ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

110 
 
deyil, həm də ayrı-ayrı cəmiyyətlərdə müxtəlif stratifikasiya-
ların  nümayəndələrinin  şüurunun  hakiminə  çevrilməyə  nail 
olmaqdır. Kütləyə yönəlmiş mədəni imperializm siyasəti çər-
çivəsində  daha  çox  ideoloji  təsir  metodlarından  istifadə 
edilməkdədir.  Konkret  bir  cəmiyyətin  həyat  tərzinin  təbliğ 
edilməsi,  milli  PR  sisteminin  formalaşdırılması  kimi  istinad 
edilən vasitələr kütləyə  yönəlik mədəni imperializm siyasəti-
nin struktur elementləri qismində çıxış edir. Son  məqsəd isə, 
təbii ki, idarəedilən kütlənin və yaxud stratanın formalaşdırıl-
masıdır.  
Qeyd  etdiyimiz  kimi,  ayrı-ayrı  ölkələrin  intellektual 
nümayəndələrinə, elitaya qarşı istiqamətlənmiş mədəni impe-
rializm siyasəti kontekstində xüsusi ideoloji vasitə və metod-
lardan  istifadə  olunur.  İlk  növbədə,  ölkələrin  milli  siyasətinə 
qarşı  xüsusi  təsir  mexanizmi  formalaşdırılır,  bunun  fonunda 
isə ölkəyə rəhbərlik edən elitanın (hakim elita) və kontrelita-
nın, eyni zamanda, sosiumun ayrı-ayrı stratalarını təmsil edən 
subyektlərin  təfəkkürünə  və  fəaliyyətinə  təsir  mexanizmləri 
formalaşdırılır. 
Nəticə  etibarilə,  mədəni  imperializm  infoimperializmin 
sütunu  qismində  çıxış  etməkdə  və  ən  yeni  imperializmin 
mənəvi  substratı  kimi  səciyyələndirilməkdədir.  Qeyd  etmək 
lazımdır  ki,  II  Dünya  müharibəsinə  qədərki  tarixi  dövrdə 
mədəni  imperializm  yeni  imperializmin  aktual  istinad  pred-
meti olmuş və milli dövlətlərə intellektual təsir mexanizminin 
əsası  qismində  çıxış  etmişdir.  Lakin  qeyd  etdiyimiz  kimi, 
SSRİ-nin fiaskosu ilə meydana çıxmış yeni dünya düzəninin 
fonunda mədəni imperializm arxa plana keçmiş və imperialist 
güclər  infoimperializm  strategiyasını  aktuallaşdırmışlar.  Bü-
tün bunların fonunda belə bir analitik qənaət ifadə etmək olar 
ki,  infoimperializmin  intellektual  nöqteyi-nəzərdən  strateji 


111 
 
əsaslarını mədəni imperializm təşkil edir və bu, xüsusi strateji 
yardımçı vasitə kimi səciyyələndirilə bilər.
 


112 
 
VI FƏSĠL 
 
Ġnfoimperializmə qarĢı mübarizə 
mexanizmləri: ideoloji və 
institusional vasitələr 
 
6.1.  Ailə  institutu    infoimperializmə  qarĢı  mübarizə 
prosesində baĢlıca strateji vasitə kimi 
 
Müxtəlif strateji problemlər çərçivəsində analitik tədqi-
qat  obyektinə  çəkdiyimiz  infoimperializmdən  bəhs  edərkən, 
toxunulması zəruri olan məsələlərdən biri də ən yeni imperia-
lizmə qarşı mübarizə mexanizmlərinin düzgün müəyyənləşdi-
rilməsidir.  Şübhəsiz,  “qlobal  imperatorluğun”  ideoloji  silahı 
olan  infoimperializmlə  mübarizə  olduqca  mürəkkəb  səciyyə 
daşıdığından,  ilk  növbədə,  mücadilə  vasitələri  və  mexa-
nizminin düzgün müəyyənləşdirilməsi lazımdır. Bəzi hallarda 
bir  çox  araşdırmaçılar  imperializmlə  mübarizədə  iqtisadi  və 
siyasi mexanizmləri önə çəksələr də, son nəticədə bu vasitələr 
kifayət qədər səmərəli olmur, hətta “bumeranq” effekti ortaya 
çıxa  bilir.  Zənnimizcə,  infoimperializmlə  mübarizə  prosesi-
nin, ilk növbədə, institusional əsasları formalaşdırılmalı, daha 
sonra ideoloji vasitələrə istinad edilməlidir. 
Mübarizə prosesində ən effektiv institusional və ideoloji 
vasitələr  kimi  milli  həmrəylik  və  bütövlüyün  universal  ideo-
loji  formulası  olan  milli  ideologiya  və  sosial  münasibətlər 
sisteminin  ahəngdar  nizamlayıcı  mexanizmi  qismində  çıxış 
edən ailə institutu səciyyələndirilə bilər. 
Beləliklə,  infoimperializmə  qarşı  mübarizədə,  ilk  növ-
bədə,  fundamental  sosial  institut  qismində  çıxış  edən  ailə 


113 
 
institutunun rol və əhəmiyyətinə toxunmaq lazımdır. Məlum-
dur  ki,  ailə  sosial  institut  olmaq  etibarilə  öz  strukturuna  və 
mahiyyətinə  görə  unikal  ictimai  təsisatdır.  Başqa  sözlə,  ailə 
həm şəxsiyyətlərarası münasibətləri tənzimləyən, həm də bü-
tövlükdə  sosiumda  nizamlayıcı  mexanizm  qismində  çıxış 
edən,  bütün  stratalarda  aktiv  və  passiv  əlaqələrə  təsir  edən 
avanqard sosial institutdur. Məhz buna görə də, bir sıra araş-
dırmaçılar  ailə  institutunu  ayrıca  yarımsistem  kimi  səciyyə-
ləndirirlər. 
Ümumiyyətlə,  infoimperializmlə  mübarizədə  ailə  insti-
tutunun  sosial  əhəmiyyətindən  bəhs  edərkən  qeyd  etmək  la-
zımdır ki, bu təsisat sosial identikliyin ən güclü olduğu qurum 
kimi  çıxış  etdiyindən  onun  əsaslarının  möhkəmləndirilməsi 
sosiumun  substratlarının  güclənməsinə  xidmət  edir.  Çünki 
infoimperializmlə  mücadilə  çərçivəsində  milli  identikliyin 
təmin  olunması  başlıca  vəzifədir  və  bu  vəzifənin  yerinə 
yetirilməsini  mümkün  edən  başlıca  institusional  vasitələrdən 
biri identikliyin ən güclü olduğu ailə təsisatıdır. 
Doğrudur,  bir  sıra  sosial-strateji  araşdırma  mərkəzləri 
modern  informasiya  cəmiyyətində  ailə  institutunun  dayaq-
larının zəiflədiyini iddia etməkdədirlər. Hətta iddia olunur ki, 
ailə  təsisatının  əsasları  mədəni  imperializmin  təsiri  altında 
sarsılmışdır, deqradasiyaya uğramışdır və bu institut ayrı-ayrı 
yarımtəsisatlara  bölünmüşdür.  Əlbəttə  ki,  bu  iddiaların 
doğruluğunu təsdiqləmək olmaz, çünki müasir dövrdə sosium 
tipindən  asılı  olmayaraq,  hər  bir  cəmiyyətdə  ailə  institutu 
başlıca funksional vahid kimi çıxış edir, hətta ictimai münasi-
bətlər  kontekstində  unikal  sosial  qrup  kimi  səciyyələndirilə 
bilər.  Məlum  olduğu  kimi,  bir  müddət  öncə  iddia  edilirdi  ki, 
sənaye cəmiyyətinə  keçid ailə institutunun perspektivini sual 
altına  alır.  Hətta  bu  təsisatı  əvəzləyəcək  yeni  institutların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə