ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   26   27   28   29   30   31   32   33   ...   58

95 
 
nü iqtisadi motivlərə söykənən siyasi tendensiya adlandırırlar. 
İ.Vallerstayn,  P.Samuelson,  C.Neysbit,  M.Ross,  H.Bekker, 
U.Kristofer kimi araşdırmaçılar qeyd edirlər ki, siyasi qlobal-
laşma  bir  növ  “qlobal  imperatorluq”  qurmaq  uğruna  ortaya 
çıxarılmış  ssenaridir.  Onların  qənaətincə,  tendensiyadır.  Bu-
rada  əsas  məqsəd  iqtisadi,  siyasi,  hərbi,  ideoloji  və  mədəni 
mexanizmlərin  və  proseslərin  “vahid  əllər”də  cəmləşdirilmə-
sidir. Mərkəzi aktor qismində isə, heç şübhəsiz, ABŞ və onun 
Qərbi  Avropadakı  lokomotiv  tərəfdaşları  (İngiltərə,  Fransa, 
Almaniya  və  İtaliya  kvarteti)  çıxış  edirlər.  P.Berger  bildirir 
ki,  dünyanın  nüfuzlu  araşdırmaçılarının  yekun  qənaəti  odur 
ki, siyasi qloballaşma Amerikanın siyasi və iqtisadi hegemon-
luğunun  bariz  ifadəsidir.  Sadalananlarla  yanaşı,  qloballaşma 
şəraitində  müasir beynəlxalq siyasi və  iqtisadi nizamın əsas-
larını araşdıran “Rəqabətin sədləri” kitabının müəllifləri bildi-
rirlər  ki,  siyasi  qloballaşma  dünyanın  siyasi  və  iqtisadi  mən-
zərəsini aşağıdakı formada düzənləyir: 
1. Dünyada yeni müharibə gedir, bu, atəşsiz və silahsız 
müharibədir.  Bu  müharibə  dünyanı  idarə  etmək  uğrunda 
aparılan  güc  mücadiləsidir.  Bu  müharibə  qlobal  hakimiyyət 
uğrunda aparılan “psixoloji-ideoloji müharibə”dir; 
2. Dünyanı idarə edən mərkəzi aktorlar-Qərb transmilli 
korporasiyalardan  istifadə  edərək,  iqtisadi,  dolayısıyla  da  si-
yasi mexanizm və rıçaqları öz əllərinə alır. Onların nəzarətin-
də  olan  TMK-lar  dünyaya  vahid  qlobal  bazar  kimi  baxır  və 
qlobal iqtisadi nizama və proseslərə nəzarət edirlər; 
3. Qloballaşma rifah halına görə dövlətlər arasında uçu-
rumun genişlənməsi təhlükəsi yaradır. Bu şəraitdə öz sərənca-
mında yeni texnologiya və ucuz, amma operativ işçi qüvvəsi 
olan dövlətlər mühüm imkanlar qazanırlar. 


96 
 
Digər  tərəfdən,  siyasi  qloballaşma  şəraitində  milli  döv-
lətlərin  ənənəvi  qaydada  mövcudluğu  və  suverenliyi  sual  al-
tına alınır. Çünki “dünya hökuməti” formalaşdırmaq yönündə 
strateji  addımlar  atan  və  qlobal  siyasi-iqtisadi  mexanizmləri 
öz  əllərində  cəmləşdirən  aktorlar  (ABŞ  və  Qərbi  Avropanın 
lokomotiv dövlətləri) milli dövlətlərin suverenliyini özlərinin 
“qlobal  hakimiyyət”lərinə  əngəl  kimi  görür  və  onları  özləri-
nin “əyalətləri”nə çevirmək yönündə müvafiq tədbirlər həyata 
keçirirlər. Qloballaşma tərəfdarları belə bir fikir irəli sürürlər 
ki, artıq “milli dövlətlər erası” özünün sonuna yaxınlaşmışdır: 
“Postmilliqayda-qanun  homogen  fərdlər  (milli  dövlətlərin 
müasir  sistemi)  sisteminə  deyil,  heterogen  fərdlər  arasındakı 
sistemə təsir göstərəcək (bəzi sosial şirkətlər, maraq qrupları, 
peşəkar  birliklər,  qeyri-hökumət  təşkilatları,  silahlı  birləşmə-
lər, hüquqi strukturlar və s.)”. 
“Qlobal hökumət” yaratmaq niyyəti və məqsədində olan 
Qərbin  “beyin  mərkəzləri”ndə  hazırlanan  nəzəriyyə  və  kon-
sepsiyalarda  milli  dövlətlərin  mövcudluğu  transmillilik  və 
qlobalizmin aşağıdakı təzahürləri ilə dağıdılır: 
1. Beynəlxalq maliyyə bazarlarının formalaşdırılması; 
2. Kapitalın və biznesin beynəlmiləlləşməsi
3.  Açıq  qlobal  informasiya  şəbəkəsinin  ortaya  çıxarıl-
ması; 
4. Millətlərin öz müqəddəratını təyin etməsi və s.  
Deyilənlərdən  aydın  olur  ki,  siyasi  qloballaşma  milli 
dövlətlər arasındakı sərhədlərin “əridilməsi”ni həyata keçirən 
transmilli  tendensiyadır.  Siyasi  qloballaşma  şəraitində  milli 
maraq  məfhumu  və  prinsipi  ikinci  plana  atılır,  bununla  da 
transmilli strateji hədəflər və maraqlar ön plana çəkilir. Buna 
müvafiq olaraq hər hansı bir milli dövlətin milli maraqlarının 
təmin  olunması  özlüyündə  avtomatik  olaraq  “qloballaşma 


97 
 
oyunu”nun  ssenaristlərinin  transmilli  maraqlarının  təmin 
olunması  ilə  ayrılmaz  bağlılıq  kəsb  edir.  Məsələni  bu 
rakursdan qiymətləndirən F.Kratoçvil qeyd edir ki, qloballaş-
ma  tendensiyasının  fonunda  “milli  maraq”  “ictimai  ma-
raq”dan, “transmilli maraq” isə “milli maraq”dan daha üstün 
önəm  kəsb  etməyə  başlayır.  Onun  yanaşmasına  görə,  “milli 
maraq” fenomeni beynəlxalq münasibətlər sisteminin aparıcı 
prinsipidirsə,  qloballaşma  tendensiyasının  intensivləşdiyi  za-
man və məkan şəraitində artıq “transmilli maraq” daha qaba-
rıq və təsirli mahiyyətə malikdir: “İctimai maraq anlayışından 
daxili etirazlara qarşı nemətin, sərvətin artırılması məqsədilə 
istifadə  edilib.  “Milli  maraq”  anlayışından  xarici  siyasi 
strateji  məqsədlərin  təmin  olunması  üçün  istifadə  olunub. 
“Transmilli  maraq”  məfhumu  isə  milli  dövlətlərin  fövqündə 
dayanan qlobal aktorların dünya miqyasındakı strateji tələbat-
larının  ödənilməsinin  önəmini  ifadə  etmək  dövriyyəyə  bura-
xılıb”. 
Qloballaşma  prosesinin  digər  bir  istiqaməti  isə  mədəni 
qloballaşmadır.  Mədəni  qloballaşma  məsələsini  müxtəlif 
araşdırmaçılar müxtəlif cür qiymətləndirirlər. Bəzi tədqiqatçı-
lar  mədəni  qloballaşmanı  ideoloji  aksiya  kimi  dəyərləndirir-
lər.  Məsələn,  İ.Vallerstayn  qeyd  edir  ki,  mədəni  qloballaşma 
dünyanı idarə edən qlobal aktorlar tərəfindən məharətlə istifa-
də edilən ideoloji silahdır. Mədəni  qloballaşma  tendensiyası-
nın arxasında və əsasında dayanan güclər millətlərin mədəni 
dəyərlərini-milli xarakter və mədəniyyətlərini, adət-ənənələri-
ni  “sıradan  çıxararaq”  homogen  mədəniyyət  yaratmağa  çalı-
şırlar.  Bundan  sonra  isə  mədəni  dəyərləri  “əridilmiş”  millət 
dünyanı  idarə  edən  güclərin  formalaşdırdığı  “qlobal  impera-
torluğun” sadə bir elementinə çevrilirlər. Mədəni qloballaşma 
adı altında  həyata  keçirilən inteqrasiya prosesi  çox hallarda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə