyədə təmin edir. 
Qeyd  etmək  lazımdır  ki,  Prezident  İlham  Əliyevin  rəh-
bərliyi ilə həyata keçirilən rasional iqtisadi strategiya özündə 
millətin,  dövlətin  mənafeyinə  cavab  verən  ən  ali  prinsipləri 
və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsi-
dir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli in-
kişaf tendensiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 
Vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırıl-
ması,  sosial  müdafiə  və  təminat  sisteminin  gücləndirilməsi, 
sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret 
faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. 
Qarşıda duran bütün sosial proqramların və infrastruktur layi-
hələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl 
olaraq  yüksəldilməsi  kimi  zəruri  və  təxirəsalınmaz  tədbirlər 
də milli inkişafa təkan verməkdədir. 
Əlbəttə ki, bütün bunlar ona dəlalət edir ki, Azərbayca-
nın müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə da-
şıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olma-


174 
 
yan  iqtisadi  siyasət  yürüdür  ki,  bu  da  inkişafın  fundamental 
komponenti  kimi  çıxış  edir.  Bunun  başlıca  göstəricisidir  ki, 
güclü  iqtisadiyyata  malik  olan  inkişaf  etmiş  dövlətlərin 
əksəriyyətinin  ciddi  itkilərə  məruz  qaldığı  bir  dövrdə-
beynəlxalq  böhran  şəraitində  Azərbaycan  iqtisadiyyatı  öz 
dayanıqlılığını  qorudu.  Belə  ki,  statistik  göstəricilərə  nəzər 
yetirdikdə  məlum  olur  ki,  dünya  iqtisadiyyatının  resessiya, 
bəzən  isə  “slump”  adlandırılan  işgüzar  aktivliyin  kəskin  
azalması  və  daralması  ilə  müşayiət  olunan  böhran  dövründə 
Azərbaycan iqtisadiyyatı krizisin fəsadlarından çox cüzi təsir-
lənib.  Bu  da  səbəbsiz  deyil.  Dünyanın  iqtisadi  nəhənglərinin 
çox ciddi itkilərlə üzləşdiyi bir mərhələdə Azərbaycan höku-
mətinin  operativ  antiböhran  tədbirləri  sayəsində  ölkəmiz 
qlobal  maliyyə  böhranına  qarşı  yüksək  dayanıqlılıq  nümayiş 
etdirdi. Düzdür, Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiy-
yata  açıq  olması  və  inteqrasiyası  dünya  maliyyə  böhranının 
ölkəmizin  iqtisadiyyatına  da  müəyyən  qədər  təsir  etməsinə 
səbəb olub. Amma neft gəlirlərinin səmərəli idarə edilməsi və 
strateji  valyuta  ehtiyatlarının  formalaşdırılması,  həmçinin, 
konservativ xarici borclanma strategiyası, iqtisadiyyatın şaxə-
ləndirilməsi  və  qeyri-neft  sahələrinin  inkişafı,  regionların  ta-
razlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa 
dövlət  dəstəyi  kimi  fundamental  tədbirlər  ölkəmizdə  iqtisa-
diyyatın sabit artım tempinin davam etməsini şərtləndirib. Bu 
isə nəticə etibarilə ÜDM-in, xarici ticarət dövriyyəsinin müs-
bət saldosunun, əhalinin gəlirlərinin və investisiya qoyuluşla-
rının artmasını təmin edib. 
Yuxarıda  sadalanan  fundamental  tədbirlərlə  yanaşı, 
dövlətin  maliyyə-büdcə  siyasətinin  effektiv  səviyyədə  təmin 
olunması, valyutanın sabitliyi, strateji valyuta ehtiyatlarından 
səmərəli  istifadə,  inflyasiyanın  idarə  olunan  səviyyədə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə