ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   13   14   15   16   17   18   19   20   ...   58

54 
 
Tarixdə  görünməmiş  şəkildə  xalqlar  və  toplumlar  ara-
sında  operativ  informasiya  mübadiləsini  təmin  edən  bu  yeni 
texnologiya,  eyni  zamanda,  qloballaşan  dünyada  xalqlar  və 
dövlətlər  arasında  rəsmi  sərhədi  aradan  götürdüyü  kimi, 
həmçinin, xalqlar arasında mənəvi, mədəni və demək olar ki, 
din sərhədlərini də aradan qaldırmaqdadır. "Bu sürətli inkişaf 
bəşər sivilizasiyasına nələri, necə və nə qədər zamanda gətirə-
cəkdir, bu proses nə vaxt başa çatacaqdır və ilkin nəticələri nə 
zaman müzakirə etmək olacaqdır" sualı hələlik cavabsız qalır.  
Amma görünən və cavabı bəlli olan bir məsələ budur ki, 
bu proses çox sürətlə gedir və bəşəriyyəti insanların proqnoz-
laşdıra bilmədikləri nöqtələrə gətirib çıxarır. Yeni kibertexno-
logiyalar  yaradılan  zaman  bütün  yeniliklər    kimi  adətən,  ilk 
növbədə,  onu  yaradan  və  idarə  etməyə  çalışan  mərkəzlərin 
maraqlarına  xidmət  etsə  də,  sonrakı  mərhələdə  özü-özlüyün-
də  yarımmüstəqil  platformaya  çevrilərək,  proqnozlaşdırılma-
yan və idarə olunmayan proseslərə gətirib çıxarır. Və belə de-
mək mümkündürsə, bir mənada yeni innovasiyalar və yeni ki-
bertexnologiyalar  insanlara  yeni  azadlıqlar  bəxş  edirsə  də, 
eyni  zamanda,  bu  azadlıqların  hüdudları,  ölçüsü  və  dərəcəsi 
qeyri-müəyyən  olduğu  üçün  bunun  azadlıqmı,  yoxsa  anarxi-
yamı olduğuna dair ciddi suallar yaradır. Məsələ bundadır ki, 
yeni  texnologiyalar  yaradılan  zaman,  ilk  növbədə,  qarşıya 
qoyulan  məqsəd  həmin  texnologiyalara  nəzarət  etməyi  də 
özündə birləşdirən bir ideya idi. Təəssüf ki, getdikcə nəzarət 
amili  özünü  itirdi  və  artıq  kibertexnologiya  virtual  məkanda 
öz-özünə  inkişaf  edən,  özü-özünü  tənzimləyən,  özü  öz 
sərhədlərini  və  öz  keyfiyyətini  müəyyənləşdirən  nizamlı,  bir 
o  qədər  də  xaotik  bir  prosesə  çevrilir.  Bu  azadlıqdırmı?  Bu 
proses  idarə  olunandırmı,  nəzarət  ediləndirmi?  Qeyd-şərtsiz 
bu suallara "hə" və ya "yox" cavabı vermək olduqca çətindir. 


55 
 
Lakin  məsələ  bundadır  ki,  bu  proses  dağın  zirvəsindən 
aşağıya doğru yuvarlanan qar topası kimi getdikcə böyüyərək 
çığ  şəklini  almaqdadır.  Qar  axını,  qar  uçqunu  dediyimiz  bu 
çığ  kiminsə  maraqlarına  ziddir,  kiminsə  mənafeyinə 
uyğundur. Amma özünə rəqib tanımayan bu qar uçqunu bəzi 
xalqlar və dövlətlər  üçün bir fəlakət, həmçinin,  məğlubiyyət, 
bəzi  xalqlar  və  dövlətlər  üçün  isə  bir  zəfər  və  qalibiyyətdir. 
Məsələ  ondadır  ki,  kibertexnologiyaların  gətirdiyi  bu 
"azadlığın"  nə  məqsədə  xidmət  etdiyi,  daha  doğrusu,  bu 
"azadlığın"  necə  olmasını  azadlığın  daşıyıcısı  olan  fərdlər 
dərk  etmədən  bu  sürətli  axan  dağ  çayını  xatırladan  daşqının 
içərisində  qərq  olaraq,  bir  də  özünü  açıq  dənizin 
dərinliklərində  görür.  Və  həmin  fərdlər  bu  azadlıq  dənizində 
üzməyi  bacarmırsa,  boğulacaqlar.  Orada  sadəcə  üzməyi 
bacaranlar  yaşaya  bilirlər.  Yəni  azadlıqdan  necə  və  nə  cür 
istifadə  etməyi  bacaranlar,  azadlıqları  milli  və  dövlət 
maraqları  ilə  uzlaşdırmağı  bacaranlar  bu  prosesdən  qalib 
ayrıla  bilərlər.  Milli  və  dövlət  maraqlarını,  eyni  zamanda, 
fərdi mənafeyi təmin edən sosial anlayış olduğu üçün, deməli, 
əslində,  fərdi  də  içərisində  bəsləyən  bir  hadisədir.  Ancaq 
təəssüf  ki,  bəzi  hallarda  biz  sadəcə  kor-koranə  sevənlər  kimi 
"azadlıq", "demokratiya" sözünə aşiq olub, sonrakı mərhələdə 
nə olacağını düşünmədən özümüzü axan dağ çayının içərisinə 
atırıq.  Ona  görə  də,  hər  halda  dünyada  baş  verən  bu 
proseslərin,  kibertexnologiyaların  gətirdiyi 
informasiya 
axınının  və  informasiya  okeanının  içərisində  üzməyə  və 
yaşamağa hazır  və qabil olmalıyıq. 
Yeni  resurslar,  yeni  texnoloji  innovasiyalar  əsas 
etibarilə  onu  yaradan  və  idarə  edən  güc  mərkəzlərinin 
istismarında olmaqla onların dövlətçilik və milli maraqlarına 
xidmət edir. Bu, bir növ troya atını xatırladır. 


56 
 
Ortada  sahibsiz  bir  qənimət  var  və  biz  bu  qəniməti 
qalamızın, yəni milli dövlətimizin içərisinə çəkirik. Sonradan 
bəlli olur ki, əldə etdiyimizə görə sevindiyimiz bu qənimətin 
içərisində bizi içəridən dağıdacaq, qalamızın qapısını yadlara, 
düşmənlərə açacaq ünsürlər var. Düz tarixin “Troya dərsi”ndə 
olduğu  kimi.  Və  onu  görə,  proqnozlaşdıra  bilmədiyimiz 
halda,  bir  müddətdən  sonra  sevə-sevə  qəbul  etdiyimiz  bu 
qənimət  bizi  içəridən  dağıdacaqdır.  Biz  deyərkən,  burada 
söhbət imperialist güclərdən kənarda olan bütün ölkələrdən – 
“üçüncü dünya” ölkələrindən gedir. 
Bu  müqayisədən  sonra  biz  yeni  kibertexnologiyaların 
yeni  keyfiyyətdə  təzahürünün  şahidi  oluruq.  Məsələ  ondadır 
ki,  kibertexnologiyalar  hər  nə  qədər  sərhədləri  aradan 
götürən,  xalqlar  arasında  mədəniyyəti  və  dil  baryerlərini 
aradan  qaldıran,  inkişafı  sürətləndirən,  sosial,  siyasi  və 
iqtisadi  əlaqələri  gücləndirən,  qloballaşmanı  təmin  edən    bir 
vasitədirsə,  yeni  keyfiyyətdə,  eyni  zamanda,  bəşəriyyətin 
mübarizə  tarixində  xalqlararası  döyüş  meydanında  da  bir 
silahdır.  Deməli,  kibertexnologiyalar  xalqları  nə  qədər 
birləşdirirsə,  eyni  zamanda,  bir  o  qədər  də  xalqları  bir-
birindən  uzaqlaşdırır,  dövlətlərarası  münasibətlərə  nə  qədər 
xidmət göstərirsə, bir o qədər də dövlətlərarası münasibətləri 
korlayır.  Nəticə  etibarilə,  nə  olduğu  bəlli  olmayan  və 
bəşəriyyəti  hara  götürəcəyi  sona  qədər  dərk  olunmayan  bu 
virtual  silah  bəşəriyyətin  inkişafı  və  dünyanın  gələcəyi  ilə 
bağlı böyük bir sual işarəsidir. Ona görə də, bu məsələdə çox 
həssas  olmalıyıq  və  prosesdə  təmsilçiliyimiz  və  necə 
iştirakımızla  bağlı  çox  təmkinlə  qərar  verməliyik.  Elə 
etməliyik  ki,  kibertexnologiyalardan,  yeni  innovasiyalardan 
milli və dövlətçilik maraqları naminə istifadə etməyi bacaraq, 
həmçinin, bunun üçün müvafiq addımlar ataq.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə