ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   17   18   19   20   21   22   23   24   ...   58

67 
 
fonunda demokratik idarəetmə ilə bağlı başlıca məsələ həmin 
peşəkar  qrupların  necə  formalaşdırılmasıdır.  Beləliklə,  de-
mokratiya  xalqın  razılığı  və  iradəsi  ilə  elitanın  leqal  və  legi-
tim  idarəetməsidir.  Bütün  bunların  fonunda  hər  bir  cəmiy-
yətdə  iyerarxik  strukturların  formalaşması  obyektiv  zərurətə 
çevrilir.  İqtisadi,  siyasi,  hərbi,  maliyyə  elitaları  yaranır  və 
ayrı-ayrı sahələrdə idarəetmə funksiyasını yerinə yetirirlər. 
Beləliklə,  yuxarıda  nəzərdən  keçirdiyimiz  demokratiya 
modellərinin  hər  biri  təcrübi  gerçəklik  baxımından  müəyyən 
üstünlüklərə  və  çatışmazlıqlara  malikdir.  Ən  əsası,  hər  bir 
model  və  onun  əsasında  yaradılmış  nəzəriyyə  və  konsepsi-
yalar  özündə  bir  və  ya  bir  neçə  strateji  istiqaməti  ehtiva 
etdiyindən  bütövlükdə  kompleks  məsələləri  əhatə  etmir  və 
demokratiyanın total  mahiyyətini aşkar  etməyə  yetərli hesab 
olunmur. Məhz buna görə də, bir çox araşdırmaçılar belə bir 
mövqedən çıxış edirlər ki, mövcud modellərin siyasi reallığa 
adekvat  surətdə  cavab  verən  əsas  prinsipləri  və  xüsusiyyət-
lərini seçməklə yeni və daha təkmil model yaradılsın. Bu, elə 
bir  model  olmalıdır  ki,    orada  təcrübi  gerçəkliklərə  müvafiq 
nəzəri  təsbitlər  və  məsələlər  yer  alsın  və  utopik  baxışlar 
sistemi  səciyyəsi  daşımasın.  Məhz  belə  bir  model  siyasi 
praqmatizm  nöqteyi-nəzərindən  rasional  prinsiplər,  qanuna-
uyğunluqlar  və  mental  xüsusiyyətlər  əsas  götürülməklə  ha-
zırlana və təcrübi müstəviyə transfer edilə bilinər. 
Demokratiya  haqqında  mövcud  fikir  və  mülahizələrin 
hamısı  bir-birindən  elmi,  məntiqli,  maraqlı  və  cəlbedici  gö-
rünsə də, bütün hallarda nəzəriyyəçilərin ya qeyri-səmimiliyi, 
ya  da  sonunadək  izah  edə  bilməmələri  açıq  görünür.  Bizim 
qənaətimizcə,  demokratiya  haqqında  ən  kütləvi  və  ən 
ümumiləşmiş  fikir  olan  “demokratiya  xalqın  hakimiyyətidir, 
yaxud  çoxluğun  insan  hüquqları  ilə  məhdudlaşdırılmış  haki-


68 
 
miyyətidir”  tezisi  o  qədər  də  doğru  deyil.  Xalqın  hamısının 
eyni  vaxtda  hakimiyyətdə  olması  praktik  baxımdan  gülünc-
dür.  Belə  olduqda,  görəsən,  hakimiyyət  altında  olanlar  kim 
olacaq? 
Ona görə də, bu tezis daha çox ictimai ahəngdarlığı və 
hormoniyanı  qorumaq  və  azlığın  (bir  qrupun)  hakimiyyətini 
təmin  etmək  üçün  düşünülmüş  təbliğata  bənzəyir.  Demokra-
tiya  bütün  digər  növ  cəmiyyət  quruluşu  modelləri  kimi, 
cəmiyyətin  təbii  tələbatı  olan  qrup  hakimiyyətini  təmin  edir. 
Digər  deyilənlər  isə  siyasi  aksesurlardan  başqa  bir  şey  deyil. 
Üstün  cəhət  isə  sadəcə  vaxtında  seçkilərə  getməklə  hakim 
qrupun  təzələnməsidir.  Hakimiyyətin  mütləq  məzmunu  isə 
hökm  etməkdir.  Bu,  bütün  cəmiyyətlərin  yazılmamış  ali 
qanunudur.  
Ancaq  demokratiya  üstün  dəyər  kimi  bu  gün  daha  çox 
siyasi spekulyasiya vasitəsinə, hətta qlobal güc mərkəzlərinin 
imperiya  maraqlarının  reallaşdırılmasına  xidmət  edən  alətə 
çevrilib.  “Demokratiya”  mərkəzlərindən  ixrac  edilən  bu  cür 
“genetik  modifikasiya  olunmuş”  demokratiya  isə  heç  də 
həqiqi demokratiya istəyən xalqların milli maraqlarına uyğun 
gəlmir.  Ancaq  “demokratiya  bazarı”  imperialist  “demokrat-
lar”ın inhisarında olduğu üçün “bazar”da başqa “mal”, alter-
nativ  yoxdur.  Biz  mütləq  demokratiya  adı  altında  bizə  sırı-
nanları  almalıyıq.  Ona  görə  də,  nəzəriyyəyə  çox  da  aludə 
olmadan  bütün  hallarda  milli  və  dövlət  maraqları  ilə 
uzlaşmayan  demokratiyadan  imtina  etmək  lazımdır.  Bizcə, 
qloballaşan,  hamınının  bir-birinə  bənzədilməsinə  çalışılan 
dünyada  milli-mənəvi  dəyərlərin  qorunmasının  ən  düzgün 
yolu budur. 
Amma müxtəlif ölkələrin nümunəsində toplanılan empi-
rik  faktlar  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  modern 


69 
 
cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu vəzifəsinin 
fonunda  həyata  keçirilən  demokratik  tranzit  heç  də  xətti 
sabitlik  və  dinamik  inkişafın  zəmanət  altına  alınması 
mənasına  gəlmir.  Belə  ki,  mürəkkəb  tarixi  situasiyanın 
fonunda  əsası  qoyulan  tranzit  prosesinin  milli  münasibətlər 
zəminində davamlılığının təmin edilməsi lazımdır ki, ictimai-
siyasi  müstəvidə  sabitlik,  ahəngdarlıq  və  dinamizm  təmin 
edilsin  və  reallaşdırılan  siyasi-hüquqi  islahatlar  vasitəsilə 
milli  inkişaf  strategiyası  mərhələli  surətdə  həyata  keçirilsin. 
Məhz bundan sonra demokratik tranzitin bütün mərhələlərini 
reallaşdırmaq  mümkündür.  Lakin  demokratik  tranzit 
ərəfəsində  olan  bəzi  ölkələrdə  sistematik  strateji  tədbirlərin 
müvafiq tələblərə, qanunauyğunluqlara və reallıqlara adekvat 
surətdə  həyata  keçirilməməsi  transformasiyanın  natamam 
xarakter  almasına  səbəb  olur.  Məhz  belə  bir  situasiyanın 
fonunda  həmin  cəmiyyətlərdə  demokratik  tranzit  baş  tutmur 
və  transformasiya  avtoritarizmdən  neoavtoritarizmə  keçid 
formasında təzahür olunur. 
Bütün  bu  elmi-nəzəri  müəyyənləşdirmələrə  baxmaya-
raq, “demokratiya” və “demokratik tranzit” məsələsindən real 
surətdə  təsir  vasitəsi  kimi  istifadə  edilməkdədir.  Daha  da 
dəqiqləşdirsək,  modern  beynəlxalq  münasibətlər  sisteminin 
lokomotiv  aktorları,  əsasən  də  Anqlo-sakson  ittifaqının  nü-
mayəndələri və Avrosentristlər “demokratiya” və “insan haq-
ları”  kimi  formal  institusional  məfhumlardan  xarici  siyasət 
vasitəsi kimi (xarici siyasətdə ideoloji təsir-nüfuz vasitəsi ) is-
tifadə etməkdədirlər. 
Faktdır  ki,  beynəlxalq  münasibətlər  sisteminin  təcrübi 
məsələlərlə təsbit edilmiş mühüm nəzəri-empirik gerçəkliklə-
rindən biri də millətlərarası münasibətlərdə ideoloji, siyasi və 
iqtisadi  müstəvidə  cərəyan  edən  proseslərdə  ümumbəşəri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə