ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

101 
 
ala  bilir.  İkincisi,  milli  dövlətlərin  suverenliyi  zəifləməklə 
yanaşı,  həm  də  milli  dəyərlər  sıradan  çıxır,  ümumbəşəri 
dəyərlərdən  ibarət  olan  infokulturoloji  piramida  formalaşır. 
Bununla  da  mədəniyyətlərin  və  sivilizasiyaların  inteqrasiyası 
adı verilən asimmetrik uzlaşma baş verir və homosivilizasiya 
təşəkkül tapır. Üçüncüsü, infoindustriyanın inkişaf etdirilməsi 
üçün informasiya bazarları uğrunda aparılan savaşlar və bun-
ların fonunda təzahür olunan qeyri-sağlam rəqabət transmilli 
media strukturlarının bu işə cəlb olunması ilə qara piar və in-
formasiya  müharibəsini  kəskinləşdirir.  Yeni  növ  sərmayə 
kimi  çıxış  edən  informasiya  xalq  hakimiyyətini  ikinci  plana 
keçirir,  artıq  infokratiyanın  (informasiya  hakimiyyəti)  hege-
monluğunu  təmin  edir.  Bu  isə  milli  dövlətlərin  suverenliyini 
zəiflədir, eləcə də xalqlararası mübarizə və əməkdaşlığa əsas-
lanan  beynəlxalq  münasibətlərdə  qeyri-ahəngdar  proseslərin 
meydana çıxmasına səbəb olur. 
Nəticə  etibarilə,  infoqloballaşma  ən  yeni  imperializmin 
struktur  komponenti  olmaqla  yeni  dünya  düzəninin  başlıca 
tendensiyalarından  biri  hesab  edilir.  “Qlobal  imperiya”nın 
istiqamətləndirdiyi  və  başlıca  resursu  informasiya  olan  bu 
proses  ənənəvi  məqsədlərin  yeni  vasitə,  texnologiya,  metod 
və mexanizmlər üzərindən həyata keçirilməsinə xidmət edir.  
 
5.3.  Mədəni  imperializm-infoimperializmin  strateji 
substratı 
 
Beynəlxalq  “şəbəkə  hakimiyyəti”nin  (netokratiya) 
fəaliyyətindən  bəhs  edərkən,  diqqət  yetirilməsi  zəruri  olan 
məsələlərdən  biri  də  konkret  geostrateji  məqsədlərin  reallaş-
dırılması naminə istifadə edilən ideoloji siyasətdir. Bu sırada 
mədəni  imperializm  siyasəti  xüsusilə  diqqəti  cəlb  edir. 


102 
 
Netokratların  istinad  etdikləri  mədəni  imperializmin  mahiy-
yətini  anlamaq  üçün  ilk  növbədə,  imperializm,  imperialist 
siyasət,  yeni  imperializm  (neoimperializm)  kimi  məfhumları 
izah etmək, eləcə də bu sahədə yaradılmış nəzəriyyələrə diq-
qət yetirmək məqsədəmüvafiqdir.  
Ümumiyyətlə,  imperializm  anlayışının  müəyyən  bir 
xarici  siyasət  növü  kimi  deyil,  arzu  edilməyən  bir  siyasətin 
alçaldılması məqsədilə istifadə edilməsi və terminin məhz bu 
nöqteyi-nəzərdən  polemikaya  cəlb  olunması  onun  obyektiv 
izahını  həmişə  çətinləşdirir.  Çünki  imperializm  anlayışı  elə 
bir  forma  almışdır  ki,  bu  anlayış  onu  istifadə  edənin  qarşı 
çıxdığı  hər  siyasəti,  yaxud  davranışı  həmin  siyasət  və 
davranışın  keyfiyyətinə  belə  baxmadan  onu  imperializm  və 
imperialist  kimi  qiymətləndirməyə  qədər  gətirib  çıxarır. 
Məsələn,  ruslara  qarşı  olanlar  ruslar  xarici  siyasətdə  hansı 
addım  atırlarsa-atsınlar,  onu  imperialist  siyasətin  fonunda 
istinad edilmiş akt kimi qiymətləndirirlər. Başqa bir tərəfdən, 
məsələn,  II  Dünya  müharibəsində  Almaniya  SSRİ-yə  hücum 
etməmişdən  öncə  SSRİ  bu  müharibəni  imperialistlərin 
müharibəsi  kimi  qiymətləndirirdi.  Ancaq  1941-ci  ildə  SSRİ-
yə  hücum  edilən  kimi  SSRİ  bu  savaşı  artıq  antiimperialist 
müharibə adlandırmağa başladı. Eyni şəkildə, ABŞ-ı sevmə-
yənlər  tez-tez  Amerika  imperializmi  sözünü  işlətməyi  xoşla-
yırlar. Beləliklə, imperializm məfhumunu bu şəkildə hər kəs 
öz  düşüncəsinə  görə  işlətdiyi  üçün  artıq  bu  sözün  konkret 
hansı mənanı kəsb etdiyi dəqiq deyil. Elə buna görə də, Hans 
Morgentau məfhumun bu ümumi istifadə formasını bir tərəfə 
ataraq, siyasət nəzəriyyəsi və təcrübəsi baxımından dəqiq bir 
izahının olmasını zəruri sayır. Bu zaman o, imperializmin nə 
olduğu  deyil,  nə  olmadığı  üzərində  durulması  ideyasını  irəli 
sürür.  Morgentau  burada  imperializm  kimi  başa  düşülən, 


103 
 
lakin ona görə, imperializmlə heç bir əlaqəsi olmayan iki hala 
diqqət yetirir. 
1.  Morgentauya  görə,  bir  millətin  gücünü  artırmaq 
məqsədilə  girişdiyi  hər  hansı  fəaliyyət  imperializm  kimi 
qiymətləndirilə bilməz. Ona görə ki, araşdırmaçı imperializmi 
status-kvonu  alt-üst  etmək,  yaxud  daha  çox  sayda  dövlətlər 
arasındakı  güc  münasibətlərini  tərsinə  çevirmək  və  yenidən 
qurmaq şəklində izah edir. Bu baxımdan, hər hansı bir xarici 
siyasət bu güc münasibətlərinə toxunmur və sadəcə bəzi mə-
qamları yenidən aydınlaşdırmaq istəyirsə, heç nəyə baxmaya-
raq status-kvo sayılmalıdır; 
2.  Digər  tərəfdən,  daha  əvvəl  mövcud  olan  bir  impera-
torluğu  qorumaq  məqsədi  daşıyan  bir  xarici  siyasətin  də  im-
perializm  hesab  edilməsi  lazımdır.  Morgentauya  görə, 
İngiltərə, Çin, yaxud ABŞ dünyanın müəyyən bir bölgəsində 
üstün vəziyyətlərini qorumaq istəyirlər və bunun üçün müxtə-
lif addımlar atırlar ki, bu da imperializm kimi qəbul edilməli-
dir. Araşdırmaçıya  görə,  mövcud  olan bir imperatorluğu qo-
rumaq  və  davam  etdirmək  məqsədi  istiqamətində  olan,  dola-
yısıyla, sabitliyi saxlayan  statuslu bir siyasət  imperialist ola-
raq  səciyyələndirilməməlidir.  Ona  görə  də,  imperializm  hər 
hansı  bir  imperatorluq  qurmaq  istiqamətində  siyasət  yeritmə 
kimi anlaşılmalıdır. 
Ümumiyyətlə, imperializm imperatorluq anlamına gələn 
latınca  “imperium”  kəlməsindən  əmələ  gəlmişdir.  Bu  məna-
da,  etimoloji  olaraq  imperializm  anlayışı  imperatorluqla  əla-
qəlidir.  Ancaq  imperatorluq  kəlməsinin  sifət  forması 
“imperial”dır  və  bu  da  yenə  imperatorluqla  əlaqəli  anlam 
mənasına  gəlir.  İmperializm  “imperial”  sifətinə  bənzəməklə 
bərabər,  həm  də  olduqca  fərqli  bir  anlam  kəsb  etməkdədir. 
Başqa  sözlə,  imperializm  imperatorluq  siyasətinin  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə