ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

92 
 
maçılar  ÜTT-ni  “oliqarxlar  klubu”  adlandırırlar.  Təşkilatın 
fəaliyyət prinsipi budur ki, ticari qurumların dünya miqyasın-
da  fəaliyyətinə  mane  olan  sədlər  və  əngəllər  aradan  qaldırıl-
sın. Təşkilata üzv dövlətlər gömrük rüsumlarını mümkün ol-
duğu qədər azaltmalı, xarici şirkətlərin öz xidmət və personalı 
ilə  fəaliyyət  göstərməsinə  əngəlləri  aradan  qaldırılmalı,  döv-
lətin  milli  iqtisadiyyata  yardımı  ləğv  edilməlidir.  Bundan 
başqa, ÜTT ölkələri iqtisadi cəhətdən yoxsul ölkələri təşkilata 
məmnuniyyətlə  dəvət  edirlər.  Çünki  bunun  nəticəsində  nə-
həng aktorlar yenicə üzvlüyə qəbul olunmuş kasıb dövlətlərin 
bazarlarını inhisara alırlar. Məsələn, bildirirlər ki, Tanzaniya-
nın bütün şirkətləri Almaniyada yerli şirkətlər kimi fəaliyyət 
göstərə bilər. Onsuz da bəllidir ki, Afrika şirkətləri “Siemens” 
ilə  rəqabət  apara  bilməyəcək.  Lakin  bunun  nəticəsində 
“Siemens” Afrika bazarına girir və oradakı iqtisadi qurumları 
müvafiq sahədən çıxarır. Beləliklə, Dünya Bankı, Ümumdün-
ya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu kimi təşkilat-
lar  iqtisadi  qloballaşmanı  sürətləndirəcək  mexanizm  rolunu 
oynayırlar. Nəticə isə nəhəng dövlətlərin xeyrinə olur. Çünki 
iqtisadi  cəhətdən  güclü  aktorlar  qlobal  kapital  dövriyyəsinə 
nəzarət edir və başlıca yatırım ərazilərini öz əllərində cəmləş-
dirirlər.  Deyilənlərdən  aydın olur ki, qloballaşma dünya iqti-
sadiyyatı  sistemində  inteqrasiya  meyillərini  sürətləndirən  və 
postmodernist nizam formalaşdıran yeni və daha əhatəli pro-
sesdir.  Ümumiyyətlə,  iqtisadi  qloballaşmaya  aşağıdakı  statik 
və dinamik amillər, hallar aid edilir: 
1. Kapitalın yerdəyişməsinin sıçrayışla artması; 
2.  Bütün  ölkələrin  Ümumdaxili  məhsulunun  (ÜDM) 
artımı ilə müqayisədə beynəlxalq ticarətin qabaqlayıcı artımı; 


93 
 
3.  Sürətli  şəkildə  standartlaşdırılmış  və  vahid  formaya 
salınmış  məhsulların  buraxılması  üzrə  güclərin  paylanması 
yolu ilə beynəlxalq istehsal şəbəkəsinin formalaşdırılması; 
4. Bir çox əməliyyatların operativ  əsasda  yerinə  yetiril-
diyi qlobal maliyyə bazarının yaradılması; 
5.  Maliyyə  sahəsinin  sənaye,  kənd  təsərrüfatı,  infrast-
ruktur  xidmət  sahələrinin  inkişaf  imkanlarını  qabaqlayan 
müstəqil və daha geniş sahəyə çevrilməsi
6.  Telekommunikasiya  sahəsinin  inkişafı  hesabına  
praktik olaraq maliyyə bazarlarında baş verən ən son yenilik-
lər barədə geniş informasiyaların yayılması; 
7. Transmilli şirkətlərin birləşdirilməsi və ələ keçirilmə-
si hesabına  qlobal iqtisadi sistemdə yeni və daha güclü sub-
yektlərin ortaya çıxması; 
8. Yeni texnologiyaların tətbiqinin təsiri ilə əmək baza-
rının  daha  da  genişlənməsi  və  onun  strukturunun  dəyişməsi: 
Bu dəyişmə inkişaf etmiş dövlətlərdə kütləvi miqrasiyaya gə-
tirib çıxarır və İEÖ-lərin əhalisinin ənənəvi etnik tərkibi nəzə-
rə çarpacaq dərəcədə dəyişir
9. Öz mənşəyi etibarilə gəlirlərin paylanması üzrə meta-
infrastrukturun  meydana  çıxması  sənaye  cəhətdən  inkişaf  et-
miş  Şimal  ölkələrinin  lehinədir.  Bu  paylanmaya  bariz  misal 
“qiymətlərin  qayçılanması”dır:  xammalın  qiyməti  ilə  hazır 
məhsul  arasındakı  fərq  artımı.  İqtisadi  fəaliyyətdə  qlobal 
vergi olması etibarilə bu cür paylanmanın Şimal dövlətlərinin 
xeyrinə olması geoiqtisadi rentabelli ödənişlərə görədir
10. Dünya iqtisadiyyatı çərçivəsində onun xüsusiləşmiş 
seqmentlərinin konturları görünür:  mədəni-tarixi kodlarla, tə-
sərrüfat fəaliyyəti tərzi, ümumi sosial-iqtisadi faktorlar birləş-
miş spesifik “böyük məkan”; 


94 
 
11.  Dünya  sisteminin  “iqtisadi  plüralizmi”  3  əsas  mər-
kəzdə formalaşır: ABŞ-ın himayəsi altında Şimali və Cənubi 
Amerika, Avropa İttifaqının (Aİ) himayəsi altında Avropa və 
Yaponiyanın himayəsi altında Cənub-şərqi Asiya (19, s.669-
671).  Bundan  başqa,  iqtisadi  qloballaşmadan  bəhs  edərkən, 
iqtisadi  inteqrasiya  və  genişlənmələri  də  diqqətə  çatdırmaq 
lazımdır.  Bir  sıra  araşdırmaçılar  inteqrasiya  və  genişlənmə 
mövqeyindən yanaşaraq qeyd edirlər ki, iqtisadi qloballaşma 
bir növ iqtisadi imperializmin müasir formasıdır. Hans Mor-
gentaonun qənaətincə, iqtisadi qloballaşma imperialist siyasə-
tin  və  genişlənmənin  təzahür  formasıdır.  Onun  fikrincə,  iqti-
sadi qloballaşma kapitalist genişlənmə dövrünün məcburi nə-
ticəsidir.  Tədqiqatçı  belə  bir  fikir  ifadə  edir  ki,  iqtisadi  qlo-
ballaşma  gücdən  istifadə  etmədən  başqa  bir  dövlət  üzərində 
hakimiyyət  qurmaqda  ən  təsirli  vasitədir.  O  bildirir  ki,  eyni 
dövlət üzərində iki başqa dövlətin hakimiyyət qurmaq uğrun-
da rəqabətə və  mübarizəyə başlaması zamanı iqtisadi qlobal-
laşma  daha  aydın  şəkildə  nəzərə  çarpır.  İran  üzərində  im-
perialist İngiltərə və Rusiya arasında 100 ildən çox müddətdə 
hakim olmaq uğrunda mübarizə aparılması deyilənlərin bariz 
təsdiqi və sübutudur. H.Morgentao bildirir ki, başqa dövlətlər 
üzərində üstünlük və güclü təzyiq mexanizmi əldə etmək istə-
yən dövlətlər bu məqsədlə yerli hakimiyyət orqanlarını iqtisa-
di inteqrasiya və asılılıq  yolu ilə  nəzarət altına alırlar. Məsə-
lən,  Orta  Amerika  ölkələrinin  hamısının  müstəqil  dövlətlərə 
məxsus atributları vardır. Lakin bu dövlətlərin hamısı iqtisadi 
cəhətdən tamamilə ABŞ-dan asılıdırlar. Buna görə də, həmin 
dövlətlər  xarici  siyasi  və  iqtisadi  strategiyalarını  bir  növ 
ABŞ-ın strateji məqsədləri və istəklərinə müvafiq qururlar. 
Qloballaşmanın digər təzahür sahəsi siyasi qloballaşma-
dır. Ümumiyyətlə, bir çox araşdırmaçılar qloballaşmanın özü-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə