ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   35   36   37   38   39   40   41   42   ...   58

123 
 
yanaşan Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqil 
Azərbaycan  dövlətinin  əsas  ideyası  azərbaycançılıqdır. 
Hər  bir  azərbaycanlı  öz  milli  mənsubiyyətinə  görə  qürur 
hissi  keçirməlidir  və  biz  azərbaycançılığı-Azərbaycan 
dilini,  mədəniyyətini,  milli-mənəvi  dəyərlərini,  adət-ən-
ənələrini  yaĢatmalıyıq...  azərbaycanlılar  harada  yaĢama-
larından asılı olmayaraq daim öz  milli,  mənəvi dəyərləri-
nə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı bir-
ləĢdirən,  həmrəy  edən  azərbaycançılıq  ideyasıdır,  azər-
baycançılıqdır.  Azərbaycan  dövləti  müstəqilliyini  əldə 
edəndən  sonra  azərbaycançılıq  aparıcı  ideya  kimi  həm 
Azərbaycanda,  həm  də  bütün  dünyada  yaĢayan  bütün 
azərbaycanlılar  üçün  əsas  ideya  olub.  Azərbaycançılıq  öz 
milli  mənsubiyyətini,  milli-mənəvi  dəyərlərini  qoruyub 
saxlanması, eyni zamanda, onların ümumbəĢəri dəyərlərlə 
sintezindən,  inteqrasiyasından  bəhrələnməsi  və  hər  bir 
insanın inkiĢafının təmin olunması deməkdir”. 
Digər  tərəfdən,  azərbaycançılıq  ideologiyası  isə  özündə 
ehtiva etdiyi təməl prinsiplərə görə liberalizmlə mühafizəkar-
lığın  bir  sıra  prinsiplərindən  ibarət  olan  neokonservatizm  ilə 
sıx bağlıdır. Akademik Ramiz Mehdiyev “Yeni siyasət: inki-
şafa doğru” kitabında yazır ki, azərbaycançılıq coğrafi məkan 
baxımından neokonservatizmin milli variantı, onun prinsip və 
ideyalarının  Azərbaycanın  konkret  şəraitində  təcəssümüdür: 
Metodoloji  prinsip  baxımından-ümuminin  və  xüsusinin, 
yəni  birincinin  və    ikincinin  nisbəti  baxımından  azərbay-
cançılıq  ikinci  kimi  çıxıĢ  edir.  Azərbaycançılıq  və  neo-
konservatizm  bir-birini  zənginləĢdirərək  vahid  tam  kimi 
çıxıĢ edirlər. Buna görə də, azərbaycançılığın milli ideolo-
giya  kimi  qəbul  edilməsi  ölkəmizin  sivilizasiyalı  dövlətlər 
sırasına daxil olması, ümumdünya oriyentirləri və  meyil-


124 
 
ləri  kontekstində  daha  uğurlu  inkiĢafı  üçün  möhkəm  zə-
min  yaradır.  Neokonservatizm  və  azərbaycançılıq  öz 
ləyaqətini  itirməmiĢ  xalqın  sağlam  düĢüncəsinə,  zəkasına 
eyni  dərəcədə  söykənir.  Bu  mənada  vətənpərvərlik  öz 
vətəninə,  ölkəsinə,  xalqına  məhəbbət  deməkdir  və  onun 
Ģovinizm  ilə,  milli  müstəsnalıq  və  etnoeqoizm  ilə  heç  bir 
əlaqəsi  yoxdur.  Əsrlərin,  minilliklərin  dərinliklərindən 
gələn  ənənəyə  mənsubluq  bizim  mədəniyyətimiz  kimi  qə-
dim  mədəniyyət  üçün  dövlətçiliyin  əsasını,  bütün  vətən-
daĢların rifahı naminə dövlətin mövcudluğunun və inkiĢa-
fının  əsasını  təĢkil  edir.  Məhz  buna  görə  zəngin  keçmiĢi 
olan dövlət  fərdi və ya qrup mənafelərinin mexaniki məc-
musunun  ifadəsi  deyildir,  əksinə,  bütün  cəmiyyətin  ali 
mənafelərinin  təcəssümüdür.  O  mənafelərin  ki,  vətəndaĢ 
onların  naminə  təkcə  öz  mülkiyyətini  deyil,  həm  də 
həyatını qurban verməyi bacarmalıdır” 
 
6.3.  Milli  ideologiya  vətəndaĢ  həmrəyliyi  və  ictimai 
ahəngdarlığı təmin edən vasitədir 
 
Dövlətçilik tarixini öyrənən alim və tədqiqatçıların ortaq 
qənaəti  bundan  ibarətdir  ki,  hər  bir  dövlətin  ərazi,  iqtisadi, 
milli  əsasları  olduğu  kimi,  ideoloji  əsasları  da  olmalıdır. 
İdeoloji  əsasları  olmayan  dövlət  tarixi  təcrübədə  çox  nadir 
hallarda  rast  gəlinən  bir  hadisədir.  İdeoloji  əsasları  olmayan 
dövlətin  uzunömürlülüyü  və  varisliliyi  də  həmişə  şübhə 
doğurmuşdur.  Bu,  bir  həqiqətdir  ki,  ideologiyası  olmayan 
dövlətlər  tarix  səhnəsində  müəyyən  dövr  ərzində  funksional 
vahid kimi  mövcud olsalar  da,  milli  maraqları uzunmüddətli 
təmin  edə  bilməmiş  və  tarixin  səhnəsindən  silinmişlər.  Bu 
mənada,  əgər  dövlətçilik  və  milli  ideologiyadan,  dövlətçilik 


125 
 
və  milli  maraqlardan  danışırıqsa,  burada  mütləq  milli 
ideologiya olmalıdır. Çünki hər şeydən öncə, milli ideologiya 
vətəndaş  həmrəyliyini,  ümummilli  həmrəyliyi  və  ictimai 
ahəngdarlığı  təmin  edən  başlıca  mənəvi  substratdır.  Eyni 
zamanda,  ideologiya  milli-mənəvi  identikliyi  də  təmin  edən 
vasitədir.  Əgər  ideologiya  bu  qədər  zəruri  bir  vasitədirsə, 
onun  cəmiyyətdə  olmaması  cəmiyyətin  əsas  atributlarından 
birinin  olmaması  deməkdir.  Bu  isə  heç  şübhəsiz,  həmin 
cəmiyyətin  inkişafına  əngəl  törətməklə,  ciddi  maneələr 
yaratmaqla  cəmiyyətin  üst  qurumu  adlandırılan  və  sosial 
sifarişindən  yaranan  dövlətin  də  uzunömürlü  və  varisli 
olmasına mənfi təsir edir. 
Ona  görə  də,  əgər  milli  dövlətdən  danışırıqsa  və  milli 
dövləti  beynəlxalq  münasibətlər  sisteminin  əsas  aktoru  kimi 
səciyyələndiririksə, eyni zamanda, milli dövləti milli iradənin 
təmsilçisi  kimi  təqdim  ediriksə,  milli  dövləti  hər  bir  xalqın, 
yaxud  millətin  siyasi  təşkilatlanması  kimi  görürüksə,  mütləq 
milli  ideologiyanı  da  dediyimiz  institutlaşmanı  təmin  edən 
vasitə  kimi  görməliyik.  Əks  təqdirdə,  dövlətin  yaşaması 
sadəcə  olaraq,  mümkün  deyil.  Ona  görə  də,  tarixən  qurulan 
bütün dövlətlər, ilk növbədə, ideologiya axtarışında olublar. 
Ötən  əsrin  80-ci  illərinin  sonu  90-cı  illərinin  əvvəlində 
baş  verən  proseslər  zamanı  Sovet  imperiyasının  iqtisadi-
siyasi  əsasları  ilə  bərabər,  ideoloji  dayaqları  da  çökdü.  Ona 
görə  də,  həmin  dövrdə  postsovet  məkanında  meydana  çıxan 
milli  aktorlar  yaşamaları  üçün  hər  nə  qədər  iqtisadi,  milli, 
intellektual  əsaslar  axtarışına  başladılarsa,  bir  o  qədər  də 
ideoloji  axtarışlar  etməyə  başladılar.  Çünki  xalq  intuitiv 
olaraq, siyasətçilər isə  şüurlu olaraq başa düşürdülər  ki, əgər 
milli  aktorun  mövcud  inzibati-siyasi  sərhədləri  içərisində 
hegemon  bir  birləşdirici  ideoloji  vasitə  olmasa,  milli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə