ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   6   7   8   9   10   11   12   13   ...   58

32 
 
faktorlarla  müvafiq  şəkildə  identifikasiya  olunmaqla  vahid 
komponenti  təşkil  etmişlər.  Belə  ki,  qədim  zamanlardan 
qəbilələri, tayfaları və xalqları formalaşdıran, birləşdirən ayrı-
ayrı fərdlər öz bənzərlərini tapmaqla, onlarla həmrəy olmaqla
eyni  maraqlar  və  tələbatlar  əsasında  assosiasiya  olunmaqla 
vahid  institusional  struktur  yaratmışlar.  Beləliklə,  ilkin  mər-
hələdə  insanlar  etnik  və  dini  faktorlar,  xalqlararası  yeni  iqti-
sadi münasibətlərin formalaşmağa başladığı sonrakı dönəmdə 
isə  sosial,  siyasi  və  ideoloji  amillər  əsasında  identifikasiya 
olunmuşlar. 
Xalqlararası  yeni  münasibətlərin  meydana  çıxdığı  mər-
hələdə  isə  ideologiyalar  və  siyasi  həmrəylik  amili  xalqların 
həyatında, ən azı, milli, etnik amillər qədər təsirli və əhəmiy-
yətli  olmuşdur.  Bununla  da  millətlərin  formalaşması  dönə-
mində  milli,  etnik  kimlik  axtarışları  məhdudlaşmış,  beləliklə 
də, ən müxtəlif etnik, mədəni kökdən gələn ayrı-ayrı ünsürlər 
vahid  siyasi  birlik  içində  zaman-zaman  assimilyasiya  olun-
maqla  öz  etnik  kökündən  qopmuş  və  müasir  millətlərin 
formalaşmasında  iştirak  etmişlər.  Sonrakı  mərhələdə  isə  bu 
prosesdə  iştirak  etmiş  ayrı-ayrı  etnik  ünsürlər  məhz  həmin 
xalqın etnogenezində iştirak etmiş etnik qruplar kimi səciyyə-
ləndirilmişlər. Bəşəriyyətin bu inkişaf mərhələsi orta əsrlərdə 
kapitalizmin inkişafı ilə özünün kulminasiya nöqtəsinə çatıb. 
XX  əsrdə  isə  bəhs  olunan  proses  demək  olar  ki,  yekunlaşıb. 
Bəşəriyyətin intellektual potensialının artması, ayrı-ayrı etnik 
qrupların  tarixinə  daha çox  maraq göstərilməsi, eyni zaman-
da, millətlərin tarixinin elmi şəkildə öyrənilməsi XX əsrdə bu 
prosesi  tormozlamağa  başlayıb.  Yəni  əgər  artıq  ilkin  və  son 
orta əsrlərə qədər davam edən mərhələdə etnik ünsürlər bu və 
ya  digər  səbəblərdən  assimilyasiya  olunaraq  itirdisə,  XX 
əsrdən sonra bunun qarşısı alınıb. Beləliklə, bu gün dünyada 


33 
 
2000-dən  çox  xalq,  etnik  qrup  və  millət  yaşayır.  Bu,  müasir 
dövrün milli-etnik rəsmidir. 
Lakin  XXI  əsrdə  bəşəriyyət  öz  inkişaf  tarixinin  keyfiy-
yətcə  yeni mərhələsinə qədəm qoydu. Bu mərhələdə mədəni, 
ideoloji,  sosial  və  siyasi  müstəvidə  proqnozlaşdırılması  ol-
duqca çətin olan yeni proseslər cərəyan etməyə başladı. Yeni 
münasibətlər daha çox informasiya resursları əsasında forma-
laşdı,  proseslərin  əsasında  informasiya  vasitəsilə  idarəetmə 
durmağa  başladı.  Yeni  informasiya  texnologiyalarının  mey-
dana çıxması, bir çox proseslər və münasibətlərin virtual plat-
formaya transfer olunması idarəetmənin  istər cəmiyyətdaxili, 
istərsə  də  qlobal  miqyasda  informasiya  resursları  vasitəsilə 
həyata  keçirilməsini  şərtləndirmiş  oldu.  Beləliklə,  bu  və  ya 
digər cəmiyyətdə mədəni, siyasi, sosial, hüquqi, iqtisadi, ide-
oloji münasibətlər yeni xarakter almağa başladı. Bu isə sosiu-
mun  daxilində  yeni  sosial  piramidanın,  daha  da  dəqiqləşdir-
sək, əsasını  informasiyanın təşkil  etdiyi iyerarxiyanın forma-
laşmasına  səbəb  oldu.  Bu  piramidanın  fonunda  sosiumdaxili 
klassik,  ənənəvi  münasibətlər  arxa  plana  keçməyə  başladı, 
idarəedilən informasiya sosial münasibətlər və prosesləri for-
malaşdıran,  insanların  fəaliyyət  mexanizminin  əsasını  təşkil 
edən resurs kimi çıxış etməyə başladı. 
Bütün  bu  sadaladıqlarımız  insanların  təfəkkürünə  ciddi 
təsir göstərmiş oldu. Əgər klassik mənada insanların təfəkkü-
rünə,  düşüncə  və  davranışına  təsir  edən  başlıca  faktor  din, 
millət  məfhumu  və  ideologiya  idisə,  artıq  yeni  münasibətlər 
kontekstində informasiya insan təfəkkürünün əsas istinad ele-
mentinə çevrildi. Buradan da belə bir nəticə hasil etmək olur 
ki,  əgər  şəxsiyyətin  formalaşmasına  bilavasitə  təsir  edən  6 
əsas  faktor  vardırsa,  postmodern  cəmiyyətlərdə  informasiya 
şəxsiyyətin formalaşmasını şərtləndirən 7-ci komponent mey-


34 
 
dana  çıxmış  oldu.  Yaxud  şəxsiyyəti  formalaşdıran  biogen, 
psixogen  və  sosiogen  elementlərə  yeni  bir  aparıcı  element  – 
infogen  (H.B.)  elementi  də  daxil  oldu.  Bu  element  şəxsiy-
yətin həyatına bir qədər gec, yəni 5, 7 yaşlarından başlayaraq 
daxil  olsa  da,  qısa  müddət  sonra  biogen,  psixogen,  sosiogen 
elementlər  üzərində  dominantlıq  etməyə  başlayır.  Əlbəttə  ki, 
informasiya bu və ya digər səviyyədə qeyd etdiyimiz 6 kom-
ponentə aid edilə bilər. Amma hazırki mərhələdə informasiya 
şəxsiyyətin formalaşmasında yardımçı yox, əsas element qis-
mində  səciyyələndirilir.  Bununla  bərabər,  digər  faktorlar  bir-
birilərindən asılı olsalar da, informasiya amili qeyri-asılı fak-
tor, müstəqil komponent kimi çıxış edir. 
İnformasiya resurslarının şəxsiyyətin yetişməsinə, onun 
dünyagörüşünün  formalaşmasına  bilavasitə  təsir  etməsini, 
eyni zamanda, informasiyanın digər 6 komponentə birbaşa tə-
sir göstərməsini sübut etmək üçün belə bir nümunəyə istinad 
edə  bilərik.  Məsələn,  Cənub-şərqi  Asiyada  mühafizəkar  bir 
ailədə  yetişən  gənclə,  tutaq  ki,  Avstraliya,  Böyük  Britaniya 
və  ya  Azərbaycanda  yenə  də  konservativ  bir  ailənin  nüma-
yəndəsi olan şəxs  eyni  informasiya  mənbələrindən  yararlanır 
və  aldıqları  informasiya  əsasında  hərəkət  edirlərsə,  deməli, 
hər iki fərdin şəxsiyyət kimi formalaşmasında aldıqları infor-
masiya  aparıcı  komponent  kimi  çıxış  edir.  Beləliklə,  məkan 
faktorundan  asılı  olmayaraq,  hər  iki  şəxsin  dünyagörüşündə 
eyniyyət  əmələ  gəlir,  infoidentiklik  formalaşır.  Dolayısıyla, 
informasiyanın dominantlığı altında bir ailədə tərbiyə alan iki 
şəxs  bir-biri  ilə  bioloji  qardaş  olsa  da,  şəxsiyyət  kimi  daha 
çox  eyni  informasiyadan  qidalanan  britaniyalı  ilə  qardaşdır. 
Nəticə etibarilə, bununla da informasiya ilə idarə edilən  yeni 
insan  tipinin-homoinformatikusun  (H.B.)  meydana  çıxması 
müşahidə olunur. Bu tipi təmsil edən insanlar bir-birilərindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə