ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   9   10   11   12   13   14   15   16   ...   58

42 
 
5. Sosiallaşdırma funksiyası fərdlərin və qrupların sosial 
norma və dəyərləri mənimsəməsi, möhkəmləndirməsi  missi-
yasına  xidmət  edir  və  sosial  aktivliyin  şərtləndirici  faktoru 
kimi  çıxış  edir.  Kütləvi  informasiya  vasitələrinin  cəmiyyətə 
təqdim  etdiyi  relevant  məlumatlar  informasiya  qəbuledicilə-
rində  ümumi  rəy  formalaşdırır  və  bu  rəy  həmin  aktorları 
müəyyən hərəkətlərə, fəaliyyətə sövq edir. Bunun nəticəsində 
fəaliyyətdə  olan  fərdlər  müəyyən  normaları  və  dəyərləri  mə-
nimsəməklə  sosial-siyasi  proseslərin  aktoru  qismində  təmsil 
oluna bilirlər və s. 
Nəticə  etibarilə,  yerinə  yetirdiyi  funksiyalar  etibarilə 
media institutu cəmiyyətdə ideoloji, mənəvi həmrəyliyin sub-
stansional təminatçısı  kimi çıxış etmək potensialına sahibdir. 
Sadəcə  olaraq,  bu  təsisatdan  zamana  və  situasiyaya  müvafiq 
surətdə milli maraqlar əsasında istifadə etmək lazımdır. Məhz 
bu zaman kütləvi  informasiya  vasitələri ictimai faydalı   me-
xanizm səciyyəsi daşıyar. 
 
3.2. Modern informasiya cəmiyyətində media təsisatı 
və milli maraqlar 
 
Hər  bir  xalqın  milli  mətbuatı  daima  milli  və  dövlət 
maraqlarına  xidmət  etməlidir.  Əlbəttə  ki,  mətbuatın  başlıca 
funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasi-
ya  ilə  təmin  etməkdir.  Bəhs  olunan  prinsip  yalnız  o  hallarda 
pozula  bilər  ki,  ortada  ümumi  ictimai,  milli  və  dövlətçilik 
maraqları  olsun.  Belə  hallarda,  ümumxalq  maraqları  naminə 
müəyyən  məsələlərdə  zərərli  informasiyaları  cəmiyyətin  ali 
mənafeyinə uyğun şəkildə təqdim etmək olar. Amma bundan 
başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi 
qrupun maraqlarına və maraqlı xarici dairələrin tələblərinə və 


43 
 
onların  istəklərinə  güzəştə  getməməlidir.  Yalnız  bu  halda 
mətbuatın  milli  inkişaf  strategiyasına  xidmət  edən  ideoloji 
institut  kimi  fəaliyyət  mexanizminin  səmərəlilik  səviyyəsini 
artırmaq mümkündür. 
Əlbəttə ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənə-
ləri mövcuddur. Mərhələli surətdə formalaşmış milli mətbuat 
ənənələrimiz  bu  gün  də  mütəmadi  surətdə  təkmilləşmək-
dədir...  Amma  təəssüf  ki,  hazırki  dövrdə  bəzi  hallarda  ayrı-
ayrı  media  nümayəndələrinin  fəaliyyətlərində  bu  prinsipial-
lıqdan sapmalar, deviasiya meyilləri müşahidə olunur. Nəzərə 
almaq  lazımdır  ki,  XXI  yüzillik  informasiya  əsridir  və  bu 
əsrdə heç bir güc strukturunun, diplomatiyanın, hərbi sənaye 
komplekslərinin  görə  bilmədiyi  iş  informasiya  resursları  va-
sitəsilə görülür. Bu da aydındır ki, hazırda yenidən formalaş-
dırılan  dünyanın  geosiyasi  xəritəsində  məhz  informasiya 
silahının  böyük  rolu  vardır.  Beləliklə,  informasiya  əsri 
adlandırdığımız XXI əsrdə mətbuatın, informasiya ötürücülə-
rinin,  media nümayəndələrinin üzərinə daha artıq  məsuliyyət 
düşür.  Qeyd  etmək  lazımdır  ki,  bu,  tarixi  səciyyəli  məsuliy-
yətdir. Ona görə də, jurnalistlər, media ictimaiyyəti bunu dərk 
etməli,  fəaliyyətini  də  buna  uyğun  surətdə  düzənləməlidir. 
Marginal maraqlara, bəzi hallarda təzahür edən siyasi ambisi-
yalara görə milli maraqlardan vaz keçilməməlidir. 
Anlaşılandır  ki,  hər  bir  vətəndaşın  cəmiyyətdə  siyasi 
mövqeyinin  olması-siyasi  status  daşıyıcısı  kimi  çıxış  etməsi 
sosial-siyasi  münasibətlər  sistemində  normal  hal  kimi  qəbul 
edilir.  Hər  bir  fərdin  siyasi  mövqeyinin  ifadəsi  məsələsinə 
gəldikdə  isə  qeyd  edilməlidir  ki,  bu  mövqe  yalnız  qanun 
çərçivəsində-leqal və legitim surətdə ifadə olunmalıdır. Azər-
baycan  Respublikasında  özünüifadə  hüququ  qanunla  təsbit 
olunub  və  bunun  icrası  da  yalnız  qanuni  yollarla  həyata 


44 
 
keçirilməlidir.  Əgər  tələblər  varsa  və  o  tələblər,  hətta  siyasi 
xarakterlidirsə  belə,  bunlar  yenə  də  leqal  surətdə  olmalıdır. 
Bu  halda  hesab  edirik  ki,  media  nümayəndələri  2  yoldan 
birini seçməlidirlər: ya aktiv siyasi fəaliyyətlə məşğul olaraq 
siyasi  subyekt  kimi  çıxış  etməli,  ya  da  əgər  jurnalist  olmaq 
istəyirlərsə,  tərəfsiz  media  nümayəndəsi  qismində  fəaliyyət 
göstərməlidirlər.  Zatən  müasir  dövrdə  jurnalistika  ilə  siyasət 
arasında çox nazik bir “pərdə” vardır. Bəzən bunlar arasında 
olan  sərhədin  haradan  keçdiyinin  fərqinə  varmaq  çətin  olur. 
Ona görə də, bu tarazlığı qorumaq üçün çox həssas olmalı və 
adekvat davranış forması, modeli seçilməlidir. 
Sirr deyil ki, bu gün bütün dünya mediası siyasiləşib və 
ya siyasi səciyyə alıb. Bir sıra Avropa təşkilatları Azərbaycan 
kimi  ölkələrə  medianı  siyasiləşdirməməyi  tövsiyə  edir. 
Amma  əslində,  diqqətlə  analiz  etsək,  görəcəyik  ki,  siyasilə-
şən, siyasi məqsədlərə, siyasi ideologiyaya xidmət edən dün-
yanın ən böyük transmilli media şirkətləri elə Qərb ölkələrin-
də fəaliyyət göstərir. Bu şirkətlər konkret maraqlara, mənsub 
olduqları dövlətin və xalqın mənafeyinə xidmət edirlər. O da 
məlumdur ki, fərqli maraqlar hər zaman müəyyən bir nöqtədə 
toqquşur.  Ola  bilməz  ki,  iki  müxtəlif  xalqın  maraqları 
tamamilə eyni olsun və uzlaşsın. Deməli, əks tərəfin hər hansı 
bir  fərqli  marağı  varsa,  orada  artıq  bizim  marağımız  onların 
maraqları ilə toqquşacaq. Belə olan halda, necə olur ki, özünü 
demokratiyanın  təbliğatçısı,  hətta  demokratik  idarəetmə 
sisteminin  nümunəsi,  rol-modeli  kimi  tanıdan,  ayrı-ayrı 
media  strukturları  və  imperialist  güclərin  əlində  təmərküzlə-
şən media şirkətləri fəaliyyətlərini məhz o güclərin milli ma-
raqlarının  müdafiə  olunması  yönündə  qururlar, amma  biz öz 
milli maraqlarımızı qoruyanda, bu, söz azadlığının pozulması 
kimi qiymətləndirilir? Onların siyasiləşməsi və konkret siyasi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə