ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

80 
 
mövcuddur.  Bənzər  xüsusiyyətlərdən  bəhs  edərkən  bildirilir 
ki, “qlobal dövlət” dünya miqyasında təməl resursların sahibi, 
qlobal  “orkestr  şefi”dir.  Vurğulanır  ki,  elə  “şəbəkə  dövləti” 
də  beynəlxalq  hakim  qismində  çıxış  edir,  eyni  zamanda, 
nəzarət  və  idarəetmə  funksiyasını  inhisara  almışdır.  Amma 
hər  iki  təsisatın  idarəetmə  strategiyası  və  vasitələrində  ciddi 
fərq  vardır.  Əgər  “qlobal  dövlət”  dünyanı  iqtisadi,  siyasi, 
qlobal inzibati, mədəni, ideoloji və hərbi resurslar vasitəsi ilə 
idarə  edirsə,  netokratiya  bu  missiyanı  informasiya  silahı 
vasitəsilə  virtual  platformada  həyata  keçirir.  Digər  tərəfdən, 
“qlobal  dövlət”in  fəaliyyət  mexanizmində  hərbi,  siyasi  və 
iqtisadi  ekspansiya  əsas  vəzifə  kimi  çıxış  edirsə,  “şəbəkə 
hakimiyyəti” informasiya axını vasitəsilə yeni lokal və qlobal 
informasiya  şəbəkələri  formalaşdırmağa,  ən  yeni  dövrdə 
informasiyanı əsas resursa çevirməyə çalışır. 
Beləliklə,  aydın  olur  ki,  əslində,  “şəbəkə  hakimiyyəti” 
qlobal  dövlətin  bir  parçasıdır.  Çünki  imperialist  mərkəzlərin 
dünyanı  idarə  etmək  üçün  formalaşdırmağa  çalışdıqları 
monopolist  təsisat  səciyyəsi  daşıyan  institut  “qlobal  döv-
lət”dir.  “Şəbəkə  hakimiyyəti”  isə  yalnız  informasiya  resursu 
vasitəsilə  bu  idarəetməni  təkmilləşdirir,  yeni  növ  hakimiyyət 
forması  formalaşdırır.  Deməli,  netokratiya  ayrıca  dövlət  ola 
bilməz.  Elə  bəhs  olunan  anlayışın  etimoloji  mənası  da  bunu 
deməyə  əsas  verir.  Belə  ki,  net  (network-şəbəkə),  kratiya 
(cracy-hakimiyyət)  mənasını  verir.  Netokratiyanı  “şəbəkə 
dövləti”  kimi  təqdim  etmək  demokratiyanın  “xalq  dövləti” 
kimi təsvir olunmasına bənzəyir. Hər iki halda təməl yanlışlıq 
vardır.  Çünki  demokratiya  etimoloji  və  semantik  nöqteyi-
nəzərdən “xalq dövləti” yox, “xalq hakimiyyəti”dir. 
Bəs “şəbəkə hakimiyyəti” dediyimiz təsisat nədir, onun 
başlıca funksiyaları nədən ibarətdir?  


81 
 
XXI  yüzillik  informasiya  əsri  kimi  dəyərləndirildiyin-
dən  bu  dönəmdə  fundamental  informasiya  resurslarına  sahib 
olan,  informasiya  axınına  nəzarət  edən  subyektlər  həm  də 
dünya  siyasətində  istiqamətləndirici  və  tənzimləyici  aktor 
kimi  çıxış  edirlər.  İnformasiya-kommunikasiya  texnologiya-
larının  inkişafı,  modern  texnoloji  yeniliklərin  meydana  çıx-
ması,  elmi-texniki  tərəqqinin  sürətlənməsi,  lokal  və  qlobal  
informasiya  şəbəkələrinin  mexaniki  tərəqqisi,  informasiya 
cəmiyyətinin təşəkkül tapması, internetin imkanlarının geniş-
lənməsi informasiyanın funksiyasını funksionallığını artırmış-
dır.  Bu  isə  fəaliyyətini  informasiya  silahı  vasitəsilə  virtual 
platformada  davam  etdirən  infokratlar  üçün  növbəti  avantaj 
kimi çıxış edir. 
Qeyd  etdiyimiz  kimi,  infokratlar  informasiya  vasitəsilə 
imperialist  və  transmilli  səciyyəli  maraqların  həyata  keçiril-
məsi  missiyasından çıxış etməkdədirlər. XXI  əsrin əvvəlində 
sürətlənən bu proses indiyədək pərakəndə xarakter daşısa da, 
“şəbəkə  hakimiyyəti”nin  (ideyanın  və  bu  yöndə  praktik  icra 
mexanizmlərinin)  meydana  çıxmasından  sonra  müntəzəm  və 
sistematik  xarakter  almışdır.  Daha  da  dəqiqləşdirsək,  infok-
ratlar  informasiya  hakimiyyətinə  institusional  forma  verərək, 
özlərinin  “hakimiyyət”ini-netokratiyanı  formalaşdırıblar.  Bu, 
elə  bir  hakimiyyətdir  ki,  burada  hakimiyyətin  mənbəyi  qis-
mində insanlar yox, virtual platformada dövriyyəyə buraxılan 
informasiya çıxış edir. 
Netokratiya  internet  və  digər  virtual  vasitələrlə  qlobal 
informasiya məkanının formalaşdırılması və bu məkana nəza-
rət  edilməsi  ilə  öz  fəaliyyətini  davam  etdirməkdədir.  Qlobal 
informasiya  məkanı  isə  kifayət  qədər  geniş  məzmunlu 
məfhumdur  və  özündə  bir  neçə  komponenti  ehtiva  edir. 
Birincisi,  virtual  platformadakı  qlobal  maliyyə  axını  buraya 


82 
 
aid edilir. Belə ki, müasir beynəlxalq münasibətlər sisteminin 
səciyyəvi  xüsusiyyətlərindən  biri  olan  maliyyə  axını,  kapital 
dövriyyəsi  virtual  platformaya  transfer  olunur,  bununla  da 
qeyri-ənənəvi,  yeni  bazar  münasibətləri  formalaşdırılır.  Elə 
transmilli  korporasiyaların  da  fəaliyyət  mexanizmində  yeni 
cizgilər  meydana  çıxır,  şəbəkə  münasibətləri  formalaşır.  Bu-
nun  da  nəticəsinə  müvafiq  olaraq,  virtual  münasibətlər  bey-
nəlxalq  ticari  və  iqtisadi  əlaqələrə  təsir  edir  və  əvvəllər  sədd 
kimi çıxış edən milli sərhədlər sıradan çıxarılır.  
İkincisi, netokratiyanın fəaliyyətinin fonunda qloballaş-
ma prosesi daha intensiv xarakter alır və  yeni məzmun kəsb 
edir.  Beynəlxalq  siyasi  və  iqtisadi  münasibətlərdə  meydana 
çıxan  virtual  çalarlar  milli  dövlətlərin  funksionallığının 
zəifləməsi  ilə  müşayiət  olunur  və  ənənəvi  milli  münasibətlər 
kardinal  dəyişikliklərə  məruz  qalır.  Artıq  milli  dövlətlərin 
suverenlik  səviyyəsi  aşağı  düşür,  beynəlxalq  münasibətlər 
sisteminin  tərəddüdsüz  qəbul  edilən  aktorları  olan  dövlətlər 
qəbul  və  icra  etdikləri  qərarlarla  digər  aktorların  qərarlarına 
əvvəl olduğu qədər təsir edə bilmirlər. 
Üçüncüsü,  netokratların  ideoloji  siyasəti  dünya  siyasə-
tində  yeni  və  müəyyən  qədər  də  təhdidedici  tendensiyaların 
meydana  çıxmasını  şərtləndirir.  Daha  da  dəqiqləşdirsək,  in-
formasiya  silahı  vasitəsilə  insanların  analitik  təfəkkürü,  dü-
şüncə  qabiliyyəti  sıradan  çıxarılır,  manqurtlaşdırma  prosesi 
davam  etdirilir.  Eyni  zamanda,  “şəbəkə  hakimiyyəti”  infor-
masiyadan inzibati resurs kimi istifadə edir, yeni lokal və qlo-
bal informasiya şəbəkələri formalaşdırır. 
Netokratiyanın  istifadə  etdiyi  əsas  vasitələrdən  biri 
qismində sosial  media  çıxış edir. Ümumiyyətlə, sosial media 
insanlar  arasında  virtual  internet  mexanizmləri  vasitəsilə 
sosial ünsiyyət yaratmaq və məlumatları paylaşmaq deməkdir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə