ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

98 
 
kiçik millətlərin və etnik qrupların assimilyasiyası ilə nəticə-
lənir. Əlbəttə, qloballaşma prosesinin fonunda millətlərin qar-
şılıqlı-tarazlı inteqrasiyası, dəyərlərin uzlaşdırılması və payla-
şılması,  eləcə  də  yeni  dəyərlərin  yaradılması  prosesləri  də 
ortaya  çıxır.  Bunun  üçünsə  hər  bir  millətin  öz  dəyərlərini, 
adət-ənənələrini qoruyub saxlaması, həmçinin, digər millətlə-
rin eyni dəyərlərinə hörmət etməsi prinsipi xüsusi şəkildə nə-
zərə alınmalı və tətbiqi müstəviyə transfer edilməlidir. Deyi-
lənlərlə  yanaşı,  mədəni  qloballaşma  tendensiyasının  fonunda 
müxtəlif  millətlərin  ayrı-ayrı  nümayəndələrində  “lokal”  mə-
dəni dəyərlərin formalaşdırılması halına da rast gəlinir ki, bu 
da  bütövlükdə  kosmopolitləşmə  prosesini  sürətləndirir.  Kos-
mopolitləşmiş  vətəndaşları  daha  çox  olan  millətin  isə  milli-
mənəvi dəyərləri asanlıqla tarixin arxivinə yollanır. Bu da nə-
ticə etibarilə daha şiddətli və faciəvi hal olan “manqurtlaşma” 
tendensiyasına yol açır. Əlbəttə, bu deyilənlərin hər biri kor-
koranə şəkildə qloballaşma prosesinə qoşulmaqdan irəli gəlir. 
Milli-mənəvi  dəyərləri  və  maraqları  əsas  tutmaqla  qloballaş-
ma  prosesinə  qoşulmaq  isə  assimilyasiya  problemini  aradan 
qaldırmaqla yanaşı, millətlər arasında qarşılıqlı-faydalı-uzlaş-
dırılmış əməkdaşlıq və inteqrasiya prosesinə də təkan vermiş 
olur.  Bundan  başqa,  mədəni  qloballaşma  prosesi  iqtisadi  və 
siyasi  qloballaşmaya  təkan  verən  tendensiya  və  proses  qis-
mində  çıxış  edir.  Ona  görə  də,  qloballaşma  prosesinin 
ssenarisini hazırlayan və icra edən qlobal aktorlar ideoloji si-
lah və vasitə qismində mədəni qloballaşma prosesindən kütlə-
vi  şəkildə  istifadə  edirlər.  Vallerstayn  qeyd  edir  ki,  mədəni 
qloballaşma  prosesi  iqtisadi  qloballaşmanın  fundamental  tə-
minatçı  prosesi  qismində  çıxış  edir,  iqtisadi  qloballaşma  isə 
öz  növbəsində  siyasi  qloballaşmanı  “çağırır”.  Məhz  buna 
görə də, qloballaşma prosesinin “ideoloji lokomotiv”i qismin-


99 
 
də məhz mədəni qloballaşma çıxış edir. Bundan başqa, mədə-
ni  qloballaşma  prosesi  uzunmüddətli  tendensiya  olmaqla 
yanaşı, nəticəsi ən gec “dağıdılan” prosesdir. Bununla yanaşı, 
bir sıra araşdırmaçıların fikrincə, mədəni qloballaşma prosesi 
“millətlərin identikliyi” prosesini intensivləşməkdədir. Məsə-
lən, Antoni Hiddens qeyd edir ki, qloballaşma prosesinin fo-
nunda millətlərin inteqrasiyası prosesi heç bir dövrdə olmadı-
ğı qədər sürətlənib. O bildirir ki, dünyada heç bir ölkədəki ya-
şayış tərzi,  mədəni dəyərlər digər ölkələrdə  olduğundan kəs-
kin şəkildə fərqlənmir. Onun fikrincə, qloballaşma dünya icti-
maiyyətinin qarşılıqlı asılılığının artmasıdır. 
Bundan  başqa,  bəzi  araşdırmaçıların  yekun  qənaəti 
ondan  ibarətdir  ki,  mədəni  qloballaşma  Qərbin  inkişaf  etmiş 
ölkələrinin  “mədəni  dəyərləri”nin  və  həyat  tərzinin  üçüncü 
ölkələrə  “sırınması”  prosesidir.  Məsələn,  “mədəni  imperia-
lizm” anlayışından ilk dəfə istifadə edən araşdırmaçı Herbert 
Schiller  belə  bir  fikir  irəli  sürür  ki,  mədəni  qloballaşma 
prosesi  vahid  mərkəzdən  yönləndirilən  ideoloji  aksiyadır.  O 
bildirir  ki,  mədəni  qloballaşma  uzunmüddətli  tendensiyadır 
və  bütün  dünya  xalqlarını  əhatə  edir:  “Mədəni  qloballaşma 
“zəncirvari proses” olan qloballaşma prosesinin mühüm ten-
densiyasıdır. Ona görə də, dünyanı idarə edən qlobal aktorlar 
mədəni qloballaşma vasitəsindən maksimum səviyyədə yarar-
lanırlar.  Onun  konkret  mahiyyəti  odur  ki,  dünyadakı  bütün 
xalqların  homogen  mədəniyyəti  formalaşdırılsın  və  vahid 
mərkəzdən idarə edilsin”. 
Göründüyü  kimi,  qloballaşma  prosesi  olduqca  mürək-
kəb  tendesiya  olmaqla  yanaşı,  özündə  geniş  sahə  və  istiqa-
mətləri  ehtiva  edir.  Bu  proses  vahid  məqsədə  xidmət  edir: 
qlobal inteqrasiyanın  ən yüksək səviyyədə reallaşdırılması və 


100 
 
Qərbin  mərkəzində  dayandığı  “qlobal  imperatorluğun”  for-
malaşdırılması… 
Bütün  bunlarla  yanaşı,  ən  yeni  imperializmin-infoim-
perializmin  meydana  çıxdığı  dönəmdə  qloballaşma  klassik 
məqsəd və xüsusiyyətlərini özündə saxlasa da, prosesin cərə-
yan  olunmasında  metod,  vasitə  və  resurslarda  ciddi  kardinal 
dəyişikliklər  baş  vermişdir.  Qeyd  etdiyimiz  kimi,  infoim-
perializm  çərçivəsində  “qlobal  dövlət”in  fəaliyyət  mexaniz-
mində  informasiya  və  virtual  vasitələr  başlıca  resurslar  qis-
mində  çıxış  edir.  Deməli,  digər  ümumdünya  prosesləri  kimi 
qloballaşma  tendensiyasında  da  bəhs  olunan  vasitələrdən 
istifadə  olunması,  informasiyanın  şərtləndirdiyi  və  virtual 
platformada  cərəyan  edən  proseslər,  münasibətlər  önə  çıxır. 
Bu  dönəmdə  zaman  və  məkan  məfhumu  vahidlik  qazanır, 
iqtisadi,  siyasi  və  hərbi  proseslərdə  informasiya  yönləndirici 
və tənzimləyici mexanizm kimi çıxış edir. 
Eyni zamanda, infoimperializmin fonunda cərəyan edən 
qloballaşma  prosesi  inteqrasiya  tendensiyasına  yeni  forma 
verir. Belə ki, informasiya üzərində təşəkkül tapmış və virtual 
platformada  təzahür  edən  inteqrasiya  prosesi  daha  da 
sürətlənir, yeni kəmiyyət və keyfiyyət dəyişikliklərinə məruz 
qalır.  Bu,  elə  bir  prosesdir  ki,  inteqrasiyadan  homogenliyə 
keçid  xarakteri  daşıyır  və  daha  çox  mədəni  platformada 
müşahidə  olunur.  Əgər  klassik  qloballaşma  dönəmində 
mədəni  inteqrasiya  prosesi  cərəyan  edirdisə,  infoqloballaşma 
çərçivəsində  inteqrasiya  homogenliyə  və  identikliyə  keçir. 
Artıq informasiya üzərində təşəkkül tapmış mədəni identiklik 
formalaşır. 
Sadalananlarla  yanaşı,  infoqloballaşma  bir  sıra  riskləri 
də  şərtləndirir.  Belə  ki,  informasiya  resursu  əsasında  forma-
laşmış  proseslər,  münasibətlər  bəzi  hallarda  xaotik  səciyyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə